Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/4 s. 23—27
  • Allaha həsr edilənlərə layiq tərzdəmi yaşayırsınız?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allaha həsr edilənlərə layiq tərzdəmi yaşayırsınız?
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • Onlar Allaha həsr edildiklərini inkar etmədilər
  • Allaha həsr edilmiş xidmətçilərin müasir nümunələri
  • Allaha həsr edilməyə düzgün münasibət
  • Əbəs yaşanılmayan günlər
  • Anlayışınızı aydın saxlayın
  • Nəyi etməyə qərarlısınız?
  • Yehovaya sabit ürəklə xidmət edin
    Gözətçi qülləsi 2002
  • Nəyə görə özümüzü Yehovaya həsr etməliyik?
    Gözətçi qülləsi 2010
  • Həsr olunmamıza müvafiq yaşamaq
    Müqəddəs ibadətimiz 2003
  • «Gedin, bütün xalqları şagirdim edin, onları... vəftiz edin»
    Gözətçi qülləsi 2006
Gözətçi qülləsi 2001
w01 1/4 s. 23—27

Allaha həsr edilənlərə layiq tərzdəmi yaşayırsınız?

“Hər nə etsəniz, insanlar üçün yox, Rəbb üçün edir kimi, canla-başla edin” (KOLOSLULARA 3:23).

1. İdmançılar, özlərini seçdikləri idman növünə həsr etdiklərini necə göstərirlər?

İDMANÇILAR ən yaxşı nailiyyətlərə necə nail olurlar? Tennisdə, futbolda, basketbolda, beysbolda, yüngül atletikada, qolfda və idmanın digər növlərində, ən yaxşılar özlərini axıra qədər bədənin və ağılın məşqinə həsr edir, seçdikləri idman növünün tələblərinə uyğun qabiliyyətlərini maksimal dərəcədə inkişaf etdirməyə çalışaraq şöhrət zirvəsinə çatırlar. Möhkəmlik və psixoloji hazırlıq onlar üçün hər şeydən vacibdir. Müqəddəs Kitabın anlamına görə, Allaha həsr edilmək, öz işinə yalnız buna bənzər sədaqətliyimi nəzərdə tutur?

2. “Həsr edilmək” sözü altında Müqəddəs Kitabda nə nəzərdə tutulur? Nümunə əsasında göstərin.

2 Müqəddəs Kitabda, bir kimsəyə və ya nəyə isə sədaqət göstərmək və ya həsr edilmək sözü altında nə nəzərdə tutulur? “Həsr etmək” kimi tərcümə olunan qədim ibrani fe’li “ayrı tutmaq, ayrılmış, seçilmək” mə’nasını verira. Qədim İsraildə baş kahin Harunun baş sarığına, “həsr edilmənin müqəddəs işarəsi” olan və üzərində ibrani dilində “müqəddəslik Yeqovaya məxsusdur” sözləri yazılan qızıl lövhə taxılırdı. Bu, baş kahinin yadına salırdı ki, o, müqəddəsi murdar edən hərəkətlərdən uzaq durmalıdır, “çünki müqəddəslik işarəsi, Allahının məsh yağı onun üzərindədir” (Çıxış 29:6, YD; 39:30, YD; Levililər 21:12, YD).

3. Allaha həsr edilməmiz, davranışımıza necə tə’sir etməlidir?

3 Bu ayələrdən göründüyü kimi, özünü Allaha həsr etmək ciddi addımdır. Bu o deməkdir ki, insan şəxsi arzusu ilə Allahın xidmətçisi olur və o özünü çox əxlaqlı aparmalıdır. Bunu nəzərə alaraq, Peterin, Yeqovanın növbəti sözlərinə istinad etməsinin səbəbləri mə’lum olur: “Müqəddəs olun, çünki Mən müqəddəsəm” (1 Peter 1:15, 16). Allaha həsr edilmiş biz məsihçilərin üzərinə, həsr edilməmizə uyğun olaraq yaşamaq və sədaqətimizi axıra qədər qorumaq kimi ciddi məs’uliyyət düşür. Məsihçilərin Allaha həsr edilmələri özünə nə daxil edir? (Levililər 19:2; Matta 24:13).

4. Özümüzü Allaha həsr etmək üçün hansı addımı atırıq və bunu nəyə bənzətmək olar?

4 Yeqova Allah və Onun niyyətləri haqqında, həmçinin İsa Məsih və Yeqovanın niyyətlərində onun rolu haqqında dəqiq biliklər əldə etdikdən sonra, Allaha bütün ürəyimizlə, canımızla, düşüncəmizlə və qüvvətimizlə xidmət etməyi özümüz qərarlaşdırmışıq (Mark 8:34; 12:30; Yəhya 17:3). Bunu hətta əhdi-peyman, Allaha şərtsiz həsr edilmək hesab etmək olar. Biz Allaha hisslərin tə’siri altında həsr edilməmişik. Bu addımı atmazdan əvvəl, ağlımızı işlədərək, hər şeyi dərindən və dua edərək götür-qoy etmişik. Yə’ni biz özümüzü Allaha hansısa bir müddət üçün həsr etməmişik. Biz, sahəni şumlamağa başlayıb yarı yolda dayanan, bu işi bacarmayacağına, yaxud biçin vaxtına hələ çox qaldığına və ümumiyyətlə biçinin olub-olmyacağına şübhə edən insana bənzəməməliyik. Teokratik vəzifələri icra etmək üçün “əlini kotan üstünə qoyub”, heç bir çətinlik qarşısında geri çəkilməyən insanların nümunəsinə baxaq (Luka 9:62; Romalılara 12:1, 2).

Onlar Allaha həsr edildiklərini inkar etmədilər

5. Yeremya hansı tərzdə, Allaha bütünlüklə həsr edilmiş insanın diqqətə layiq nümunəsi oldu?

5 Yeremya, 40 ildən artıq (b. e. ə. 647-ci ildən 607-ci ilə qədər) Yerusəlimdə peyğəmbər kimi xidmət etdi, bu isə heç də asan deyildi. Yeremya bilirdi ki, hər şeyi bacarmır (Yeremya 1:2—6). O, hər gün Yəhuda əhalisinin tərsliyi ilə qarşılaşırdı, buna görə də, onun cəsarətli və sarsılmaz olmağa ehtiyacı vardı (Yeremya 18:18; 38:4—6). Lakin Yeremya özünü, Allaha həsr edilmiş xidmətçiyə layiq tərzdə aparmaq üçün, ona qüvvət verən Yeqova Allaha güvənirdi (Yeremya 1:18, 19).

6. Həvari Yəhya bizə hansı nümunəni verdi?

6 Yaxud qoca yaşlarında, “Allahın kəlamı və İsa Məsihin şəhadəti üçün”, qonaqsevməz Patmos adasına sürgün edilən sadiq həvari Yəhyanın nümunəsinə baxaq (Vəhy 1:9). O, 60 ilə yaxın müddətdə sarsılmazlığını qoruyub saxladı və özünü Allaha həsr etmiş məsihçi mövqeyinə sadiq qaldı. O, Yerusəlimin Roma qoşunları tərəfindən dağıdılmasından sonra da yaşayırdı. Yəhya, İncili, Allahdan ilham almış üç kitabı və Har-Megidon müharibəsinin vaqeəsi təsvir edilən Vəhy kitabını yazmaq şərəfinə layiq görülmüşdü. Yəhya, Har-Megidonun onun sağlığında olmayacağını bilib, Allaha xidmətini dayandırdımı? O, e’tinasızlığa qapıldımı? Xeyr, “vaxt yaxın” olsa da, Yəhya ona verilən vəhyin bir qədər sonra həyata keçəcəyini bilərək, axıra qədər sadiq qaldı (Vəhy 1:3; Daniel 12:4).

