«Adəm günah işlətdikdən sonra tövbə etdi və günahları bağışlanıldı. Ancaq onlar göydən yerə qovuldular»
Belə cavab vermək olar: «Bilirsiniz, çoxları buna inanır. Ancaq yaxşı olmazdımı, biz, ilk növbədə, cənnətin harada olduğuna dair Yaradanın fikrini öyrənək? (Yaradılış 2:7, 8, 14 ayələrin oxu.) Bu ayələrdən gördüyümüz kimi, Adəmin yaşadığı cənnət yer üzündə idi. Üstəlik, itaətsizliyin ölümə aparıb çıxaracağı barədə Allah Adəmə xəbərdarlıq etmişdi (Yar. 2:16, 17). Belə ki, xəbərdarlıq edildiyi kimi, günah işlətdikdən sonra Adəmə ölüm hökmü kəsildi (Yar. 3:19, 22, 23)».
Sonra əlavə etmək olar: «Müqəddəs Kitab aydın göstərir ki, ölüm Adəmin günahına görə verilən cəzadır (Rom. 5:12, 15). İnsanların bu günə kimi öldüklərini nəzərə alsaq, sizcə, Adəmin günahının bağışlandığını demək olarmı?»