Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ie s. 3—4
  • Ölümdən sonra həyat varmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ölümdən sonra həyat varmı?
  • İnsan öləndə nə baş verir?
  • Başlıqlar
  • Oxşar material
  • Sual bir, cavab min
  • Ümumi mövzu
  • Ölməzlik təsəvvürünün İudaizmə, Xristianlığa və İslama daxil olması
    İnsan öləndə nə baş verir?
  • İnsan öləndə ruhla nə baş verir?
    İnsan öləndə nə baş verir?
İnsan öləndə nə baş verir?
ie s. 3—4

Ölümdən sonra həyat varmı?

«Ağac üçün ümid var, kəsilsə belə, yenə pöhrəsini verər... İnsan ölsə, dirilərmi?» (MUSA, QƏDİMDƏ YAŞAMIŞ PEYĞƏMBƏR).

1-3. Əzizlərini itirənlərin əksəriyyəti özlərinə necə təsəlli verirlər?

NYU-YORKDA dəfn mərasimi keçirilən zallardan birində dost-tanışlar və ailə üzvləri sükut içində açıq tabutun yanından keçirlər. Onların gözləri 17 yaşlı gəncin cənazəsinə dikilib. Məktəb yoldaşları onu güc-bəla ilə tanıyırlar. Kimyəvi üsulla müalicə olunduğundan onun saçı seyrəlmiş, xərçəng xəstəliyindən isə əriyib bir dəri, bir sümük qalmışdı. Doğrudanmı, tabutdakı onların dostudur? Cəmi bir neçə ay bundan əvvəl o, ideyalarla, suallarla və enerji ilə dolu, bir sözlə, həyat eşqi ilə alışıb-yanan insan idi! Dərddən ürəyi qubar bağlayan ana oğlunun haradasa yaşadığını düşünərək ümid və təsəlli tapmağa çalışır. O, göz yaşı içində beyninə həkk olunan fikri dönə-dönə təkrarlayır: «Tommi indi xoşbəxtdir. Allah onu göyə, Öz yanına apardı».

2 Nyu-Yorkdan təxminən 11 000 kilometr aralıda yerləşən Hindistanın Camnaqar şəhərində üç qardaş sağlığında biznesmen işləmiş 58 yaşlı atalarının meyitinin yandırılması üçün görülən hazırlıq işlərinə kömək edirlər. Səhər çağı günəşin parlaq şəfəqləri altında böyük oğul məşəllə odun qalağına od vurub, ətirli ədviyyatların və müxtəlif buxurların qarışığından hazırlanmış mayeni meyitin üstünə tökərək mərasimə başlayır. Ocaq çırtıltı ilə yanarkən brəhmən sanskrit dilində bu sözləri təkrarlayır: «Qoy ölməz ruh mütləq həqiqətlə qovuşmaq üçün çalışmağa davam etsin».

3 Bu mərasimi izləyərkən üç qardaşın hər biri özündən soruşur: «Görəsən, doğrudan, ölümdən sonra həyat var?» Dünyanın müxtəlif yerlərində təhsil aldıqlarından onların cavabları bir-birindən fərqlənir. Kiçik oğul əmindir ki, əziz atası indikindən yüksək təbəqəli şəxs kimi yenidən dünyaya gələcək. Ortancıl qardaş ölülərin sanki yuxuya getdiyinə və heç nədən xəbəri olmadığına inanır. Böyük oğul isə heç kəsin ölən insanla nə baş verdiyini dəqiq bilmədiyini düşünərək ölümlə barışır.

Sual bir, cavab min

4. Əsrlər boyu insanları hansı sual narahat edib?

4 Ölümdən sonra həyat varmı? Bu sual minilliklər boyu insanları çaş-baş salıb. «Hətta ilahiyyatçılar belə bu sualın qarşısında acizdirlər», — deyə katolik ilahiyyatçısı Hans Kyunq qeyd edir. Əsrlər boyu hər cəmiyyətdən olan insanları bu sual düşündürüb, cavab isə saysız-hesabsızdır.

5-8. Müxtəlif dinlər ölümdən sonra həyatın olması ilə bağlı nə öyrədir?

5 Özünü məsihçi adlandıran insanların çoxu cənnətə və cəhənnəmə inanırlar. Hinduistlər isə reinkarnasiyaya, yəni ölümdən sonra ruhun başqa bədəndə yenidən dünyaya gəlməsinə inanırlar. İslam dini mərkəzinin əməkdaşlarından biri Əmir Muaviyə müsəlmanların nöqteyi-nəzərini belə şərh edir: «Biz ölümdən sonra hökm gününün olacağına inanırıq. Həmin gün sanki məhkəmə qurulacaq və insan Allahın hökm kürsüsü qarşısında duracaq». İslam etiqadına görə, həmin gün Allah hər kəsin həyatına nəzər salacaq və kimini cənnətə, kimini isə cəhənnəmə göndərəcək.

6 Şri-Lankada həm buddistlər, həm də katoliklər ailə üzvlərindən biri öləndə qapı-pəncərəni taybatay açırlar. Çırağı yandırır və tabutu elə qoyurlar ki, ölünün ayaqları qapıya tərəf baxsın. Onlar inanırlar ki, belə etsələr, ölünün ruhu evdən asanlıqla çıxacaq.

7 Qərbi Avstraliya Universitetinin mütəxəssisi Ronald Berntin sözlərinə əsasən, Avstraliyanın yerli əhalisi insanın ruhunun məhvedilməz olduğuna inanır. Afrika tayfalarından bəzilərinin etiqadına görə, ölümdən sonra adi insanlar kabusa çevrilir, nüfuzlu şəxslər isə hamının ehtiramla yanaşdığı və cəmiyyətin gözəgörünməz rəhbəri kimi, müraciət etdiyi himayədar ruh olurlar.

8 Bəzi ölkələrdə ruhla bağlı etiqadlar yerli adət-ənənələrin və xristian təlimlərinin birləşməsidir. Məsələn, Qərbi Afrikada katolik və protestantlar arasında belə bir adət var: evdə adam öləndə güzgünü örtürlər ki, kimsə ora baxıb ölənin ruhunu görməsin. Əzizlərinin ölümündən 40 gün keçəndən sonra isə ailə üzvləri və dost-tanışlar onun ruhunun göyə qalxmasını qeyd edirlər.

Ümumi mövzu

9, 10. Dinlərin əksəriyyəti hansı əsas təlimdə həmfikirdirlər?

9 İnsanların adət-ənənələrində və inamlarında olduğu kimi, ölümdən sonra nəyin baş verməsi sualına verilən cavablarda da müxtəliflik müşahidə olunur. Buna baxmayaraq, dinlərin əksəriyyəti bir əsas məsələdə həmfikirdirlər: insanın daxilində heç vaxt ölməyən və insan öldükdən sonra yaşamağa davam edən can, ruh və ya kabus var.

10 Minlərlə xristian dininin və təriqətinin, demək olar ki, hamısında ölməz ruhun olduğuna inanırlar. Bu, iudaizmin də rəsmi təlimidir. Hinduizmdə bu, reinkarnasiya təliminin əsasını təşkil edir. Müsəlmanlar inanır ki, ruh mövcudluğuna bədənlə başlayır, ancaq bədən öləndən sonra da mövcudluğuna davam edir. Digər etiqadlarda — Afrika animizmində, sintoizm və hətta buddizmdə eyni təlim müxtəlif formalarda öyrədilir.

11. Bəzi mütəfəkkirlər ruhun ölməzliyinə dair hansı fikirdə olmuşlar?

11 Bəziləri isə əks mövqe tutaraq həyatın ölümlə başa çatdığını düşünürlər. Onlar üçün emosional və intellektual həyatın bədəndən ayrı şəxssiz və kölgəyəbənzər ruh kimi yaşamağa davam etməsi fikri ağılsız görünür. XX əsrin ispan yazıçısı və alimi Migel de Unamuno yazır: «Ruhun ölməz olduğuna inanmaq bunun belə olmasını arzulamaqdır, ancaq bu arzu elə güclüdür ki, nəticədə istək düşüncəni boğur». Ölməzlik təlimini rədd edənlərin siyahısına qədim dövrün filosofları Aristoteli və Epikürü, həmçinin həkim Hippokratı, şotland filosofu Deyvid Humu, ərəb alimi İbn Sinanı və Hindistanın müstəqillik qazandıqdan sonra birinci baş naziri olmuş Cavahirləl Nehrunu daxil etmək olar.

12, 13. Ruhun ölməzliyi təlimi ilə bağlı hansı vacib suallar meydana çıxır?

12 Ortaya belə sual çıxır: «Həqiqətən də insanda ölməz ruh varmı?» Əgər ruh ölməz deyilsə, onda necə olub ki, bu yalan təlim müasir dinlərin əksəriyyətinin ayrılmaz hissəsinə çevrilib? Bu fikir ilk dəfə harada yaranıb? Digər tərəfdən, əgər ölümdən sonra ruh mövcudluğuna son qoyursa, onda ölənlər üçün hansısa ümid varmı?

13 Bu suallara doğru və qənaətbəxş cavab tapmaq mümkündürmü? Bəli! Bu və digər sualların cavabını növbəti səhifələrdən oxuya bilərsiniz. Əvvəlcə gəlin görək ruhun ölməzliyi təlimi harada yaranıb.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş