Fəsil 39
Məqsədlərimə necə nail ola bilərəm?
Aşağıdakılardan hansına sahib olmaq istəyərdin?
□ Daha çox özünəinam hissi
□ Daha çox dostlar
□ Daha çox xoşbəxtlik
ƏSLİNDƏ, bunların hər üçünə də sahib ola bilərsən! Necə? Qarşına məqsədlər qoymaqla və onlara nail olmaqla. Bunun üçün gəl aşağıdakılara diqqət yetirək:
Daha çox özünəinam hissi. Qarşına xırda məqsədlər qoyanda və onlara nail olanda özünə əminliyin artacaq və qarşına daha böyük məqsədlər qoya biləcəksən. Günbəgün həmyaşıdlarının təzyiqi kimi çətinliklərin öhdəsindən gəlməklə də özünəinam hissini artıracaqsan.
Daha çox dostlar. Çoxlarına həyatda nə istədiyini bilən və istədiyinə nail olmağa çalışan məqsədyönlü insanlarla oturub-durmaq xoşdur.
Daha çox xoşbəxtlik. Əlini-əlinin üstünə qoyub nə isə maraqlı bir şey baş verməsini gözləyəndə, təbii ki, həyat darıxdırıcı olur. Ancaq məqsədlər qoyub onlara nail olmaq insana məmnunluq gətirir. Başlamağa hazırsan? Növbəti səhifələrin bu işdə sənə köməyi olacaq!a
✔ 1 MÜƏYYƏN ET
1. Məqsədlər fikirləş tap. Təxəyyülünü işə sal! Təfərrüatlarını düşünmə, bacardığın qədər çoxlu ideyalar yaz — çalış, ən azı, on məqsəd tapasan.
2. İdeyalarını dəyərləndir. Hansı daha çox xoşuna gəlir? Hansına nail olmaq sənə daha çətindir? Hansına nail olsan, daha çox qürur duyardın? Unutma ki, ən yaxşı məqsəd sənin üçün böyük məna kəsb edən məqsəddir.
3. Vacibliyinə görə sırala. Məqsədlərini nail olmaq istədiyin ardıcıllığa görə nömrələ.
✔ 2 PLAN QUR
Seçdiyin hər bir məqsəd üçün növbəti addımları at:
Məqsədini yaz.
İngilis dilini öyrənmək və ölkəmdəki əcnəbilərə təbliğ etmək
Bitirəcəyin tarixi müəyyən et. Əks təqdirdə, məqsədlərin sadəcə bir xəyal olaraq qalacaq!
1 iyul
İşlərini addımbaaddım planlaşdır.
Addımlar:
1. Danışıq kitabçası əldə etmək.
2. Hər gün on yeni söz öyrənmək.
3. İngilisdilli insanlara qulaq asmaq.
4. Kimdənsə qrammatikanı necə bildiyimi və tələffüzümü yoxlamasını xahiş etmək.
Yarana biləcək çətinlikləri müəyyən et. Onların öhdəsindən necə gələcəyini düşün.
Yarana biləcək çətinliklər:
İngilis dilində danışan tanışın olmaması.
Özünə söz ver. Söz ver ki, məqsədinə nail olmaq üçün əlindən gələni edəcəksən. İmzala və tarixi yaz.
Problemin həlli:
www.jw.org saytından ingilis dilində audio-yazılar yükləmək.
․․․․․ ․․․․․
İmza Tarix
✔ 3 HƏRƏKƏTƏ KEÇ!
Dərhal başla. Özündən soruş: «Məqsədimə çatmaq üçün artıq indidən nə edə bilərəm?» Əlbəttə, ola bilsin, sən bütün detalları götür-qoy etməmisən, amma bunun hərəkətə keçməyinə mane olmasına yol vermə. Necə ki, Müqəddəs Kitabda deyilir: «Küləyə baxan toxum səpməz, buludlara baxan əkdiyini biçməz» (Vaiz 11:4). Çalış, balaca da olsa, bu gün edə biləcəyin nəsə tap və həyata keçir.
Məqsədlərini hər gün gözdən keçir. Hər bir məqsədinin sənin üçün nəyə görə vacib olduğunu özünə xatırlat. Planlaşdırdığın addımları atdıqca hər birinin yanında ✔ işarəsi qoy, ya da məqsədinə çatdığın tarixi yaz. Beləcə, qət etdiyin nailiyyət yolunu izləmiş olacaqsan.
Fantaziyanı işə sal. Xəyalən gələcəyə get və bir anlığa hədəflərinə çatdığını təsəvvür et. Bundan məmnunluq duy. Sonra geri qayıt və atmalı olduğun vacib addımları bir-bir gözündə canlandır. Nəhayət, hər bir addımı necə atdığını və onlara nail olanda özünü nə dərəcədə yaxşı hiss etdiyini təsəvvür et. İndi hərəkətə keçə bilərsən!
[Haşiyə]
a Bu məsləhətlər xırda məqsədlərə aid olsa da, oradakı prinsiplər böyük məqsədlər üçün də tətbiq ediləndir.
AÇAR AYƏ
“Çalışqanın niyyəti xeyir gətirər, tələsən ehtiyac içinə düşər” Süleymanın məsəlləri 21:5
MƏSLƏHƏT
Qurduğun plana xırdalığına kimi riayət etmək şərt deyil. Vəziyyətə uyğunlaş və lazım gəldikcə planında dəyişikliklər et.
BİLİRSƏN... ?
Məqsədin nə qədər böyük olarsa, ona nail olduqda əldə edəcəyin sevinc də bir o qədər çox olar.
NECƏ DÜŞÜNÜRSƏN?
● Bir dəfəyə qarşına çoxlu məqsədlər qoymağın düzgündürmü? (Filipililərə 1:10).
● Məqsədlər qoymaq həyatının hər dəqiqəsini planlaşdırmaq deməkdir? (Filipililərə 4:5).
[283–cü səhifədəki yazı]
“Həyatda heç bir amalı olmayanda və ya heç nəyə can atmayanda insan asanlıqla məyusluğa qapıla bilər. Ancaq qarşısına məqsədlər qoyub onlara nail olanda özünə inamı artır” Renat
[283–cü səhifədəki çərçivə/şəkil]
Nümunə üçün
Dostluq. Yaşca özümdən böyük və ya kiçik biri ilə dostluq etmək. Keçmiş dostluğumu yenidən bərpa etmək.
Sağlamlıq. Hər həftə, ən azı, 90 dəqiqə idmanla məşğul olmaq. Ən azı, 8 saat yatmaq.
Məktəb. Riyaziyyatdan qiymətlərimi yaxşılaşdırmaq. Həmyaşıdlarımın təzyiqinə təslim olmamaq.
Ruhani işlər. Hər gün 15 dəqiqə Müqəddəs Kitabı oxumaq. Bu həftə sinif yoldaşlarımla imanımı bölüşmək.
[284 və 285–ci səhifələrdəki şəkil]
Məqsədlər layihə kimidir — onları həyata keçirmək üçün zəhmət çəkmək lazımdır