Allaha həsr edilmiş xidmətçilərin müasir nümunələri

7. Bir qardaş məsihçi sədaqətinə dair necə gözəl nümunə verdi?

7 Bizim zəmanəmizdə minlərlə sadiq məsihçilər Har-Megidona kimi yaşamasalar da, Allaha olan sədaqətlərini qoruyub saxlamaq üçün bütün qüvvələrini sərf edirdilər. Belə məsihçilərdən biri, İngiltərədən olan Ernest Bivor olmuşdur. O, 1939-cu ildə, İkinci dünya müharibəsinin əvvəlində Yeqovanın Şahidi oldu və tammüddətli xidmətdə iştirak etmək üçün, fotomüxbirliklə əlaqədar gəlirli işindən imtina etdi. Məsihçi bitərəfliyi mövqeyinə görə iki il həbsxanada qaldı. Ernestə, onun ailə üzvləri kömək edirdilər. 1950-ci ildə onun üç oğlu Nyu-Yorkda, Gözətçi Qülləsinin Müqəddəs Kitab məktəbi Gileadda missioner xidməti üçün hazırlıq kursunu bitirdi. Təbliğdəki sə’yinə görə dostları Bivor qardaşı Erni-Har-Megidon adlandırırdılar. Bivor sonsuz sədaqətlə, Allaha həsr edilənlərə layiq tərzdə yaşadı və ömrünün axırına qədər Allahın gələcək Har-Megidon müharibəsi haqqında təbliğ etdi. Bivor qardaş 1986-cı ildə vəfat etdi. O, Allaha həsr edilməsini qısa müddətə bağlanmış müqavilə hesab etmirdib (1 Korinflilərə 15:58).

8, 9. a) Franko rejimi dövründə İspaniyada yaşamış gənclərin çoxu hansı nümunəni verdilər? b) Özümüzə hansı sualları vermək münasib olardı?

8 Sönməz sə’ydə İspaniyalı qardaşlarımız da gözəl nümunə göstərmişlər. Franko rejimi dövründə (1939—1975) özünü Allaha həsr edən yüzlərlə gənc Şahidlər cəsarətlə məsihçi bitərəfliyi mövqeyini tutmuşlar. Onlardan çoxu on il və ya daha artıq həbsxanada keçirmişlər. Xesus Martin adlı bir Şahid ümumi hesabla ömrünün 22 ilini həbsxanada keçirmişdi. Şimali Afrikanın hərbi həbsxanasında onu qəddarcasına döyürdülər. Bütün bunlara dözmək asan deyildi, lakin qardaş heç bir güzəştə getmədi.

9 Çox vaxt bu gənclər nə zaman azad ediləcəklərini və ya ümumiyyətlə azad edilib edilməyəcəklərini bilmirdilər: onlara bir-birinin ardınca hökm kəsilirdi. Ancaq həbsdə olarkən də nöqsansızlıqlarını qoruyub saxlamağa çalışır və xidmətdə sə’yli qalırdılar. 1973-cü ildə vəziyyət yaxşılaşmağa başlayanda, yaşları 30-u haqlamış bu Şahidlərdən çoxunu azad etdilər, bundan sonra onlar dərhal tammüddətli xidmətə başladılar. Onlardan bə’ziləri xüsusi pioner və səyyah nəzarətçi oldular. Onlar dustaqxanada, Allaha həsr edilənlərə layiq tərzdə yaşayırdılar, onlardan əksəriyyəti azad olunduqdan sonra da belə yaşamağa davam etdilərc. Bəs bizim haqqımızda nə demək olar? Hədsiz tərzdə sədaqətli olan qardaşlar kimi, biz də həsr edilməmizə sadiq qalırıqmı? (İbranilərə 10:32—34; 13:3).

Allaha həsr edilməyə düzgün münasibət

10. a) Allaha həsr edilməmizə necə münasibət bəsləməliyik? b) Yeqova bizim xidmətimizə necə münasibət göstərir?

10 İradəsini yerinə yetirmək üçün, Allaha həsr edilməmizə münasibətimiz necədir? Bu bizim həyatımızda başlıca yeri tuturmu? Gənc və ya yaşlı, ailəli və ya subay, sağlamlığımızın necə olmasından asılı olmayaraq, imkanlarımız daxilində, özünü Allaha həsr edənlərə layiq tərzdə yaşamağa sə’y göstərməliyik. Vəziyyət kimə isə pioner, Gözətçi Qülləsi Cəmiyyətinin filialında könüllü, missioner və ya səyyah nəzarətçi kimi tammüddətli xidmət etməyə imkan verir. Deyək ki, valideynlərin vaxtının və qüvvəsinin çoxu isə ailənin fiziki və ruhani tələbatlarını ödəməyə sərf olunur. Onların hər ay xidmətə sərf etdikləri nisbətən çox olmayan vaxtlarının, Yeqovanın gözündə tammüddətli xidmətçinin sərf etdiyi çox vaxtdan az qiymətli olduğunu iddia etmək olarmı? Xeyr. Allah bizdən, malik olmadığımız şeyləri gözləmir. Bu prinsipi həvari Pavel söyləmişdi: “Əgər şövq varsa, insanda olmayan mala görə deyil, olan mala görə məqbuldur” (2 Korinflilərə 8:12).

11. Xilasımız nədən asılıdır?

11 Hər necə olursa-olsun, xilasımız gördüyümüz işlərdən deyil, Yeqovanın, Rəbbimiz Məsih İsanın vasitəsilə ifadə olunan, layiq olmadığımız mərhəmətindən asılıdır. Pavel aydın tərzdə izah etdi: “Hamı günah işlətmiş və Allahın izzətindən məhrum qalmışlar. Onlar, Onun lütfü ilə İsa Məsihin fidiyəsi nəticəsində salehliyi müftə aldılar” (Romalılara 3:23, 24; Yaqub 2:17, 18, 24).

12. Nəyə görə özümüzü başqaları ilə müqayisə etmək lazım deyil?

12 Allaha xidmətə nə qədər vaxt ayırmaq, nə qədər ədəbiyyat paylamaq və ya nə qədər Müqəddəs Kitab öyrənməsi keçirmək planında özümüzü başqaları ilə müqayisə etməyə ehtiyac yoxdur (Qalatiyalılara 6:3, 4). Məsihçi xidmətində nə qədər iş görsək də, İsanın təvazökarlığa çağıran sözlərini heç birimiz unutmalı deyilik: “İndi siz də, sizə əmr olunan hər şeyi yerinə yetirdikdən sonra deyin: “Biz heç bir qiyməti olmayan qullarıq, çünki icra etməli olduğumuzu etdik”” (Luka 17:10). Biz “icra etməli olduğumuzu” nə dərəcədə yerinə yetiririk? Bunu nəzərə alaraq belə bir sual yaranır: Allaha xidmətimizin keyfiyyəti necə olmalıdır? (2 Korinflilərə 10:17, 18).

Əbəs yaşanılmayan günlər

13. Allaha həsr edilməmiz bizdə hansı düşüncə tərzinin olmasını tələb edir?

13 Pavel arvadlara, ərlərə, uşaqlara, valideynlərə və qullara nəsihət verərək, yazdı: “Hər nə etsəniz, insanlar üçün yox, Rəbb üçün edir kimi, canla-başla edin. Bilin ki, mükafat olaraq, Rəbbdən miras alacaqsınız. Çünki siz Rəbb Məsihə xidmət edirsiniz” (Koloslulara 3:23, 24). Yeqovaya xidmətdə həyata keçirdiklərimizlə insanlara tə’sir bağışlamağa çalışmırıq. Biz Allaha, İsa Məsihin nümunəsinə riayət edərək xidmət etməyə sə’y göstəririk. O, özünün qısamüddətli xidmətini, vaxtın gözləmədiyini bilərək yerinə yetirirdi (1 Peter 2:21).

14. Peter axır günlərlə əlaqədar nə barədə xəbərdarlıq edirdi?

14 Hər şeydən görünür ki, həvari Peter də vaxtın gözləmədiyini dərk edirdi. O, ikinci məktubunda xəbərdarlıq edirdi ki, axır günlərdə “öz ehtiraslarına” görə hərəkət edən rişxəndçilər, dönüklər və şübhə edənlər gələcək və Məsihin iştirakını şübhə altına salacaqlar. Lakin Peter xəbərdarlıq edir: “Rəbb bə’zilərinin zənn etdiyi kimi Öz və’dini yerinə yetirməkdə gecikmir. Əksinə, O bizə səbr edir və istəyir ki, hamı tövbəyə gəlsin və kimsə həlak olmasın. Rəbbin Günü isə, gecə gələn oğru kimi gələcəkdir”. Hər halda Yeqovanın günü mütləq gələcəkdir. Buna görə də biz, Yeqovanın və’dinə olan ümidimizin möhkəmliyinə hər gün diqqət yetirməliyik (2 Peter 3:3, 4, 9, 10).

15. Həyatımızın hər gününü necə istifadə etməliyik?

15 Əgər həqiqətən də Allaha həsr edilənlərə layiq tərzdə yaşamaq istəyiriksə, hər gün əməllərimizlə Yeqovaya izzət gətirməliyik. Yaşadığımız hər bir günə boylanaraq deyə bilərikmi ki, bu gün bu və ya başqa üsulla Allahın adının izzətlənməsinə və Padşahlıq haqqındakı xəbərin təbliğ olunmasına kömək etmişik? Buna, yüksək əxlaqlı davranışımızla, ruhlandırıcı söhbətlərimizlə və ya doğmalarımıza və dostlarımıza həssas qayğı göstərməklə nail olmaq olar. Məsihçi ümidimizi başqaları ilə bölüşmək imkanını əldən buraxmamışıq ki? Kimə isə Allahın və’dləri üzərində dərindən düşünməyə kömək etmişikmi? Gəlin hər gün ruhani mə’nada nə isə əldə edək ki, təşbehlərlə desək, ruhani mə’nada adımıza açılan hesabımızda Allahı izzətləndirən işlərin məbləği artsın (Matta 6:20; 1 Peter 2:12; 3:15; Yaqub 3:13).

Anlayışınızı aydın saxlayın

16. Allaha həsr edilənlərə layiq tərzdə yaşamağımıza mane olmaq üçün Şeytan nə edir?

16 Biz, məsihçilərin get-gedə daha çox çətinliklərlə qarşılaşdığı bir vaxtda yaşayırıq. Şeytan və onun xidmətçiləri xeyir və şər, paklıq və murdarlıq, əxlaq və əxlaqsızlıq arasındakı sərhədləri dağıtmaq istəyirlər (Romalılara 1:24—28; 16:17—19). İblis elə etmişdir ki, biz məsafədən idarə etmə pultunun və kompüter klaviaturasının vasitəsilə zehnimizi və ürəyimizi asanlıqla murdarlaya bilərik. Ruhani anlayışımız ləkələnə bilər, bununla da Şeytanın hiylələrini ayırd etməyə bilərik. Əgər ruhani dəyərlərimizdən əl çəkiriksə, Allaha həsr edilənlərə layiq tərzdə yaşamaq sə’yimiz - “kotan”dan yapışan əlimizin zəiflədiyi kimi zəifləyə bilər (Luka 9:62; Filipililərə 4:8).

17. Pavelin nəsihəti Allahla münasibətlərimizi qorumağa necə kömək edir?

17 Buna görə də, Pavelin Salonikdəki məsihçilərə ünvanladığı məktub çox müasirdir: “Allahın iradəsi budur ki, müqəddəs olasınız, cinsi əxlaqsızlıqdan imtina edəsiniz, hər biriniz öz bədəninə qüdsiyyət və hörmətlə hakim olsun. Allahı tanımayan xalqlar kimi şəhvət ehtirası ilə hərəkət etməməlisiniz” (1 Saloniklilərə 4:3—5). Allaha həsr edilənlərə e’tinasız yanaşan bə’zilərini, əxlaqsız davranışlarına görə məsihçi yığıncağından kənar etmişlər. Onlar Allahla olan münasibətlərinin zəifləməsinə yol vermişlər və artıq Allah onların həyatlarında vacib yer tutmurdu. Pavel isə dedi: “Allah bizi murdarlığa deyil, müqəddəsliyə çağırmışdır. Buna görə də, bu çağırışı rədd edən, insanı deyil, sizə Öz Müqəddəs Ruhunu bəxş edən Allahı rədd edir” (1 Saloniklilərə 4:7, 8).

Nəyi etməyə qərarlısınız?

