Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp16 №  4 s. 4
  • O, çürüməkdən qorundu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • O, çürüməkdən qorundu
  • Gözətçi qülləsi (kütləvi) 2016
  • Oxşar material
  • Bu kitab necə qorunub saxlanılıb?
    Hamı üçün olan kitab
  • O, təhrif olunmaqdan qorundu
    Gözətçi qülləsi (kütləvi) 2016
Gözətçi qülləsi (kütləvi) 2016
wp16 №  4 s. 4

ÜZ QABIĞINDAKI MÖVZU | ALLAHIN QORUDUĞU MÜQƏDDƏS KİTAB

O, çürüməkdən qorundu

TƏHLÜKƏ. Müqəddəs Kitab yazıçıları və mirzələr üçün əsas yazı materialı papirus və perqament idia (2 Timutiyə 4:13). Bəs bu yazı materialları Müqəddəs Kitabın bizim günlərə qədər gəlib çatmasına hansı təhlükəni yaradırdı?

Papirus cırılan, rəngi solan və çürüyən materialdır. Riçard Parkinson və Stefan Kverke adlı misirşünaslar deyirlər: «Papirus vərəqləri müəyyən müddətdən sonra saçaqlanır və ovularaq toz halına düşür. Anbarda saxlanılan papirus rulonu nəmişlikdən kif ata və ya çürüyə bilərdi. Basdırılan papirus rulonu isə gəmiricilər, həşəratlar, xüsusilə də ağ qarışqalar tərəfindən yeyilə bilərdi». Tapılmış bəzi papiruslar günəş işığına və nəmişliyə məruz qalmış, bu isə onların məhvini sürətləndirmişdi.

Perqament papirusa nisbətən daha dözümlü materialdır. Amma ondan düzgün istifadə edilmədikdə, yüksək temperatura, nəmişliyə və ya işığa məruz qaldıqda papirus kimi o da korlanırb. Perqament də həşəratların hücumuna məruz qalır. Bu səbəbdən bir kitabda deyilir ki, qədim əlyazmalar yalnız istisna hallarda dövrümüzə gəlib çatıb («Everyday Writing in the Graeco-Roman East»). Əgər Müqəddəs Kitab əlyazmaları da bu cür çürüyübsə, onda orada yazılanlar da onunla birlikdə məhv olub.

NECƏ QORUNDU? Yəhudi qanununa əsasən, taxta çıxan hər padşah Tövratın «surətini özü üçün köçürməli» idi (Qanunun təkrarı 17:18). Bundan əlavə, peşəkar mirzələr əlyazmaların sayını o qədər çoxaltmışdılar ki, artıq eramızın birinci əsrində İsraildə, hətta Makedoniyada olan sinaqoqlarda Müqəddəs Kitabı tapmaq mümkün idi (Luka 4:16, 17; Həvarilərin işləri 17:11). Bəs ən qədim əlyazmalar dövrümüzə necə gəlib çıxıb?

1) Gil dolça; 2) Ölü dəniz əlyazmaların bir parçası

Ölü dəniz əlyazmaları kimi tanınan əlyazmalar əsrlər keçsə belə, quru iqlimdə mağaranın içərisində gil dolçada saxlanaraq dövrümüzə qədər gəlib çıxıb

Müqəddəs Kitabın bəzi əlyazmalarının tapıldığı mağara

Əhdi-Cədid üzrə alim Filip Komfort deyir: «Yəhudilər Müqəddəs Kitab tumarlarını qoruyub saxlamaq üçün onları səhəng və ya dolçanın içərisinə qoyurdular». Ehtimal ki, xristianlar da bu ənənəni davam etdirmişdilər. Bu səbəbdən Müqəddəs Kitabın bəzi qədim əlyazmaları gil dolçaların, eləcə də qaranlıq otaqların, mağaraların içərisində və olduqca quraq ərazilərdə tapılmışdı.

NƏTİCƏ. Müqəddəs Kitabın minlərlə əlyazması bu günümüzə kimi gəlib çatıb. Onların bəzilərinin 2000 ildən çox yaşı var. Belə qədim tarixə malik bu qədər əlyazması olan ikinci bir kitab yoxdur.

a Papirus eyni adlı su bitkisindən hazırlanan yazı materialı idi. Perqament isə heyvan dərisindən hazırlanırdı.

b Misal üçün, ABŞ-ın rəsmi imzalanmış İstiqlaliyyət bəyannaməsi perqament üzərində yazılmışdı. Üstündən haradasa 250 il keçən bu perqament indi elə hala düşüb ki, onu oxumaq mümkün deyil.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş