Sentyabrın 15-dən başlanan həftənin cədvəli
SENTYABRIN 15-DƏN BAŞLANAN HƏFTƏ
Mahnı 29 və dua
Yığıncağın Müqəddəs Kitab öyrənməsi
fy fəs. 12, abz. 1—8 (30 dəq.)
Teokratik Xidmət Məktəbi
Müqəddəs Kitabın oxunması: Saylar 26—29 (10 dəq.)
№ 1: Saylar 27:15—28:10 (4 dəq. və ya az)
№ 2: Uşaqlara Allah haqqında həqiqəti necə öyrətməli? Ən yaxşı üsullar hansılardır? (w11 1/10 8, 9) (5 dəq.)
№ 3: İsraillilər Qırmızı dənizi keçir (Smy hekayə 33) (5 dəq.)
Xidməti görüş
15 dəq. Nələrə nail olmuşuq? Xidmət nəzarətçisinin nitqi. Avqust ayında keçirilən xüsusi kampaniya da daxil olmaqla, ötən xidmət ilində yığıncağın fəaliyyətini nəzərdən keçir. Diqqəti əldə olunan nailiyyətlərə cəmlə və göstərdikləri səyə görə bacı-qardaşları təriflə. Qoy təbliğçilər avqust ayı ərzində xidmətdə baş vermiş ruhlandırıcı hadisələr haqda danışsınlar. Və xidmətini genişləndirən bir təbliğçidən müsahibə götür. Növbəti ildə yığıncağın yaxşılaşdırmalı olduğu bir və ya iki sahəni qeyd et və praktiki məsləhətlər ver.
15 dəq. «Peyğəmbərlərdən nümunə götürün — Nahum». Sual-cavab.
Mahnı 49 və dua