18. Nəyə qərarlı olmalıyıq?

18 Əgər Yeqova Allaha həsr edilməmizin bütün vacibliyini dərk ediriksə, o zaman nəyi etməyə qəti qərarlı olmalıyıq? Həm davranışımızda, həm də xidmətimizdə təmiz vicdan əldə etməyə qərarlı olmalıyıq. Peter nəsihət verirdi: “Vicdanınızı təmiz tutun ki, Məsihə aid olaraq sürdüyünüz müsbət həyat tərzini təhqir edənlər pislik edənlərmişsiniz kimi sizə atdıqları böhtandan utansınlar” (1 Peter 3:16). Məsihçi davranışımıza görə iztirab çəkib, təhqir oluna bilərik, lakin eyni şeylər, imanına və Allaha hədsiz sədaqətinə görə iztirablara və təhqirlərə tab gətirən Məsihlə də baş verirdi. Peter deyir: “Beləliklə, Məsih bizim üçün cismən əzab çəkdiyindən, siz də eyni fikirlə silahlanın; çünki cismən əzab çəkən, günahkarlıqdan vaz keçmişdir” (1 Peter 4:1).

19. Özümüz haqqında nə eşitmək istəyirik?

19 Bəli, Allaha həsr edilənlərə layiq tərzdə yaşamaq üçün qəti qərarımız bizi ruhani, əxlaqi və fiziki cəhətdən xəstə olan Şeytan dünyasının torlarından qoruyacaqdır. Lakin bundan əlavə, Allahın bizi bəyəndiyinə əmin olacağıq, bu isə Şeytan və onun xidmətçilərinin təklif etdiklərindən qat-qat yaxşıdır. Gəlin, bizim haqqımızda, həqiqəti ilk dəfə bilən zaman malik olduğumuz məhəbbəti itirdiyimizi söyləmələrinə səbəb verməyək. Qoy bizim haqqımızda, birinci əsrin tiatir yığıncağı haqqında deyilən sözləri desinlər: “Sənin əməllərindən, məhəbbətindən, xidmətindən, imanından və təhəmmülündən xəbərdaram və bilirəm ki, son işlərin birincilərdən çoxdur” (Vəhy 2:4, 18, 19). Gəlin Allaha həsr edilməmizlə əlaqədar “ilıq” olmayaq. Əksinə, gəlin “ruhən hərarətli” olaq və sə’yimizi də sona qədər qoruyub saxlayaq - son isə yaxındır! (Romalılara 12:11; Vəhy 3:15, 16).

[Haşiyələr]

a “Gözətçi Qülləsi”nin 1987-ci il, 15 sentyabr nömrəsinə (rus.) 23-cü səhifəyə baxın.

b Ernest Bivorun həyatı haqqında ətraflı mə’lumatı “Gözətçi Qülləsi”nin 1980-ci il, 15 mart nömrəsində (ing.), 8—11-ci səhifələrdə oxumaq olar.

c Gözətçi Qülləsi Cəmiyyəti tərəfindən 1978-ci il üçün dərc olunan, “Yeqovanın Şahidlərinin salnaməsi”nə (ing.), 156—158, 201—218-ci səhifələrə baxın.

Siz xatırlayırsınızmı?

• Allaha həsr edilmək özünə nəyi daxil edir?

• Allahın qədim və müasir sadiq xidmətçilərindən kimlər təqlid etməmizə layiqdirlər?

• Allaha xidmətimizə necə münasibət bəsləməliyik?

• Allaha sadiq qalmaq istəyiriksə, nəyə qəti qərarlı olmalıyıq?

[24-cü səhifədəki şəkil]

Qəddarcasına davranışlara baxmayaraq, Yeremya sadiqliyini qorudu.

[25-ci səhifədəki şəkil]

Yüzlərlə gənc Şahidlər İspaniya həbsxanalarında nöqsansızlıqlarını qoruyub saxladılar.

[26-cı səhifədəki şəkillər]

Gəlin hər gün ruhani mə’nada nə isə əldə edək.

[27-ci səhifədəki şəkil]

Ernest Bivor öz uşaqlarına məsihçi sə’yinin nümunəsini verdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş