Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 49 s. 255—s. 257 abz. 3
  • Tutarlı dəlillər gətir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Tutarlı dəlillər gətir
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Ayələrə keçid
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Ayələri düzgün izah et
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Auditoriya üçün məzmunlu nitq
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Müqəddəs Kitabdan istifadə etməyə təşviq et
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 49 s. 255—s. 257 abz. 3

DƏRS 49

Tutarlı dəlillər gətir

Nə etməlisən?

Sözlərini təsdiq etmək üçün əsaslı sübutlar gətir.

Nə üçün vacibdir?

Dinləyicilər sözlərinin həqiqət olduğuna əmin olmasalar, nə sənə inanacaq, nə də dediklərinə uyğun davranacaqlar.

ƏMİNLİKLƏ fikir irəli sürəndə dinləyicilərdə haqlı olaraq sual yarana bilər: «Bu, nə üçün belədir? Nəyə əsasən natiqin dediklərinə inanmalıyam?» Bir müəllim kimi sənin borcun ya bu sualları cavablandırmaq, ya da dinləyicilərin özlərinin cavab tapmasına kömək etməkdir. Əgər söylədiyin fikir əsas fikirdirsə, onu təsdiq etmək üçün mütləq tutarlı dəlillər gətir. Bu, nitqinin inandırıcı olmasına kömək edəcək.

Həvari Pavel müraciət etdiyi insanları inandırmağa çalışırdı. Əsaslı sübutların, məntiqin və tam ciddiyyətlə edilən xahişlərin köməyilə insanların nöqteyi-nəzərini dəyişməyə səy göstərirdi. Bu, bizim üçün gözəl nümunədir (Həv. iş. 18:4; 19:8). Düzdür, bəzi natiqlər insanları yalana inandırmağı bacarırlar (Mat. 27:20; Həv. iş. 14:19; Kolos. 2:4). Onlar yanlış fikirlər irəli sürür, qərəzli mənbələrə əsaslanır, heç bir əsası olmayan dəlillər gətirir, öz fikirlərinə zidd gedən faktlardan yan keçir və insanları düşündürmək əvəzinə, daha çox onların hisslərinə təsir etməyə çalışırlar. Biz bu kimi şeylərdən qaçınmalıyıq.

Allahın Kəlamına əsaslanan dəlillər. Təlim verərkən öz fikirlərimizi irəli sürməməliyik. Biz insanlara Müqəddəs Kitabdan öyrəndiklərimizi çatdırmağa çalışırıq. Bu işdə bizə sadiq və ağıllı qul sinfinin nəşrlərinin çox böyük köməyi dəyir. Bu nəşrlər bizi Müqəddəs Yazıları diqqətlə araşdırmağa təşviq edir. Biz də öz növbəmizdə insanların diqqətini Müqəddəs Kitaba yönəldirik. Bunu haqlı olduğumuzu sübut etmək üçün yox, təvazökarlıqdan irəli gələrək, orada yazılanları özlərinin görmələrinə imkan vermək istədiyimiz üçün edirik. Biz duada Atasına: «Sənin sözün həqiqətdir», — deyən İsa Məsihlə tamamilə razıyıq (Yəh. 17:17). Kainatda yerin və göyün Yaradanı Yehova Allahdan nüfuzlu şəxsiyyət yoxdur. Dəlillərimizin tutarlı olması onların Allahın Kəlamına əsaslanmasından asılıdır.

Hərdən Müqəddəs Kitabla tanış olmayan və ya onu Allahın Kəlamı kimi qəbul etməyən insanlarla danışmalı oluruq. Buna görə də Müqəddəs Kitabdan olan ayəni yerində və lazımi tərzdə oxumaq üçün uzaqgörən olmaq lazımdır. Bununla belə, insanın diqqətini mümkün qədər tez bu nüfuzlu mənbəyə yönəltməyə çalış.

Bəs demək olarmı ki, mövzu ilə bağlı olan ayənin özü artıq təkzibedilməz dəlildir? Bu, hər zaman belə olmur. Hərdən ayənin müəyyən fikri həqiqətən təsdiq etdiyini göstərmək üçün diqqəti kontekstə yönəltmək lazımdır. Əgər sadəcə ayədəki prinsipi götürürsənsə, kontekstdə isə tamamilə başqa şey haqda danışılırsa, daha çox dəlillər gətirmək tələb oluna bilər. Ola bilsin, dinləyicilərini dediklərinin Müqəddəs Yazılara əsaslandığına inandırmaq üçün mövzu ilə bağlı başqa ayələrdən istifadə etməli olacaqsan.

Diqqətli ol ki, əslində ayədə olmayan fikirləri söyləməyəsən. Ayəni diqqətlə oxu. Ümumi götürdükdə ayə mövzu ilə bağlı ola bilər. Lakin gətirdiyin dəlilin inandırıcı olması üçün dinləyicilər dediklərinin sübutunu ayədə aydın görməlidirlər.

Əlavə sübutlar. Bəzi hallarda Müqəddəs Yazılarda deyilənlərin məntiqi olduğunu göstərmək üçün başqa etibarlı mənbələrdən sübutlar gətirmək olar.

Məsələn, Yaradanın mövcudluğuna sübut kimi gözlə görülən kainatı gətirmək olar. Diqqəti təbiət qanunlarına, məsələn, cazibə qanuna yönəlt və dinləyicilərlə birlikdə mülahizə yürüt: əgər təbiət qanunları varsa, deməli, Qanunverən də mövcuddur. Yürütdüyün mülahizə Allahın Kəlamında yazılanlara əsaslanırsa, onların doğruluğuna əmin ola bilərsən (Əyy. 38:31-33; Məz. 19:1; 104:24; Rom. 1:20). Bu kimi dəlillər Müqəddəs Kitabda deyilənlərin aydın faktlarla uzlaşdığını göstərdiyi üçün çox faydalıdır.

Bəs əgər kimisə Müqəddəs Kitabın həqiqətən də Allahın Kəlamı olduğuna əmin etmək istəyirsənsə? Müqəddəs Kitab alimlərinin sözlərini sitat gətirə bilərsən, ancaq buna sübut demək olarmı? Bu kimi sitatlar yalnız həmin alimlərin sözlərinə etibar edən insanlara kömək edə bilər. Müqəddəs Kitabın doğruluğunu elmin köməyilə sübut etmək olarmı? Qeyri-kamil insan olan alimlərin fikrinə nüfuzlu mənbə kimi istinad etsən, dəlillərini davamsız təməl üzərində qurmuş olacaqsan. Digər tərəfdən isə, Allahın Kəlamından başlayıb, sonra Müqəddəs Kitabın doğruluğunu təsdiq edən elmi kəşflərə istinad etsən, gətirdiyin dəlilləri möhmək təməl üzərində quracaqsan.

Nəyi sübut etməyindən asılı olmayaraq, gətirdiyin dəlillər yetərincə olmalıdır. Nə qədər dəlil gətirəcəyin auditoriyadan asılıdır. Tutalım, 2 Timoteyə 3:1-5 ayələrində təsvir olunan axır günlər haqda danışırsan. Bu zaman insanların «şəfqətsiz» olduğunu sübut etmək üçün xəbərlərdən hamıya tanış olan bir məlumatı danışmaq olar. Həmin bir nümunə axır günlərin əlamətinin bu cəhətinin indi həyata keçdiyini sübut etmək üçün bəs ola bilər.

İki şeyin mühüm ümumi cəhətlərinin müqayisəsi olan analogiyadan da istifadə etmək olar. Analogiya öz-özlüyündə sübut deyil, onun tutarlı olduğunu Müqəddəs Kitabda deyilənlər əsasında yoxlamaq lazımdır. Lakin onun köməyilə bu və digər fikrin məntiqəuyğun olduğunu göstərmək olar. Məsələn, Allahın Padşahlığının hökumət olduğunu göstərmək üçün analogiyadan istifadə etmək olar. Göstərmək olar ki, insan hökumətləri kimi, Allahın Padşahlığının da rəhbərləri, təbəələri, qanunları, ədliyyə və təhsil sistemi vardır.

Müqəddəs Kitab məsləhətlərinə riayət etməyin müdriklik olduğunu göstərmək üçün həyatdan nümunələr çəkmək olar. Deyilənlərə sübut kimi hərdən şəxsi təcrübəndən də danışa bilərsən. Məsələn, insana Müqəddəs Kitabı oxumağın və öyrənməyin vacibliyi barədə danışanda bunun sənə hansı fayda gətirdiyi haqda bölüşə bilərsən. Qardaşları ruhlandırmaq üçün həvari Peter özünün şahidi olduğu bir hadisəni, İsanın görkəminin dəyişilməsini qeyd etmişdi (2 Pet. 1:16-18). Həmçinin Pavel də başına gələnlərdən danışmışdı (2 Kor. 1:8-10; 12:7-9). Əlbəttə, özünə həddindən artıq çox diqqət cəlb etməmək üçün şəxsi təcrübədən nadir hallarda danışmaq lazımdır.

İnsanların mənşəyi və düşüncə tərzi fərqli olduğu üçün, birinə tutarlı görünən dəlil, digəri üçün qənaətbəxş olmaya bilər. Buna görə də hansı dəlilləri gətirəcəyini və onları necə təqdim edəcəyini qərarlaşdırarkən dinləyicilərinin baxışlarını nəzərə al. Süleymanın məsəlləri 16:23 ayəsində deyilir: «Hikmətlinin ürəyi dilinə tərbiyə verir, ağzındakı müdrik sözləri artıq edir».”

NECƏ NAİL OLMAQ OLAR?

  • Vacib fikirləri sadəcə əminliklə söyləməklə kifayətlənmə. Onları təsdiq etmək üçün tutarlı dəlillər gətir.

  • Müqəddəs Yazılara əsaslanan sübutlar təqdim et.

  • Məqsədinə və dinləyicilərinə uyğun olan əlavə dəlillər gətir.

ÇALIŞMALAR: 1) Başa düşdüyün dildə «Müqəddəs Yazıların əsasında mülahizə» kitabı varsa, «İsa Məsih» adlı başlıq yerləşən səhifəni aç. Əsas diqqəti Müqəddəs Kitaba yönəldərək suallara necə cavab verildiyinə diqqət yetir. 2) «Gözətçi Qülləsi» və «Oyanın!» jurnalının bir sayının giriş məqalələrini araşdır. Orada açıqlanan bir neçə əsas bəndi seç. Əsas ayələrin altından xətt çək, gətirilən əlavə dəlilləri isə işarələ.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş