MƏSİHİ HƏYATI
Nəşrlərimizin qədrini bilin
İsa Məsih öyrədirdi: «Təmənnasız almısınız, təmənnasız da verin» (Mt 10:8). Biz Müqəddəs Kitab və ona əsaslanan ədəbiyyatların qarşılığında insanlardan pul yığmamaqla bu göstərişə əməl edirik (2Kr 2:17). Bununla belə, unutmamalıyıq ki, bu nəşrlərimizdə Allahın Kəlamından olan dəyərli kəlmələr var. Onların çap olunmasına və bütün yığıncaqlara çatdırılmasına çoxlu zəhmət və xərc çəkilir. Buna görə də yalnız lazım olan qədər nəşr götürməliyik.
İnsanlara ədəbiyyat verərkən müdrik davranın. Bu, ictimai şahidlik işinə də aiddir (Mt 7:6). Sadəcə nəşr verməkdənsə, əvvəlcə insanın marağının olub-olmadığını müəyyən etməyə çalışın. Bu səhifədə yerləşən çərçivədəki sualların ən azı birinə «hə» cavabını verə bilirsiniz? Əgər insanın marağının olub-olmadığını ayırd etmək çətindirsə, yaxşısı budur ona buklet verəsiniz. Ancaq insan özü jurnal və ya hansısa başqa nəşri istəyirsə, sözsüz ki, ona bir nüsxə verəcəyik (Ms 3:27, 28).