Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp23 №  1 s. 10—11
  • 3 | Qədimdə yaşamış mömin insanların nümunəsi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 3 | Qədimdə yaşamış mömin insanların nümunəsi
  • Gözətçi qülləsi (kütləvi) 2023
  • Başlıqlar
  • Oxşar material
  • Mənası
  • Necə tətbiq edə bilərik?
  • 2 | Müqəddəs Kitab təsəlli verir
    Gözətçi qülləsi (kütləvi) 2023
  • 4 | Müqəddəs Kitabdan dəyərli məsləhətlər
    Gözətçi qülləsi (kütləvi) 2023
  • Səhhətimdə problem varsa — III hissə
    Gənclərin sualları
  • Emosiyaları necə idarə etmək olar?
    Gənclərin sualları
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2023
wp23 №  1 s. 10—11
Narahatçılıq içində olan Musa peyğəmbər göyə baxır və Allaha dua edir.

3 | Qədimdə yaşamış mömin insanların nümunəsi

MÜQƏDDƏS KİTABDA DEYİLİR Kİ,.. Mömin kişi və qadınlar «bizdəki kimi duyğulara malik» insanlar idilər (YAQUB 5:17, haşiyə).

Mənası

Müqəddəs Kitabın səhifələrində müxtəlif hisslər keçirmiş kişi və qadınların həyat hekayələri yer alır. Bu əhvalatları oxuyanda görə bilərik ki, onlardan ən azı biri eynən bizim kimi hisslər keçirib.

Necə tətbiq edə bilərik?

Hər birimiz istəyərik ki, ətrafımızdakı insanlar keçirdiyimiz hissləri başa düşsün. Psixoloji problemlərlə mübarizə aparanda buna xüsusilə ehtiyac duyuruq. Müqəddəs Kitabdan real əhvalatları oxuyanda görürük ki, həmin insanlar da bizim kimi hisslər keçiriblər, eyni cür düşünüblər. Beləcə, görürük ki, əzab çəkən, narahatlıqla və bədbin hisslərlə mübarizə aparan təkcə biz deyilik.

  • Müqəddəs Kitabda özünü məyus, çarəsiz hiss edən çoxlu sayda insanın sözləri qələmə alınıb. Nə vaxtsa belə demisiniz: «Daha bacarmıram!» Bəzi peyğəmbərlər, məsələn, Musa, İlyas, Davud peyğəmbər də belə hisslər keçirib (Saylar 11:14; 1 Padşahlar 19:4; Zəbur 55:4).

  • Müqəddəs Kitabda Hənnə adlı qadından danışılır. Onun övladı yox idi, üstəlik, günüsü onu ələ salırdı, buna görə də o, «çox kədərli» idi (1 İşmuil 1:6, 10).

  • Allahın Kəlamında Əyyub peyğəmbər haqda da yazılıb. O, mömin həyat tərzi sürsə də, güclü emosional sarsıntı keçirmişdi. Ola bilsin, onun keçirdiyi hissləri siz də yaşamısınız. Bir dəfə peyğəmbər demişdi: «Bezmişəm, daha yaşamaq istəmirəm» (Əyyub 7:16).

Bu mömin insanlar mənfi fikirlərinə qalib gələ bilmişlər. Onların nümunələri üzərində düşünmək mənəvi iztirablarla mübarizədə bizə kömək edə bilər.

Müqəddəs Kitabın köməyi. Kevin

Bipolyar pozuntunun həyatıma təsiri

Kevin və iki dostu birlikdə kofe içir.

«Haradasa əlli yaşım olanda mənə bipolyar pozuntu diaqnozu qoyuldu. Hərdən mənə elə gəlir ki, həyatda qarşıma çıxan istənilən problemi həll edə bilərəm. Hərdən isə düşünürəm ki, bu həyatda yaşamağa dəyməz.

Müqəddəs Kitabın mənə faydası

Öz vəziyyətimi Müqəddəs Kitabda haqqında bəhs olunan həvari Butrusun vəziyyətinə bənzədirəm. O elə səhvlər etmişdi ki, özünü dəyərsiz hiss edirdi. Lakin Butrus bu hissə qapılıb qalmadı. O, qayğıkeş dostlarının əhatəsində olmağı seçdi. Hərdən mən də özümü dəyərsiz hiss edirəm. Bipolyar pozuntuya görə günüm pis keçəndə çatışmayan cəhətlərim məni məyus edir. Bu zaman çalışıram Butrus kimi davranım, təslim olmamağıma kömək edən dostlarımın əhatəsində olum.

Allahın Kəlamını oxuyanda həmçinin Davud padşahın nümunəsi mənə böyük təsəlli verir. O, üzləşdiyi vəziyyətlərə görə tez-tez məyus olurdu və keçmiş günahlarından ötrü peşmançılıq çəkirdi. Hərdən mən də elə sözlər deyirəm, elə hərəkət edirəm ki, sonradan peşman oluram. Davudun 51-ci məzmurda yazdığı sözlər mənə təsəlli verir. 3-cü ayədə o demişdi: “Təqsirlərimi yaxşı bilirəm, günahım gözümün önündə durub”. Bu sözlər həyatımın ən qaranlıq anlarını, depressiyada olduğum vaxtları çox yaxşı təsvir edir. Belə anlarda özüm barədə müsbət düşünmək çox çətin olur. Həmçinin Davudun 10-cu ayədə dediyi sözlərə şərikəm: “Məndə təmiz ürək yarat, içimə təzə, mətin bir ruh qoy”. Eynilə mən də duamda yalvarıb Allahdan kömək istəyirəm ki, özüm haqda müsbət düşünə bilim. Bundan əlavə, 17-ci ayədəki sözlər məni ovudur: “Çilik-çilik olmuş, peşman ürəyi rədd etməzsən, ey Allah”. Bu ayəni oxuyanda əmin oluram ki, Allah məni sevir.

Müqəddəs Kitabdakı mömin insanların nümunələri, eləcə də Allahın bu gün mənə bəxş etdiyi şeylər üzərində düşünəndə gələcəyə olan ümidim artır. Allahın Kəlamındakı vədlər mənim üçün real olur və təslim olmamağıma kömək edir».

Daha ətraflı:

jw.org saytından «Gözətçi qülləsi» № 2, 2019 jurnalının «Yaşamağa taqətiniz qalmayanda» adlı məqaləsini oxuyun.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş