Xidmətdə püxtələşək. Təkrar başçəkmə üçün zəmin yaratmaqla
Nə üçün vacibdir? Maraq göstərən insanla qarşılaşanda istəyirik ki, ona təkrar baş çəkək. Bununla biz əkdiyimiz həqiqət toxumunu sulayırıq (1 Kor. 3:6). Buna görə də yaxşı olardı ki, sağollaşmazdan öncə təkrar gələcəyimiz vaxtı təyin edək və növbəti dəfə müzakirə edəcəyimiz sualı açıq saxlayaq. Belə etsək, sakin gəlişimizi gözləyəcək və ona saxladığımız ədəbiyyatda açıq saxladığımız sualın cavabı varsa, ehtimal ki, onu oxuyacaq. Başçəkməyə zəmin yaratmaq, təkrar başçəkməni də asanlaşdırır, çünki müzakirə edəcəyin mövzu əvvəlcədən seçilmiş olur və sakin söhbətin nədən gedəcəyini bilir. Təkrar başçəkmə zamanı isə həmin adamın yadına sala bilərik ki, biz keçən dəfə açıq qalan sualı cavablandırmaq üçün gəlmişik. Və sonra keç mətləbə.
Bu ay ərzində buna çalış:
Təqdiməni hazırlayarkən açıq saxlayacağın sualı da hazırla. Bunu xidmətdəki əməkdaşınla da bölüş.