Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/10 s. 2
  • Suallar qutusu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Suallar qutusu
  • Müqəddəs ibadətimiz 2010
  • Oxşar material
  • Suallar qutusu
    Müqəddəs ibadətimiz 2003
  • Görüşlər uşaqlara fayda gətirir
    Müqəddəs ibadətimiz 2007
  • Yehovanın Şahidlərinin ibadət görüşlərinin sizə faydası
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • İbadət yerlərimiz
    Allahın iradəsini yerinə yetirən təşkilat!
Əlavə
Müqəddəs ibadətimiz 2010
km 1/10 s. 2

Suallar qutusu

◼ Yığıncaq görüşlərində xoş ab-havanın qorunmasına hər kəs necə öz töhfəsini verə bilər? (Qanun. t. 31:12).

Yehovaya və Onun təsis etdiyi yığıncaq görüşlərinə dərin hörmətdən irəli gələrək hamı görüşlərə tez gəlməyə və öyrənmək üçün hazır olmağa təşviq olunur. Yaxşı olar ki, ön sıralarda yer tutaq, arxa cərgələri isə körpə uşaqlı valideynlər və hərdən gecikənlər üçün boş saxlayaq. Görüş başlamazdan əvvəl elektron cihazlar lazımi rejimə salınmalıdır ki, başqalarını narahat etməsin. Hamı bütün görüş boyu hörmətcil münasibətini qorusa, yayındırıcı şeylər az və cüzi olacaq (Vaiz 5:1; Filip. 2:4).

Yeni maraqlanan görüşlərə təzə-təzə gələndə onu tanıyan kimsə onun yanında oturmağı təklif edə bilər. Bunun, xüsusilə də əliuşaqlılara böyük köməyi dəyə bilər. Ola bilsin, yığıncaq görüşlərində iştirak etmək ailə üçün yeni bir şeydir. Bu halda, onlar arxada oturmaq imkanına görə, yəqin ki, minnətdar olarlar, çünki valideynlərə körpələrinin tələbatlarını ödəmək üçün baş zalı müvəqqəti tərk etmək lazım gələndə başqalarına çox mane olmayacaqlar (Sül. məs. 22:6, 15). Uşaqlı ailələr uşaqları səs-küy salmaq üçün özlərini sərbəst hiss etməsinlər deyə, kiçik zalda oturmamalıdırlar. Uşağa düzəliş vermək və ya başqa tələbatlarını ödəmək lazım gələrsə, yaxşı olar ki, uşaqla birgə zaldan çıxsınlar və sonra bir yerdə qayıtsınlar.

Xidmətçilər ibadət yerində münasib ab-havanın qorunması üçün çalışırlar. Onlar ailələrə və hərdən gecikənlərə münasib yerlər tapmağa kömək edirlər. Xidmətçilər kömək edərkən digərlərinin diqqətini yayındırmamaq üçün nəzakətli və ehtiyatlı olmağı unutmamalıdırlar. Gözlənilmədən xoşagəlməz hallar yarananda onlar dərrakəli davranmalıdırlar. Uşaqların davranışı başqalarının diqqətini yayındıranda xidmətçilər mülayimliklə kömək təklif edə bilərlər.

Görüşdə Allaha ibadət etməyə gələnlərin hamısı Yehova və Onun sülh və salehliyin hökm sürəcəyi yeni dünya haqqındakı niyyəti barədə öyrənmək üçün xoş ab-havanı qoruya bilərlər (İbr. 10:24, 25).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş