Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 104
  • Diqqətimi cəmləməyi necə öyrənə bilərəm?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Diqqətimi cəmləməyi necə öyrənə bilərəm?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Nəyə görə diqqətimi cəmləyə bilmirəm?
  • Diqqətimi daha yaxşı cəmləmək üçün nə edə bilərəm?
  • Texnologiyanın təsiri. Düşüncənizə
    Oyanın! 2021
  • Elektron cihazlara aludəyəmmi?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Texnologiyanın təsiri. Dostluğa
    Oyanın! 2021
  • Texnologiyanın təsiri. Nikahınıza
    Oyanın! 2021
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 104
Qız xəyalında onu dərslərindən yayındıran obrazları susdurur. Obrazlar musiqi, video, mesaj və şəkilləri təmsil edir.

GƏNCLƏRİN SUALLARI

Diqqətimi cəmləməyi necə öyrənə bilərəm?

  • Nəyə görə diqqətimi cəmləyə bilmirəm?

  • Diqqətimi daha yaxşı cəmləmək üçün nə edə bilərəm?

  • Həmyaşıdların nə deyir?

Nəyə görə diqqətimi cəmləyə bilmirəm?

«Əvvəlki qədər kitab oxumuram. Hətta uzun abzasları belə artıq oxumağa hövsələm çatmır» (Eleyn).

«Əgər video mənə görə ləng gedirsə, onu sürətləndirirəm» (Miranda).

«Hətta vacib bir işlə məşğul olarkən telefonum sönürsə, fikrim telefonda qalır və düşünürəm: “Görəsən, indi mənə kim yazır?”» (Ceyn).

Elektron cihazlar diqqəti cəmləməyə mane olur? Bəziləri deyir hə. Yazıçı və idarəçilik məsələləri üzrə məsləhətçi Nikolas Kara deyir: «İnternetdən daha çox istifadə etdikcə beynimizi daha çox yayınmağa öyrəşdiririk, yəni diqqətimizi cəmləmədən məlumatı çox tez və səmərəli şəkildə emal edirik».

Görək hansı üç vəziyyətdə elektron cihazlar sənə diqqətini cəmləməyə mane ola bilər.

  • Söhbət edəndə. Mariya adında gənc qız deyir: «Hətta üz-üzə söhbət edəndə belə insanlar telefonlarında mesaj yazır, oyun oynayır və sosial şəbəkələri yoxlayırlar. Diqqətlərini həmsöhbətlərinə cəmləmirlər».

  • Dərsdə. Bir kitabda deyilir: «Şagirdlərin çoxu deyir ki, dərslər zamanı elektron cihazlarından mesajlaşmaq, internetdə dərsdənkənar şeyləri oxumaq və videolara baxmaq üçün istifadə edirlər» («Digital Kids»).

  • Dərs edəndə. 22 yaşlı Kris deyir: «Mənim üçün ən çətini telefonum hər dəfə vızıldayanda ona baxmamaqdır». Əgər şagirdin fikri elektron cihazında qalarsa, onun üçün birsaatlıq ev tapşırığı üçsaatlıq tapşırığa çevrilə bilər.

Nəticə. Əgər elektron cihazların fikrini yayındırmasına və səni idarə etməsinə yol versən, diqqətini cəmləyə bilməyəcəksən.

At oğlanı belindən atır.

Diqqəti bir işə cəmləməmək vəhşi atın belində oturmağa bənzəyir. Sən onu yox, o, səni idarə edir

Diqqətimi daha yaxşı cəmləmək üçün nə edə bilərəm?

  • Söhbət edəndə. Müqəddəs Kitabda deyilir: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4). Başqalarına diqqətlə qulaq asmaq hörmət əlamətidir. Həmsöhbətinin gözlərinə bax, yol vermə ki, elektron cihazın diqqətini yayındırsın.

    «Söhbət edəndə telefonunu yoxlamaq istəyinə müqavimət göstər. Bütün diqqətini həmsöhbətinə cəmləməklə ona hörmət göstər» (Tomas).

    MƏSLƏHƏT. Söhbət edəndə telefonunu gözdən kənar yerdə saxla. Tədqiqatçılar deyirlər ki, telefonun insanın gözünün qabağında olması onu yayındırır, çünki hər an zəng və ya mesaj gələcəyini gözləyir.

  • Dərsdə. Müqəddəs Kitabda deyilir: «Necə qulaq asdığınıza fikir verin» (Luka 8:18). Əgər sizin məktəbdə internet varsa, bu prinsipi unutma. Dərs vaxtı diqqətin dərsdə olmalıdır, ona görə mesajlaşma və oyun oynama.

    «Dərsdə diqqətli olmağa çalış. Qeydlər apar. Mümkünsə, qabaq partada əyləş ki, diqqətin yayınmasın» (Karen).

    MƏSLƏHƏT. Qeydləri kompüterdə yox, kağızda et. Tədqiqatçılar deyirlər ki, belə etsən, diqqətin daha az yayınacaq və öyrəndiklərini daha yaxşı yadda saxlayacaqsan.

    Qız yazı masasında əyləşərək dərslərini edir. O, çantasını, mobil telefonunu və jurnalları gözdən kənar yerə qoyub
  • Dərs edəndə. Müqəddəs Kitabda deyilir: «Hikmət qazan, dərrakə qazan» (Məsəllər 4:5). Hikmət və dərrakə qazanmaq üçün materialı sadəcə testdən keçmək xatirinə üzdən oxumaq yox, onun üzərində dərindən düşünmək lazımdır.

    «Dərslərimi edəndə planşetimi təyyarə rejiminə qoyuram və bütün diqqətim dərslərimdə olur. Gələn bildirişlərə baxmıram. Nəyisə yadda saxlamalıyamsa, onu kağıza yazıram» (Kris).

    MƏSLƏHƏT. Çalış dərslərini etdiyin yerdə səni yayındıran şeylər olmasın. Oranı təmiz və səliqəli saxla.

a Mənbə: «The Shallows—What the Internet Is Doing to Our Brains» kitabı.

Həmyaşıdların nə deyir?

Keti

«Dərslərini edəndə sən suyun üzərində xizək sürən kimi olmamalısan. Dəyərli bir şey tapmaq üçün suyun dərinliklərinə dalan dalğıc kimi olmalısan» (Keti).

Roxelyo

«İnsan sağlam olanda daha aydın düşünür. Sağlam qidalanmaq diqqətimi daha yaxşı cəmləməyə kömək edir. Həmçinin kifayət qədər yatmaq da vacibdir, çünki onda növbəti gün özümü daha gümrah hiss edirəm və diqqətimi cəmləyə bilirəm» (Roxelyo).

Xülasə: Diqqətimi cəmləməyi necə öyrənə bilərəm?

  • Söhbət edəndə. Həmsöhbətinə diqqətlə və heç nəyə yayınmadan qulaq asmaqla ona hörmət göstər.

  • Dərsdə. Dərsdə olarkən mesajlaşma və oyun oynama. Bütün diqqətin dərsdə olsun.

  • Dərs edəndə. Fikir ver ki, dərslərini etdiyin yerdə diqqətini yayındıran heç nə olmasın. Oranı təmiz və səliqəli saxla.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş