«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
Pak ibadət bərpa olundu!
*** w99-E 1/3 s. 8, abz. 3 ***
Allahın məbədi haqqında düşünün!
3 Hizqiyal kitabının doqquz fəslini əhatə edən bu görüntü əsir aparılmış yəhudilərin imanlarını möhkəmləndirəcək vəd haqda idi. Pak ibadət bərpa olunacaqdı! O vaxtdan etibarən əsrlər boyu, hətta bizim günlərdə də bu görüntü Yehovanı sevənlər üçün güc mənbəyi olmuşdur. Necə? Gəlin baxaq Hizqiyalın peyğəmbərlik görüntüsü əsir aparılmış israillilər üçün hansı mənanı kəsb edirdi. Görüntünün dörd əsas tərkib hissəsi var idi: məbəd, kahinlik, sərdar və torpaq.
*** it-2-E s. 1082, abz. 2 ***
Məbəd
Hizqiyalın məbəd görüntüsü. Eramızdan əvvəl 593-cü ildə Yerusəlimin və orada yerləşən Süleymanın məbədinin məhvindən sonra kahin-peyğəmbər Hizqiyal görüntüdə üzərindən Yehovanın möhtəşəm məbədi görünən hündür bir dağın başına aparılır (Hz 40:1, 2). Əsir aparılmış yəhudiləri tənbeh etmək və onların tövbə etmələri üçün, eləcə də, imanlı olanlara təsəlli olsun deyə, Hizqiyala tapşırılır ki, gördüyü hər şeyi «İsrail evinə» danışsın (Hz 40:4; 43:10, 11). Görüntüdə ən xırda ölçülərə belə diqqət yetirilir. İstifadə olunan ölçü vahidləri «qamış» (uzun qamış — 3,11 m) və «qulac» (uzun qulac — 51,8 sm) idi (Hz 40:5, haş.). Ölçülərə xüsusi diqqət yetirildiyinə görə bəziləri görüntüdəki məbədin yəhudilərin əsirlikdən qayıtdıqdan sonrakı dövrdə Zərubabil tərəfindən inşa olunan məbədin maketi olduğunu fikirləşirdilər. Buna baxmayaraq, bu ehtimalın heç bir dəqiq sübutu yoxdur.
*** w99-E 1/3 s. 10, abz. 10 ***
Allahın məbədi haqqında düşünün!
10 Bütün bunlar əsirlikdə olanların ürəklərini necə də sevindirmişdi! Hər bir ailə torpaqdan miras alacağına əmin olmuşdu. (Mikə 4:4 ayəsi ilə müqayisə edin.) Pak ibadət burada yüksək və mərkəzi yer tutacaqdır. Həmçinin diqqət yetirin ki, Hizqiyalın görüntüsündə sərdar da kahinlər kimi camaatın bəxşiş verdiyi torpaqlarda yaşamalı idi (Hizqiyal 45:16). Deməli, bərpa olunmuş torpaqlarda camaat Yehovanın rəhbərlik etmək üçün təyin etdiyi kəslərlə əməkdaşlıq edib onların qərarlarını dəstəkləməklə onlara kömək etməli idilər. Ümumilikdə, bu ölkə təşkilatçılığın, əməkdaşlığın və təhlükəsizliyin bariz nümunəsi idi.
*** it-2-E s. 467, abz. 4 ***
Ad
Allahın adını daşıyan bir xalq kimi İsrail xalqı Onun salehlik normalarına uyğun yaşamadı və Onun adını bədnam etdi (Hz 43:8; Am 2:7). İsraillilərin sədaqətsizliyi Allahın onları cəzalandırması ilə nəticələndi. Bu isə digər xalqlara Allahın adına küfr etmək üçün fürsət yaratdı. (Zb 74:10, 18; Əş 52:5 ayələri ilə müqayisə edin.) Bunun Yehovadan gələn tənbeh olduğunu başa düşməyən bu xalqlar İsrail xalqının başına gələn fəlakətləri yanlış olaraq Yehovanın Öz xalqını qoruya bilməməsi ilə əlaqələndirirdilər. Yehova adını bu rüsvayçılıqdan təmizləmək üçün İsrail xalqından sağ qalanları öz torpaqlarına geri qaytardı (Hz 36:22—24).
*** it-2-E s. 140 ***
Ədalət
Buna görə də, Yehova həmişə Onun lütfünü qazanmaq istəyənlərdən haqlı olaraq Onun ədalət normalarını bilməyi və onlara riayət etmələrini tələb etmişdir (Əş 1:17, 18; 10:1, 2; Ər 7:5—7; 21:12; 22:3, 4; Hz 45:9, 10; Am 5:15; Mi 3:9—12; 6:8; Zk 7:9—12).
*** w99-E 1/3 s. 10, abz. 11, 12 ***
Allahın məbədi haqqında düşünün!
11 Yehova onların torpaqlarına bərəkət verəcəkdimi? Peyğəmbərlik bu suala qəlbi isindirən bir təsvirlə cavab verir. Məbədin kandarından su axır, su getdikcə artır, Ölü dənizə çatana qədər isə bu su artıq əməlli-başlı dərin çay olur. Bu çay ölü sulara qarışanda orada həyatı canlandırır, çayın sahili boyunca isə balıqçılıq inkişaf edir. Çayın hər iki sahilində il boyu meyvə gətirən, şəfaverici çoxlu ağaclar bitir (Hizqiyal 47:1—12).
12 Bu vəd əsirlikdə olanlara onlar üçün çox dəyərli olan bərpa olunma haqqında daha əvvəlki peyğəmbərlikləri xatırladır və onları təsdiq edirdi. Dəfələrlə Yehovadan ilham almış peyğəmbərlər bərpa olunmuş, yenidən məskunlaşmış İsraili cənnətə xas sözlərlə təsvir etmişdilər. Ölü ərazilərin canlanması peyğəmbərliklərdə tez-tez xatırlanan mövzuya çevrilmişdi (Əşiya 35:1, 6, 7; 51:3; Hizqiyal 36:35; 37:1—14). Ona görə də xalq Yehovanın həyat verən bərəkətinin bərpa olunmuş məbəddən çay kimi axacağını gözləyə bilərdilər. Nəticədə, ruhən ölü xalq da canlanacaqdı. Bu xalq ruhən möhkəm kişilərlə — təsvirdəki sahilboyu bitən ağaclar kimi saleh və möhkəm kişilərlə, xarabalığa çevrilmiş diyarın bərpasında rəhbərliyi üzərinə götürəcək başçılarla xeyir-dualanacaqdı. Əşiya peyğəmbər də «yerlə yeksan şəhərləri bərpa edəcək» «böyük salehlik ağacları» haqqında yazmışdı (Əşiya 61:3, 4).
*** w99-E 1/3 s. 10, abz. 10 ***
Allahın məbədi haqqında düşünün!
10 Bütün bunlar əsirlikdə olanların ürəklərini necə də sevindirmişdi! Hər bir ailə torpaqdan miras alacağına əmin olmuşdu. (Mikə 4:4 ayəsi ilə müqayisə edin.) Pak ibadət burada yüksək və mərkəzi yer tutacaqdır. Həmçinin diqqət yetirin ki, Hizqiyalın görüntüsündə sərdar da kahinlər kimi camaatın bəxşiş verdiyi torpaqlarda yaşamalı idi (Hizqiyal 45:16). Deməli, bərpa olunmuş torpaqlarda camaat Yehovanın rəhbərlik etmək üçün təyin etdiyi kəslərlə əməkdaşlıq edib onların qərarlarını dəstəkləməklə onlara kömək etməli idilər. Ümumilikdə, bu ölkə təşkilatçılığın, əməkdaşlığın və təhlükəsizliyin bariz nümunəsi idi.
*** w99-E 1/3 s. 11, abz. 14 ***
Allahın məbədi haqqında düşünün!
14 Bu hadisələrin baş verməsi ilə Hizqiyalın görüntüsü gerçəkləşdi. Bəs bu görüntü elə bir dəfə yerinə yetəcəkdi? Xeyr, bu görüntünün daha böyük mənası var idi. Fikir verin: Hizqiyalın görüntüdə gördüyü məbədi təsvir olunduğu kimi tikmək mümkün deyildi. Düzdür, yəhudilər bu görüntünü həqiqi mənada başa düşmüşdülər və hətta bəzi təfsilatları olduğu kimi tətbiq etmişdilər. Baxmayaraq ki, bütövlükdə məbəd əvvəlki məbədin yerləşdiyi Muriyyə dağına yerləşmək üçün çox böyük idi. Bundan əlavə, Hizqiyalın görüntüsündəki məbəd şəhərdə yox, bir az aralıda, ayrıca torpaq sahəsində tikilmişdi, amma yəhudilərin tikdiyi məbəd isə əvvəlki məbədin yerində, Yerusəlim şəhərində idi (Üzeyir 1:1, 2). Həmçinin, Yerusəlim məbədindən heç bir həqiqi çay axmırdı. Beləliklə, qədim İsrail Hizqiyalın peyğəmbərliyinin yalnız simvolik gerçəkləşməsini görmüşdü. Bu onu göstərir ki, bu görüntünün daha möhtəşəm, ruhani gerçəkləşməsi olmalıdır.
*** it-2-E s. 1001 ***
Bəni-adəm
İbranicə Müqəddəs Yazılarda bu ifadənin ən çox istifadə olunduğu kitab Hizqiyal kitabıdır. Bu kitabda Allah peyğəmbərə 90 dəfədən çox «bəni-adəm» deyə müraciət edir (Hz 2:1, 3, 6, 8). Bu ifadə açıq-aşkar vurğulayırdı ki, peyğəmbər adi bir insandır. Həmçinin, xəbəri çatdıran bəşər-övladı bu xəbərin Mənbəyi olan Külli-İxtiyar Allahla müqayisəyə belə gələ bilməz. Dənyal 8:17 ayəsində eyni ifadə ilə Dənyala müraciət olunur.
*** it-2-E s. 382 ***
Misah
Ehtimal ki, onlar padşah təamlarını üç səbəbə görə murdar hesab edirdilər: 1) babillilər Musanın qanuna əsasən natəmiz hesab olunan heyvanları yeyirdilər; 2) onlar çox güman heyvanları boğaraq öldürürdülər, ya da heyvanı qanının tam axıb-axmadığına fikir vermədən kəsirdilər; 3) bütpərəstlər, adətən, heyvanları əvvəlcə öz allahlarına qurban gətirirdilər və qurban gətirilmiş əti yeməyi bu allahlara ibadətin bir hissəsi hesab edirdilər (Dn 1:8; 1Kr 10:18—20, 28 ayələri ilə müqayisə edin).
*** w01-E 15/10 s. 6, abz. 4
Xoşbəxt dünyanın açarı
Cavabı Dənyal 2:44 ayəsindən tapmaq olar: «O [indiki sistemin sonunda hakimiyyət sürən] padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayacaq bir padşahlıq quracaq. Bu padşahlıq başqa xalqa keçməyəcək. O, bütün bu padşahlıqları [insan padşahlıqlarını] əzib yox edəcək, özü isə əbədi duracaq». Allahın Padşahlığı nəyə görə insan padşahlıqlarını «əzib yox edəcək»? Çünki onlar Şeytanın Ədən bağında göstərdiyi itaətsizlik ruhunu əks etdirirlər, yəni Allaha qarşı təkidlə üsyan edirlər. İtaətsizlik ruhu göstərənlər bəşəriyyətə zülm verməklə yanaşı, özlərini Yaradanın düşməni edirlər (Zəbur 2:6—12; Vəhy 16:14, 16). Buna görə də özümüzdən soruşmalıyıq: «Biz Allahın hakimiyyətinin tərəfindəyik, ya yox?»
*** w88-E 1/10 s. 30, abz. 3—5 ***
Oxucuların sualları
Dənyal adlı ibrani gənc, nəhayət, padşahın hüzuruna gətiriləndə padşah öz vədini təkrarladı: Dənyala bənövşəyi libas geyindirilsin, boynuna qızıl boyunbağı taxılsın və səltənətdə üçüncü adam olsun. Peyğəmbər hörmətcil şəkildə padşaha belə dedi: «Bəxşişlərini özünə saxla, hədiyyələrini başqalarına ver. Yazını isə mən padşaha oxuyaram, mənasını da ona açaram» (Dənyal 5:17).
Dənyal bu yazının mənasını yozmaq üçün heç bir bəxşiş istəmirdi. Padşah bəxşişləri özündə saxlaya və ya başqasına verə bilərdi. Dənyal bu yazının mənasını bəxşiş almaq üçün açmadı. O, bunu həqiqi Allahın, Babilə bu hökmü çıxaran Yehovanın gücü sayəsində edirdi.
Dənyal 5:29 ayəsindən görürük ki, Dənyal dediyi kimi bu yazını heç bir qarşılıq gözləmədən oxudu və mənasını açdı. Padşah isə buna baxmayaraq, yenə də mükafatların Dənyala verilməsini əmr etdi. Dənyal öz istəyilə bu libası geyinib, boyunbağını taxmadı. Padşah Bəlşəzzarın əmri ilə Dənyala bu libas geyindirildi və boynuna boyunbağı taxıldı. Ancaq bu, Dənyal 5:17 ayəsində peyğəmbərin xudbin məqsədinin olmadığına dair dediyi sözlərə zidd getmir.
*** dp-E s. 109, abz. 22 ***
Dünyanı dəyişən dörd söz
22 Beləliklə, tapmacanın cavabı tapıldı. Qüdrətli Babil Mada-Fars imperiyasına məğlub olmaq üzrə idi. Eşitdiyi xəbər qarşısında qorxuya düşsə də, padşah Bəlşəzzar sözünün üstündə durdu. O, xidmətçilərinə əmr etdi ki, Dənyala bənövşəyi libas geyindirilsin, boynuna qızıl boyunbağı taxılsın və hər yanda car çəkilsin ki, o, səltənətdə üçüncü adamdır (Dənyal 5:29). Dənyal bu şərəfli hədiyyələri rədd etmədi, çünki bu hədiyyələrin Yehovaya məxsus şərəfi əks etdirdiyini düşündü. Əlbəttə, bəlkə də Bəlşəzzar ümid edirdi ki, Yehovanın peyğəmbərini bu cür şərəfləndirməklə Onun çıxardığı hökmü yumşalda bilərdi. Əgər hətta belə fikirləşirdisə də, artıq gec idi.