Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g18 №  2 s. 15
  • 12. Məqsədlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 12. Məqsədlər
  • Oyanın! 2018
  • Başlıqlar
  • Oxşar material
  • MƏNASI
  • ZƏRURƏTİ
  • TƏTBİQİ
  • Məqsədlərimə necə nail ola bilərəm?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Qarşınıza Allahı şərəfləndirən məqsədlər qoyun
    Gözətçi qülləsi: Qarşınıza Allahı şərəfləndirən məqsədlər qoyun
  • Ruhani məqsədlərinə necə çata bilərsən?
    Müqəddəs ibadətimiz 2006
  • Ey gənclər, həyatınızı nəyə həsr edəcəksiniz?
    Gözətçi qülləsi 2010
Əlavə
Oyanın! 2018
g18 №  2 s. 15

GƏNCLƏR ÜÇÜN

12. Məqsədlər

MƏNASI

Məqsəd sadəcə gerçəkləşməsini istədiyiniz bir arzu deyil. Əsl məqsədlər üçün plan qurmaq, vəziyyətə uyğunlaşmaq və güc sərf etmək lazımdır.

Məqsədlər qısamüddətli (həyata keçməsi üçün günlər və ya həftələr alan), ortamüddətli (aylar) və uzunmüddətli (illər) ola bilər. Uzunmüddətli məqsədlərə qısamüddətli və ortamüddətli məqsədlərin sayəsində nail olmaq mümkündür.

ZƏRURƏTİ

Məqsədlərə nail olmaq sizdə özünəinam yaradacaq, dostluq münasibətlərinizi gücləndirəcək və xoşbəxtliyinizi artıracaq.

Özünəinam. Qarşınıza kiçik məqsədlər qoyub, onlara nail olduqca daha böyük məqsədlər qoymaq üçün sizdə özünəinam hissi yaranacaq. Özünəinam hissi həmçinin günbəgün maneələrlə üzləşəndə, məsələn, yaşıdlarınızın təzyiqinə qarşı duranda artacaq.

Dostluq münasibətləri. İnsanlar ətraflarında məqsədyönlü, yəni nə istədiyini bilən və istədiklərinə nail olmaq üçün əlindən gələni edən kəsləri görmək istəyirlər. Bundan əlavə, dostluq münasibətini gücləndirməyin ən yaxşı üsullarından biri qarşı tərəflə birlikdə eyni məqsəd üçün çalışmaqdır.

Xoşbəxtlik. Qarşınıza məqsəd qoyub, ona nail olanda məmnunluq duyacaqsınız.

«Məqsədlər qoymağı xoşlayıram. Bu mənə kömək edir ki, boş durmayım və onlara nail olmağa çalışım. Məqsədimə çatanda geriyə baxıb: “Ura, bu məndə alındı! İstəyimə nail oldum!” — demək ən möhtəşəm hissdir» (Kristofer).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Küləyə baxan toxum səpməz, buluda baxan biçin biçməz» (Vaiz 11:4).

TƏTBİQİ

Məqsəd qoymaq və onlara nail olmaq üçün növbəti addımları atın.

Müəyyən edin. Real məqsədlərin siyahısını tutun. İlk öncə hansılara nail olmaq istədiyinizi ardıcıllıqla sıralayın.

Plan qurun. Hər bir məqsəd üçün aşağıdakıları edin:

  • Real vaxt təyin edin.

  • İşlərinizi addım-addım planlaşdırın.

  • Maneələri təxmin edin və onları necə dəf edəcəyinizi düşünün.

Hərəkətə keçin. Ola bilsin, siz bütün detalları götür-qoy etməmisiniz, amma bunun sizə mane olmasına yol verməyin. Özünüzdən soruşun: «Məqsədimə çatmaq üçün ilk növbədə nə edə bilərəm?» Sonra onu edin. Hər addımı tamamladıqca nailiyyətlərinizi izləyin.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Çalışqanın niyyəti uğur gətirər» (Məsəllər 21:5).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş