Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 37
  • Müqəddəs Kitabda Pasxa barədə nə deyilir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitabda Pasxa barədə nə deyilir?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Yazıların cavabı
  • Nəyə görə siz Pasxa bayramını qeyd etmirsiniz?
    Tez-tez verilən suallar
  • Bayramlara münasibətimiz necə olmalıdır?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allaha məqbul olmayan iman və adətlər
    Allah bizdən nə tələb edir?
  • Allaha məqbul olmayan bayram və adətlər
    Allahın məhəbbətindən ayrılmayın
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 37

Müqəddəs Kitabda Pasxa barədə nə deyilir?

Müqəddəs Yazıların cavabı

Xristian dünyasının qeyd etdiyi Pasxa bayramı Allahın Kəlamına əsaslanmır. Bu bayramın tarixinə nəzər salsaq, onun əslində qədim məhsuldarlıq ayinləri ilə bağlı olduğunu görəcəksiniz. Gəlin aşağıdakı məqamlara nəzər salaq.

  1. Adı. «Britaniya ensiklopediyası»nda deyilir: «İngilis adı olan “İster” (azərbaycanca “Pasxa”) naməlum mənşəyə malikdir; anqlo-sakson kahini Venerebl Bede bu bayramın adını 8-ci əsrdə anqlo-saksonların bahar ilahəsi Eosterin adından götürmüşdür. Başqaları isə onu finikiyalıların məhsuldarlıq ilahəsi Astarta (babillilərdə İştar) ilə əlaqələndirirlər».

  2. Dovşanlar. Məhsuldarlıq simvolu olan dovşanlar «avropalıların və Yaxın Şərqin bütpərəst bahar bayramlarından və qədim mərasimlərindən bizim günlərədək gəlib çatmışdır» («Britaniya ensiklopediyası»).

  3. Yumurtalar. Bir mifoloji lüğətə əsasən, Pasxa dovşanının gətirdiyi güman edilən Pasxa yumurtalarını ovlamaq adəti «sadəcə uşaq oyunu yox, məhsuldarlıq ayininin izləridir» («Funk & Wagnalls Standard Dictionary of Folklore, Mythology and Legend»). Bəzi mədəniyyətlərdə inanırlar ki, bəzədilmiş Pasxa yumurtaları «sehirli şəkildə xoşbəxtlik, firavanlıq, sağlamlıq və təhlükəsizlik bəxş edə bilər» («Traditional Festivals»).

  4. Yeni Pasxa libası. «Skandinaviya ilahəsi olan Baharı, yəni İsteri köhnə libasda qarşılamaq hörmətsizlik sayılırdı və bədbəxtlik gətirdiyi hesab edilirdi» («The Giant Book of Superstitions»).

  5. Günəşin doğması ilə bağlı ayinlər. Bu, qədimdə günəşə ibadət edənlərin «yaz gecə-gündüz bərabərliyi zamanı günəşi və onun bütün təbiətə yeni həyat verən qüvvəsini qarşılamaq» ayinlərilə əlaqəli idi («Celebrations—The Complete Book of American Holidays»).

Bayramlara həsr olunmuş bir kitabda bütpərəst Pasxanın mənşəyi çox gözəl izah olunur: «Şübhə yoxdur ki, Kilsə hələ təzə-təzə yaranarkən bütpərəstlərin qədim adət-ənənələrini mənimsəyib onlara məsihçi donu geyindirmişdi» («The American Book of Days»).

Müqəddəs Kitabda Allaha Onun bəyənmədiyi ayinləri və adət-ənənələri icra etməklə ibadət etmək mühakimə olunur (Mark 7:6—8). 2Korinflilərə 6:17 ayəsində deyilir: «Onların arasından çıxın, — deyir Yehova, — bir də murdar şeylərə toxunmayın». Allahı razı salmaq istəyən insan bütpərəst mənşəyi olan Pasxa bayramını qeyd etməməlidir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş