Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 17 s. 139—s. 142 abz. 1
  • Mikrofondan istifadə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mikrofondan istifadə
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Müvafiq səs gücü
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • 2020-ci ilin «Həmişə sevinin!» adlı regional toplantısının tərcüməsi
    İanələriniz hara xərclənir?
  • COVID-19 pandemiyası zamanı ibadət evlərində görülən təhlükəsizlik tədbirləri
    İanələriniz hara xərclənir?
  • Gözlərlə təmas
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 17 s. 139—s. 142 abz. 1

DƏRS 17

Mikrofondan istifadə

Nə etməlisən?

Əgər sizin yığıncağınızda görüşlər zamanı səsi artırmaq üçün mikrofondan istifadə edilirsə, ondan düzgün istifadə et.

Nə üçün vacibdir?

Sözlərimiz yalnız yaxşı eşidildiyi təqdirdə, başqalarına fayda gətirəcək.

BACI-QARDAŞLARIMIZ yığıncaq görüşlərinə gəlmək üçün çoxlu vaxt və güc sərf edirlər. Görüşlərdən faydalanmaq üçün onlar deyilənləri aydın eşitməlidirlər.

Qədim İsraildə səsgücləndirici cihazlar yox idi. Bəs onda Vəd edilmiş diyara girməzdən əvvəl Moav düzənliyində Musa İsrail xalqına müraciət edərkən milyonlarla insan onu necə eşidirdi? Ola bilsin, düşərgə boyu bir-birindən müəyyən qədər aralı duran kişilər onun sözlərini bir-birinə ötürürdülər (Qanun. t. 1:1; 31:1). İsraillilər İordandan qərbə doğru torpaqları zəbt etməyə başladıqdan bir qədər sonra Yeşua xalqı Gerizm və Eval dağlarının ətəyində topladı. Ehtimal ki, bu zaman levililər həmin iki dağın arasındakı vadidə durmuşdular. Bütün xalq sadalanan xeyir-duaları və lənətləri eşidib, onlara cavab verirdi (Yeşua 8:33-35). Ola bilər, bu halda da, sözlər düşərgə boyu düzülmüş adamlar vasitəsilə çatdırılırdı, ancaq şübhə yoxdur ki, həmin ərazidə səsin yaxşı yayılmasının da köməyi dəymişdi.

Təxminən 1 500 il sonra İsanı dinləmək üçün Qalileya dənizinin sahilində ‘böyük izdiham toplaşanda’ o, qayığa minib, sahildən uzaqlaşdı və oturub xalqa müraciət etdi (Mark 4:1, 2). Görünür, İsa bilirdi ki, suyun üzü hamar olanda səs xüsusilə aydın eşidilir. Buna görə də qayıqdan danışırdı.

XX əsrin əvvəllərinədək dinləyicilərin deyilənləri eşitməsi natiqin səsinin nə dərəcədə gur və aydın olmasından asılı idi. Ancaq 1920-ci illərdən başlayaraq, Yehovanın xidmətçiləri konqreslərdə səsgücləndirici cihazlardan istifadə etməyə başladılar.

Səsgücləndirici cihazlar. Səsgücləndirici cihazlar səsin səciyyəvi xüsusiyyətini və tonunu qoruyaraq, danışanın səsini dəfələrlə gücləndirir. Bu cihazların sayəsində danışana səs tellərini gücə salmaq lazım gəlmir. Dinləyicilər isə onu rahat eşidib, diqqəti deyilənlərə cəmləyə bilirlər.

Yehovanın Şahidləri çalışırlar ki, keçirdikləri konqreslərdə keyfiyyətli səsgücləndirici cihazlardan istifadə etsinlər. Bundan başqa, bir çox Padşahlıq Zallarında məruzə ilə çıxış edən, görüşləri aparan və ya səhnədən oxuyan qardaşların səsini gücləndirmək üçün bu cihazlardan istifadə edilir. Həmçinin bəzi yığıncaqlarda dinləyicilər şərh verərkən mikrofondan istifadə edirlər. Əgər sizin də yığıncaqda belə cihazlar varsa, onlardan düzgün istifadə etməyi öyrən.

Bəzi əsas qaydalar. Bu cihazlardan düzgün istifadə etmək üçün növbəti amilləri yadda saxla: 1) mikrofonu bir qayda olaraq, ağızdan 10-15 santimetr aralı tutmaq lazımdır. Mikrofon ağıza çox yaxın olanda, sözlər anlaşılmaz olur, çox aralı olanda isə səs yaxşı eşidilmir. 2) Mikrofonu böyürdən yox, düz tutmaq lazımdır. Danışarkən başını sağa-sola çevirmə, üzünü mikrofona tutub danış. 3) Adi hallarda danışdığından bir qədər uca və intensiv danış. Ancaq qışqırma. Səsgücləndirici cihazın sayəsində ən uzaqda oturan adam da səni eşidəcək. 4) Boğazını arıtlamaq, asqırmaq və ya öskürmək istəyəndə ağzını kənara tut.

Məruzə ilə çıxış edərkən. Sən kürsüyə qalxanda, qardaşlardan biri mikrofonu düzəldəcək. Bu zaman üzünü dinləyicilərə tut və sərbəst dur. Qeydlərini kürsünün üstünə qoy və diqqət yetir ki, mikrofon onların qabağını tutmasın.

Çıxışa başlayanda səsinin səsgücləndiricidən necə çıxdığına fikir ver. Səsin həddən artıq ucadan çıxmır, yaxud partlayışlı səslər yaranmır ki? Bu halda bir neçə santimetr geri çəkilmək lazım gələ bilər. Qeydlərinə baxan zaman, yaddan çıxarma ki, üzünü mikrofondan aşağı yox, mikrofona tərəf və ya ondan bir az yuxarı tutub danışmaq lazımdır.

Səhnədən oxuyarkən. Oxuyarkən üzünün dinləyicilərə tərəf olması üçün Müqəddəs Kitabı və ya başqa nəşri əlində tutmaq yaxşı olardı. Çox ehtimal ki, mikrofon düz qarşında olduğundan oxuduğun materialı azacıq yana tutmalı olacaqsan. Buna görə də bir az yana dur ki, oxuyanda düz mikrofona danışasan.

«Gözətçi Qülləsi»nin öyrənilməsi zamanı qardaşların əksəriyyəti oxuyarkən ayaq üstə durur və dayağa bərkidilmiş mikrofondan istifadə edir. Belə olan halda daha rahat nəfəs almaq və daha ifadəli oxumaq mümkün olur. Unutma ki, abzasların oxunması görüşün vacib hissəsidir. Dinləyicilərin görüşdən fayda əldə etməyi, oxunan materialı eşitmələrindən çox asılıdır.

Görüşlərdə şərh verərkən. Yığıncağınızda dinləyicilərin şərh verərkən mikrofondan istifadə etmələri aydın və kifayət qədər ucadan danışmağın vacibliyini istisna etmir. Şərh verərkən Müqəddəs Kitabı və ya öyrənilən nəşri əlində tut ki, mikrofon mətni görməyinə mane olmasın.

Bəzi yığıncaqlarda mikrofonla xidmət etmək üçün qardaşlar təyin olunur. Sizin də yığıncağınızda belədirsə, sənə söz veriləndə əlini aşağı salma ki, mikrofonla xidmət edən qardaş harada oturduğunu görsün və mikrofonu sənə tez çatdırsın. Əgər mikrofonu şərh verən özü əlində tutursa, onu götürməyə hazır ol. Mikrofonu əlinə almamış danışma. Şərhini deyib qurtaran kimi mikrofonu qaytar.

Səhnəcikdə iştirak edərkən. Səhnəcikdə iştirak edərkən mikrofondan istifadə edilməsinə xüsusilə diqqət yetirmək lazımdır. Mikrofon dirəyə bərkidilibsə, deməli, Müqəddəs Kitabı və qeydlərini saxlamaq üçün hər iki əlin boş olacaq. Mikrofonu əldə tutanda isə sərbəst hərəkət etmək olur. Müqəddəs Kitabdan rahat istifadə etmək üçün, ola bilsin, tərəf müqabilindən mikrofonu tutmağı xahiş etmək lazım gələcək. Tərəf müqabilinin onu düzgün şəkildə tuta bilməsi üçün qabaqcadan məşq etmək lazımdır. Həmçinin yadda saxla ki, səhnədə, xüsusilə də danışarkən, dinləyicilərə arxa çevirmək olmaz.

Hərdən Xidməti görüşdə olan səhnəciklərdə bir neçə iştirakçı olur və onlara səhnədə hərəkət etmək lazım gəlir. Belə olan halda, bir neçə mikrofona ehtiyac ola bilər. Mikrofonları ya qabaqcadan lazım olan yerə qoymaq, ya da iştirakçılar səhnəyə çıxanda onlara vermək lazımdır. Mikrofonların vaxtında hazır olması üçün qabaqcadan tədbir görülməlidir. Səhnəciyi çıxışdan əvvəl məşq edəndə iştirakçılara mikrofondan düzgün istifadə etməyi öyrətməyə imkan olur. Məşqi səhnədə keçirmək mümkün deyilsə, yaxşı olardı ki, mikrofonu düz tutmağı öyrənmək üçün iştirakçılar əllərində mikrofon ölçüsündə əşya tutsunlar. Səhnəcikdən sonra, iştirakçılar mikrofonları ehmalca yerinə qoymalı və səhnədən düşərkən ehtiyatlı olmalıdırlar ki, ayaqları mikrofonun şnuruna dolaşmasın.

Mikrofondan istifadə edilməsinə diqqətlə yanaşmağımız görüşlərimizin əsas məqsədlərindən biri ilə — Allahın Kəlamını müzakirə edərək bir-birimizi möhkəmləndirməklə bilavasitə bağlıdır (İbr. 10:24, 25). Mikrofondan düzgün istifadə etməyi öyrənməklə hər birimiz bu mühüm məqsədin həyata keçməsi üçün öz töhfəmizi verə bilərik.

NECƏ NAİL OLMAQ OLAR?

  • Mikrofonu ağzından 10-15 santimetr aralı tut.

  • Mikrofonu böyürdən yox, düz tut.

  • Adi halda danışdığından bir qədər ucadan və intensiv danış.

  • Boğazını arıtlamaq istəyəndə ağzını yana tut.

ÇALIŞMA: Sizin Padşahlıq Zalınızda mikrofondan istifadə edilirsə, təcrübəli natiqlərin dirəyə bərkidilmiş və əldə tutulan mikrofondan necə istifadə etdiklərinə xüsusi diqqət yetir. Onlardan nədə nümunə götürmək istədiyini, hansı hərəkətlərini isə təkrar etmək istəmədiyini, eləcə də səbəblərini müəyyən et.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş