Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/13 s. 3
  • «Bütün qardaşlığı sevin»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Bütün qardaşlığı sevin»
  • Müqəddəs ibadətimiz 2013
  • Oxşar material
  • Ümumdünya qardaşlıq
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Yeni dünyanın təməli indidən qoyulur
    Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Məhəbbətiniz nə qədər genişdir?
    Gözətçi qülləsi 2001
  • Əsl məhəbbəti necə inkişaf etdirmək olar?
    Gözətçi qülləsi 2003
Əlavə
Müqəddəs ibadətimiz 2013
km 1/13 s. 3

«Bütün qardaşlığı sevin»

Bu başlıqda yazılmış sözlər təxminən iki min il bundan əvvəl yazılmışdı (1 Pet. 2:17). Lakin onlar bizim günlərdə daha aktualdır! Bəs dünyanı əhatə edən bir qardaşlığı sözün əsil mənasında necə sevə bilərik? Üstəlik, məhəbbətdən kasad dünyada bu sevgini necə qoruyub saxlaya bilərik? (Mat. 24:12). «Ümumdünya qardaşlığımız» filmə baxdıqca aşağıdakı suallara cavab tapmağa çalış.

1) Biz nə vaxtdan rəsmi surətdə məsihçi qardaşlığının bir hissəsi oluruq? 2) Ümumdünya qardaşlığımızla bərabər hansı üç sahədə əməkdaşlıq edirik? 3) Qardaşlar a) Alyaskanın düzənlik ərazilərində, b) Avropanın böyük limanlarında və c) Perunun sıx meşəliklərində qətiyyətlə təbliğ etdiklərini necə göstərdilər? 4) Nəyə görə biz təbliğ xidmətinə adi bir iş kimi yanaşmamalıyıq? 5) Yehovanın Şahidlərinin a) zəlzələ və b) qasırğadan sonra, eləcə də c) vətəndaş müharibəsi zamanı başqalarına necə təsəlli verdiklərini və dayaq olduqlarını göstərən nümunələr çək. 6) Hər birimiz məsihçi qardaşlığımızın səciyyəvi xüsusiyyəti olan məhəbbəti hansı praktiki yolla təzahür etdirə bilərik? (Yəh. 13:35). 7) Padşahlıq zallarının tikintisində birgə işləmək hansı xeyir-dualar gətirir? 8) Necə oldu ki, qardaşlarımız Şərqi Avropada və Rusiyada qadağa altında olarkən ruhən sağ qaldılar? 9) Bir çox Şahidlər konqreslərdə iştirak etmək üçün var-gücləri ilə necə səy göstərmişdilər və nəyə görə? 10) Bu film a) bacı-qardaşlarla birgə məsihçi yığıncağında Yehovaya ibadət etməkdə, b) ehtiyacı olan insanlara kömək etməkdə və c) hər yerdə və hər zaman xoş xəbəri müjdələməkdə qətiyyətini necə möhkəmləndirdi? 11) Bu diskdən xidmətdə necə və nə zaman istifadə edə bilərik?

Məsihçi qardaşlığının bir hissəsi olmağımızın əsas səbəbi Yehovaya olan məhəbbətimizdir. Onu yaxından tanımaq və insanlara Onun haqqında danışmaq bizə böyük zövq verir. Biz Yehova Allahın sevdiyi insanları sevirik. Dar gündə onlara kömək edəndə bunun əvəzində Allahdan mükafat gözləmirik. Şükür olsun Yehovaya ki, bizə bu gözəl qardaşlığı bəxş edib. Məhəbbətin olmadığı dünyanın axır günləri sona yetdikcə gəlin daima ümumdünya qardaşlığımıza olan məhəbbətimizi göstərək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş