Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 50 s. 258—s. 262 abz. 5
  • Ürəyə yol tapmağa çalış

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ürəyə yol tapmağa çalış
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Ürəyə yol tapmağa çalış
    Özünü oxumağa və təlim verməyə həsr et
  • Şagirdlərin ürəyinə necə yol tapa bilərik?
    Müqəddəs ibadətimiz 2015
  • Müəllimlik qabiliyyətini inkişaf etdir
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Bəyan etməli olduğumuz xəbər
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 50 s. 258—s. 262 abz. 5

DƏRS 50

Ürəyə yol tapmağa çalış

Nə etməlisən?

Dinləyicilərin müzakirə etdiyin mövzuya münasibətini nəzərə al. Onlara özlərində Allaha yaxınlaşmağa, Onunla dost olmağa yol açan hisslər və niyyətlər yaratmağa kömək et.

Nə üçün vacibdir?

Yehovanı razı sala bilmələri üçün Allahın Kəlamı insanların ürəyinə həkk olunmalıdır.

İNSANLARA şahidlik etməkdən əlavə, onların ürəyinə yol tapmağa da çalışmalısan. Çox vaxt Müqəddəs Kitabda insanın ürəyi onun zahirinə zidd qoyulur. Simvolik ürək özünə insanın daxilindəkiləri — onun hisslərini, bütün düşüncələrini, fikirlərinin arxasında duran niyyətləri və bu fikirlərin hərəkətlərinə necə təsir etdiyini daxil edir. Həqiqət toxumu məhz bu simvolik ürəyə səpilir (Mat. 13:19). Elə bu ürəkdə də, Allaha itaət etmək istəyi yaranmalıdır (Sül. məs. 3:1; Rom. 6:17).

Bu cür dərinliklərə yol tapmaq üçün növbəti məqamlara diqqət yetir: 1) Həmsöhbətinin ürəyinə artıq nəyin təsir etdiyini müəyyən et. 2) Onun məhəbbət və Allah qorxusu kimi müsbət keyfiyyətlərini möhkəmləndirməyə çalış. 3) Onu Yehovanı tam razı sala bilməsi üçün ürəyinin gizli niyyətlərini təhlil etməyə təşviq et.

Dərrakəli ol. İnsanlar həqiqəti müxtəlif səbəblərdən irəli gələrək qəbul etmirlər. Müqəddəs Kitab öyrənməsi keçirərkən hərdən öyrənənin yanlış fikirlərini aradan qaldırmaq üçün faktlar və dəlillər gətirmək, yaxud onda yaranmış qərəzli fikirləri dəf etmək lazım gəlir. Özünə sual ver: «Bu adam özünün ruhani tələbatlarını dərk edirmi? O, nə dərəcədə imanlıdır? Nəyə inanmır? Nə üçün belə qənaətə gəlib? Həqiqəti bilməyin özü ilə gətirdiyi məsuliyyətləri qəbul etməyə mane olan arzulara üstün gəlməkdə köməyə ehtiyacı varmı?»

İnsanların müəyyən şeylərə nə üçün inandığını anlamaq həmişə asan olmur. Süleymanın məsəlləri 20:5 ayəsində deyilir: «Ürəyin düşüncələri dərin sulara oxşar, dərrakəli adam onu çəkib çıxarar». Dərrakə ilk baxışdan görünməyən şeyləri görmək bacarığıdır. Bunun üçün diqqətlə müşahidə etmək və insanlarla maraqlanmaq lazımdır.

Ünsiyyət zamanı hər şey sözlə ifadə olunmur. Müəyyən mövzuya toxunanda, ola bilsin, öyrənənin üzünün ifadəsində və ya səsinin tonunda dəyişiklik hiss edəcəksən. Valideynlər uşaqlarının hərəkətində dəyişiklik görəndə başa düşürlər ki, onlar həyatda qarşılaşdıqları yeni təsirlərə cavab olaraq belə davranırlar. Bu cür əlamətlərə barmaqarası baxma. Bunların vasitəsilə insanın ürəyində olanları bilmək olar.

Yaxşı düşünülmüş suallar sənə insanın ürəyindəkiləri çəkib çıxarmağa kömək edəcək. Ona bu cür suallar vermək olar: «...haqda nə düşünürsünüz?», «Sizi... nə inandırdı?» «Əgər.., siz nə edərdiniz?» Amma ehtiyatlı ol ki, insanın üstünə suallar yağdırmayasan. Sual verməzdən əvvəl nəzakətlə soruşa bilərsən: «Olar, sizə bir sual verim?» İnsanın ürəyindəkiləri üzə çıxarmaq zəhmət və vaxt tələb edən bir işdir. Əksər hallarda, insanın sənə öz hisslərini açıb danışması üçün onun etibarını qazanmaq lazımdır. Bunun üçün isə vaxt tələb olunur. Hətta belə olan halda da, ehtiyatlı olmaq lazımdır ki, insan sənə aidiyyəti olmayan işlərlə maraqlandığını düşünməsin (1 Pet. 4:15).

Eşitdiklərinə düzgün münasibət göstərmək üçün də dərrakəli olmaq tələb olunur. Unutma ki, sənin məqsədin insanı başa düşməkdir. Yalnız belə olan halda Müqəddəs Kitabın hansı məsləhətinin onu hərəkətə təşviq edəcəyini müəyyən edə biləcəksən. Onun fikrinin yanlış olduğunu göstərmək istəyini dərhal içində boğ. Sözlərinin arxasında duran hissləri başa düşməyə çalış. Bunu başa düşsən, ona necə cavab verəcəyini biləcəksən, öyrənən isə onu başa düşdüyünü görəndə, ehtimal ki, sənin sözlərin üzərində daha ciddi düşünəcək (Sül. məs. 16:23).

Bir qrup insana müraciət edərkən də, onları müəyyən dərəcədə hərəkətə təşviq edə bilərsən. Əgər dinləyicilərlə yaxşı təmas qurur, onların üzünün ifadəsinə diqqət yetirir və düşündürücü suallar verirsənsə, çox ehtimal ki, sözlərinə necə münasibət göstərdiklərini sezəcəksən. Dinləyiciləri yaxşı tanıyırsansa, onların vəziyyətini nəzərə al. Allahın Kəlamına əsasən mülahizə yürüdəndə yığıncağın ümumi ruhunu da nəzərə al (Qalat. 6:18).

Müsbət hisslər oyat. İnsanın nəyə inandığı, nəyə inanmadığı və bunun səbəbi haqda təsəvvürün olsa, söhbəti bunlara əsasən qura biləcəksən. Dirildikdən sonra şagirdləri ilə söhbət edəndə İsa Müqəddəs Yazıları təzəlikcə baş verən hadisələr əsasında izah edərək onların ürəyinə yol tapdı (Luka 24:32). Sən də insanın həyatda qarşılaşdığı və arzuladığı şeylərlə Allahın Kəlamından oxuduqları arasındakı əlaqəni göstərməyə çalış. Öyrənən aydın şəkildə: «Bax bu HƏQİQƏTDİR!» — qənaətinə gələndə öyrəndikləri onun ürəyinə müsbət təsir göstərəcək.

Yehovanın xeyirxahlığını, məhəbbətini, lütfünü və yollarının salehliyini vurğulayanda öyrətdiyin adamlara ürəklərində Allaha məhəbbət yetişdirməyə kömək etmiş olursan. Dinləyicilərinə Allahın insanların hər birində olan gözəl keyfiyyətləri gördüyünü başa salmaq üçün vaxt ayır. Bununla da, onların Yehova ilə şəxsi münasibətlər qurmağın mümkünlüyünə inanmağa əsası olacaq. Bunun üçün onlarla birlikdə Məzmur 139:1-3, Luka 21:1-4 və Yəhya 6:44 kimi ayələr üzərində düşünmək və onlara Yehovanın Öz sadiq xidmətçilərinə olan məhəbbətinin nə qədər dərin, bağlılığının nə qədər möhkəm olduğunu başa düşmələrinə kömək etmək lazımdır (Rom. 8:38, 39). Yehovanın yalnız səhvlərimizi yox, bütün həyat tərzimizi, həqiqi ibadət üçün göstərdiyimiz səyləri, Onun adına olan məhəbbətimizi gördüyünü izah et (2 Saln. 19:2, 3; İbr. 6:10). O, bizim haqqımızda ən xırda şeyləri belə yadında saxlayır və ‘qəbirlərdə olanların hamısını’ heyrətamiz şəkildə həyata qaytaracaq (Yəh. 5:28, 29; Luka 12:6, 7). İnsan Allahın surətində və bənzəyişində yaradıldığı üçün dinləyicilər Onun keyfiyyətləri haqda söhbətlərə laqeyd qalmayacaqlar (Yar. 1:27).

İnsan başqalarına Yehovanın gözü ilə baxmağı öyrənəndə də onda dəyişikliklər baş verir. Məntiqəuyğundur ki, əgər Allah hər birimizin şəfqətlə qayğısına qalırsa, deməli, mənşəyindən, milliyyətindən və irqindən asılı olmayaraq, O, hər kəsə eyni cür hörmət bəsləyir (Həv. iş. 10:34, 35). Bunu aydın başa düşəndə ürəyindən nifrəti və qərəzli fikirləri silib atması üçün insanın Müqəddəs Yazılara əsaslanan tutarlı səbəbi olacaq. Allahın iradəsini yerinə yetirməyi öyrəndikcə o, ətrafındakı insanlarla sülhdə yaşamağı bacaracaq.

İnsanlara yetişdirməyə kömək etməli olduğun digər keyfiyyət Allah qorxusudur (Məz. 111:10; Vəhy 14:6, 7). Allah qorxusu və ya dərin ehtiram hissi insanı öz gücü ilə edə bilməyəcəyi şeyə nail olmağa təşviq edə bilər. Yehovanın heyrətamiz işləri və qeyri-adi məhəbbəti haqda danışmaqla insanlara özlərində Onu narazı salmaqdan qorxmaq kimi sağlam qorxunu inkişaf etdirməyə kömək edə bilərsən (Məz. 66:5; Yer. 32:40).

Dinləyicilərə hərəkətlərinin Yehova üçün əhəmiyyət kəsb etdiyini başa salmaq vacibdir. Allah hisslərə sahibdir, bu səbəbdən nəsihətlərinə necə hay verməyimiz Onu ya sevindirir, ya da kədərləndirir (Məz. 78:40-42). Onların davranışlarının Allaha meydan oxuyan Şeytana cavab verilməsində hansı rolu oynadığını göstər (Sül. məs. 27:11).

İnsanlara Allahın tələblərinə riayət etməyin fayda gətirdiyini anlamağa kömək et (Yeşaya 48:17). Bunu etməyin bir üsulu Yehovanın müdrikliyini, hətta qısa müddətə olsa belə, rədd etməyin fiziki və emosional cəhətdən hansı nəticələri gətirdiyini qeyd etməkdir. Günahın bizi Allahdan uzaqlaşdırdığını, insanları bizim vasitəmizlə həqiqəti öyrənmək imkanından məhrum etdiyini və müxtəlif yollarla başqalarının haqlarını tapdaladığını izah et (1 Salon. 4:6). Allahın qanunlarına riayət etməyin sayəsində əldə etdikləri xeyir-duaları dəyərləndirməyə kömək et. Elə et ki, dinləyicilər Yehovanın saleh yolları ilə yeriməyin insanı bir çox bəlalardan qoruduğuna görə Ona daha çox minnətdar olsunlar. İnsan Allahın normalarının müdrik olduğuna əmin olanda onlara zidd gedən hər bir şeydən uzaq duracaq (Məz. 119:104). İtaətkar olmaq ona yük kimi görünməyəcək, əksinə, buna Yehovaya məhəbbətini və sədaqətini göstərmək imkanı kimi baxacaq.

İnsanlara özlərini yoxlamağa kömək et. Ruhani inkişafının davam etməsi üçün insan ürəyində baş verənlərə qarşı həssas olmalıdır. Bu işdə Müqəddəs Kitabın onlara necə kömək edə biləcəyini izah et.

Dinləyicilərə Müqəddəs Kitabın yalnız əmrlərdən, məsləhətlərdən, tarixi hadisələrdən və peyğəmbərliklərdən ibarət olmadığını başa düşməyə kömək et. Orada Allahın düşüncə tərzi də açıqlanır. Yaqub 1:22-25 ayələrində Allahın Kəlamı güzgü ilə müqayisə olunur. Müqəddəs Kitabdakı xəbərə — orada yazılanlara və Yehovanın Öz niyyətini necə yerinə yetirməsinə göstərdiyimiz münasibət ürəyimizin vəziyyətini üzə çıxarır. Beləliklə, Müqəddəs Yazılar ‘ürəyi araşdıran’ Allahın gözündə necə olduğumuzu bizə göstərir (Sül. məs. 17:3). Dinləyiciləri bunu yadda saxlamağa təşviq et. Onları Allahın Müqəddəs Kitabda bizim üçün nəyi qoruyub saxladığı və Onu razı salmaq üçün həyatlarında hansı dəyişiklikləri etməyin lazım gəldiyi haqda dərindən düşünməyə təşviq et. Onlara Müqəddəs Kitabı oxumağa Yehovanın «ürəyin düşüncə və niyyətlərini» necə qiymətləndirdiyini anlamağın bir üsulu kimi baxmağa kömək et ki, lazım gələn dəyişikliyi etməkdə Allahla əməkdaşlıq edə bilsinlər (İbr. 4:12; Rom. 15:4).

Müqəddəs Kitabı öyrənən bəzi adamlar öyrəndiklərinə uyğun davranmaq istəsələr də, başqalarının nə fikirləşəcəyi onları narahat edir. Ola bilsin, kimsə özündə möhkəm kök salmış cismani istəklərlə mübarizə aparır. Bir başqası isə elə üsul axtarır ki, nə dünyəvi vərdişlərindən qalsın, nə də Allaha xidmətdən. Bu cür qətiyyətsizliyin təhlükəli olduğunu göstər (1 Pad. 18:21). Onları təşviq et ki, duada Allahdan ürəklərini sınaqdan keçirib, saf etməyi xahiş etsinlər (Məz. 26:2; 139:23, 24).

Yehovanın onların daxilində gedən mübarizənin nə qədər çətin olduğunu başa düşdüyünü və Müqəddəs Kitabda bunun səbəbinin izah edildiyini göstər (Rom. 7:22, 23). Onlara kömək et ki, günahlı arzuların ürəklərinə hakim kəsilməsinə yol verməmək üçün ehtiyatlı olsunlar (Sül. məs. 3:5, 6; 28:26; Yer. 17:9, 10).

Öyrətdiyin insanları öz niyyətlərini təhlil etməyə təşviq et. Özlərinə növbəti sualları verməyi öyrət: «Bunu nə üçün etmək istəyirəm? Bundan Yehovanın mənə etdiyi yaxşılıqları həqiqətən də qiymətləndirdiyim görünəcəkmi?» Yehova ilə yaxşı münasibətlərin insanın əldə edə biləcəyi ən dəyərli şey olduğuna əminliklərini möhkəmləndirməyə çalış.

Dinləyicilərə Yehovaya ‘bütün ürəklə’ xidmət etməyin nə demək olduğunu anlamağa kömək et (Luka 10:27). Bu o deməkdir ki, insanın bütün hissləri, arzuları və niyyətləri Yehovanın yollarına müvafiq olmalıdır. Buna görə də insanları yalnız öz əməllərini deyil, həmçinin Allahın tələblərinə münasibətlərini və hansı niyyətlərdən irəli gələrək xidmət etdiklərini təhlil etməyi öyrət (Məz. 37:4). Öyrənən hansı sahələrdə dəyişiklik etməyin lazım gəldiyini anlayanda onu: «Qəlbimi səmimi et, qoy Sənin ismindən qorxum», — deyərək Yehovaya dua etməyə təşviq et (Məz. 86:11).

Yehova ilə şəxsi münasibət qurduqdan sonra öyrənən Allaha sənin sözünə görə yox, imanı onu təşviq etdiyi üçün itaət edəcək. Bu zaman onun özü ‘Rəbbə nəyin məqbul olduğunu öyrənməyə çalışacaq’ (Efes. 5:10; Filip. 2:12). Ürəkdən gələn bu cür itaət Yehovanın qəlbini sevindirir (Sül. məs. 23:15).

Unutma ki, ürəkləri yoxlayan və insanları Özünə cəlb edən Yehovadır (Sül. məs. 21:2; Yəh. 6:44). Bizim işimiz isə Onunla əməkdaşlıq etməkdir (1 Kor. 3:9). «Sanki Allah bizim vasitəmizlə insanlara müraciət edir» (2 Kor. 5:20; Həv. iş. 16:14). Yehova heç kimi həqiqəti qəbul etməyə məcbur etmir, lakin biz Müqəddəs Yazılardan istifadə edəndə O, insanlara eşitdiklərinin suallarına, yaxud da dualarına cavab olduğunu anlamağa kömək edə bilər. Hər dəfə kimisə öyrədəndə buna bu cür nöqteyi-nəzərdən yanaş və Yehovadan rəhbərlik və kömək istə (1 Saln. 29:18, 19; Efes. 1:16-19).

NECƏ NAİL OLMAQ OLAR?

  • Səmimi məhəbbət göstər.

  • Həmsöhbətinin ürəyinə artıq nəyin təsir etdiyini müəyyən et.

  • Yehovanın gözəl keyfiyyətlərini vurğula.

  • Dinləyicilərə niyyətlərini yoxlamağın və saf etməyin nə demək olduğunu başa düşməyə kömək et.

ÇALIŞMALAR: 1) Matta 6:21 ayəsini oxu və onun öz həyatına necə aid olduğunu təhlil et. 19 və 20-ci ayələri də oxu və ürəyinin səni hansı dəyişikliyi etməyə təşviq etdiyi üzərində düşün. 2) Səni Yehovaya xidmət etməyə nə təşviq etmişdi? Bəs indi nə təşviq edir? Yehovanı razı salan hansı niyyətlərin ürəyində möhkəm kök salmasını istəyərdin?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş