Başqaları sənə baxıb nə öyrənir?
1. Şagirdləri İsa ilə xidmətdə olarkən ondan nə öyrənirdilər?
1 İsa demişdi: «Boyunduruǧumu üzərinizə götürün və Məndən öyrənin» (Mat. 11:29). Aydındır ki, o, başqalarını təkcə sözləri ilə yox, gözəl nümunəsi ilə də öyrədirdi. Bir düşün, şagirdləri İsaya baxıb ondan nə öyrənirdilər? O, mülayim, xeyirxah və məhəbbətli idi (Mat. 8:1—3; Mark 6:30—34). O, həqiqətən də həlim idi (Yəh. 13:2—5). Şagirdləri İsa ilə xidmətdə olanda onun həqiqəti başqalarına məharətlə öyrədərək yorulmadan təbliǧ etdiyini görürdülər (Luka 8:1; 21:37, 38). Xidmətdə bizi müşahidə edənlərə bəs biz necə təsir göstəririk?
2. Sahədə təbliǧ edərkən sadə geyimimiz və nümunəvi davranışımız insanlara necə təsir edə bilər?
2 Sahədə təbliǧ etdiyimiz insanlar. Sadə geyimimiz, yaxşı davranışımız və insanlara səmimi maraǧımız onlara güclü təsir baǧışlaya bilər (2 Kor. 6:3; Filip. 1:27). Onlar Müqəddəs Kitaba tez-tez müraciət etdiyimizə diqqət yetirirlər. Digərlərinə isə onları hörmətlə dinləməyimiz təsir edir. Heç vaxt unutma ki, bu sahələrdə yaxşı nümunə qoymaq insanları Padşahlıq xəbərinə cəlb edə bilər.
3. Bacı-qardaşlarımıza necə yaxşı təsir göstərə bilərik?
3 Bacı-qardaşlarımız. Bacı-qardaşlarımıza yaxşı təsir baǧışlaya biləcəyimizin üzərində də düşün. Bizim xidmətdə səyimiz onları eyni cür davranmaǧa təşviq edə bilər. Dəmir dəmiri itilədiyi kimi, yaxşı hazırladıǧımız təqdimələr də başqalarını təbliǧ etmək bacarıqlarını təkmilləşdirməyə təşviq edə bilər (Sül. məs. 27:17). Maraqlanan insanlarla baǧlı dəqiq qeydlər etməyə çalışmaǧımız və tez bir zamanda onlara yenidən baş çəkməyimiz bacı-qardaşlarımızda bu cür davranmaq istəyini oyada bilər. Xidmətimizi tam şəkildə icra etməklə biz həmimanlılarımıza gözəl nümunə verəcəyik (2 Tim. 4:5).
4. Nəyə görə vaxtaşırı olaraq başqalarına necə nümunə verdiyimizi yoxlamalıyıq?
4 Nəyə görə vaxtaşırı olaraq davranışının, dediklərinin və verdiyin nümunənin başqalarına necə təsir göstərdiyini yoxlamayasan? Nümunəvi davranışımız Yehovanı razı salacaq və bizi həvari Pavelin hisslərinə şərik olmaǧa təşviq edəcək. O, belə demişdi: «Mən Məsihi təqlid etdiyim kimi, siz də məni təqlid edin» (1 Kor. 11:1).