Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 9 s. 26—s. 27 abz. 1
  • Peyğəmbər nasirədə böyüyür

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Peyğəmbər nasirədə böyüyür
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • İsanın uşaqlığı
    İsa Məsihin həyatı və xidməti
  • O, yaxşı ər, yaxşı ata idi
    İman örnəkləri
  • Yeniyetmə İsa
    Müqəddəs Kitab dünyasına səyahət
  • Ərdə olmayan qız hamilədir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 9 s. 26—s. 27 abz. 1
Yusif İsanı dülgərliyə öyrədir

FƏSİL 9

Peyğəmbər nasirədə böyüyür

MƏTTA 13:55, 56 MARK 6:3

  • YUSİFİN AİLƏSİ BÖYÜYÜR

  • İSA PEŞƏYƏ YİYƏLƏNİR

İsa Nasirə şəhərində böyüyür. Bu balaca şəhər Yəhudiyyənin şimalında, Cəlilə adlanan dağlıq bölgədə, Cəlilə dənizi kimi tanınan böyük gölün qərbində yerləşir.

İsanın təxminən iki yaşı olanda Yusifgil Misirdən bura köçür. Görünür, həmin vaxt onların yalnız bir uşağı var idi. Lakin sonradan İsanın Yaqub, Yusif, Şəmun və Yəhuda adlı ögey qardaşları doğulur. Yusiflə Məryəmin qızları da olur. Beləliklə, İsanın özündən kiçik, ən azından, altı bacı-qardaşı olur.

Əlbəttə, İsanın başqa qohumları da var. Biz artıq İlsəba və onun oğlu Yəhyanı tanıyırıq. Onlar cənubda, Yəhudiyyədə yaşayırlar. Həmçinin Cəlilə yaxınlığında Məryəmin Səlimə adlı qohumu yaşayır. Görünür, o, Məryəmin doğma bacısı, İsanın xalasıdır. Səlimənin ərinin adı Zəbədi, oğullarının adı isə Yaqub və Yəhyadır. Çox güman ki, onlar İsanın xalası uşaqlarının içində ən böyüyüdür. Uşaqlıqda İsanın onlarla nə qədər vaxt keçirdiyini bilmirik, amma sonralar onlar onun yaxın əməkdaşı, həvarisi olurlar.

Yusif get-gedə böyüyən ailəsini dolandırmaq üçün çox işləyir. O, dülgərdir. Yusif İsanı doğma oğlu kimi böyütdüyü üçün ona «dülgərin oğlu» deyirlər (Mətta 13:55). Yusif İsaya dülgərlik peşəsini öyrədir. İsa bu sənətə elə yaxşı yiyələnir ki, sonralar o, dülgər kimi tanınır (Mark 6:3).

Yusiflə Məryəm övladlarına ruhani tərbiyə verirdilər

Yehova Allaha ibadət Yusifin ailəsində başlıca yer tutur. Yusif və Məryəm, Allahın qanununa müvafiq olaraq, uşaqlarına «oturanda, yol gedəndə, yatanda, duranda» ruhani tərbiyə verirlər (Qanunun təkrarı 6:6—9). Nasirə şəhərində sinaqoq var və şübhəsiz, Yusif ailəsini müntəzəm ora ibadətə aparır. Sonralar İsa barəsində deyilir ki, o, «adəti üzrə şənbə günü» sinaqoqa gedir (Luka 4:16). Həmçinin hər il Yehovanın Yerusəlimdəki məbədinə ziyarət ailəyə misilsiz sevinc gətirir.

  • İsanın, ən azı, neçə bacı-qardaşı var?

  • İsa hansı sənətə yiyələnir və nəyə görə?

  • Yusif ailəsinin ruhani tələbatlarının qayğısına necə qalır?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş