Nəğmə 41
Gənclik illərində Yehovaya ibadət et
1. Siz qızlar, Allaha əzizsiniz,
Ey oğullar, Ona dəyərlisiz.
Ailənin, dostların sevgisi
Yehovanın sizə qayğısıdır.
2. Atana, anana hörmət bəslə,
Səni qoruyurlar, heç incimə.
Qazandın Allahın rəğbətini,
Gənclik illərini xoşbəxt etdin.
3. Xatırla Rəbbi gənclik çağından.
Həqiqəti sev, ona bərk bağlan.
Yehovaya həsr et həyatını,
Sevindir Yaradanın qəlbini.
(Həmçinin baxın: Məz. 71:17; Mərs. 3:27; Efes. 6:1-3.)