Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/12 s. 5—7
  • Həqiqi din insanları birləşdirir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həqiqi din insanları birləşdirir
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • Müasir ümumdünya qardaşlığı
  • Onları həqiqi ibadət birləşdirdi
  • İnsanları əsil mə’nada birləşdirmək mümkündürmü?
    Gözətçi qülləsi 2001
  • Yeqovanın bərpa olunmuş xalqı onu bütün dünyada izzətləndirir
    Gözətçi qülləsi 2001
  • Yeqovanı, onun qəzəb günü gəlməzdən əvvəl axtarın
    Gözətçi qülləsi 2001
  • Müqəddəs Yazıların kitabı nömrə 36 Sefanya
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/12 s. 5—7

Həqiqi din insanları birləşdirir

ÜMUMİYYƏTLƏ dinlər insanları bir–birindən ayırsa da, tək gerçək Allaha iman onları birləşdirmək qüvvəsinə malikdir. İsrail, Allahın seçdiyi xalq olanda, həqiqi din israilli olmayan səmimi qəlbli çox insanları cəlb edirdi. Misal üçün, Rut özünün Moab tanrılarını tərk etdi və Naomiyə dedi: “Xalqın xalqım olacaq, Allahın Allahım” (Rut 1:16, MKŞ). Eramızın birinci əsrinə yaxın digər millətlərin çoxsaylı nümayəndələri həqiqi Allaha ibadət etməyə başladılar (Həvarilərin işləri 13:48; 17:4). Sonralar, İsanın həvariləri xoş xəbəri təbliğ etmək üçün uzaq ölkələrə yollananda, səmimi qəlbli başqa insanlar da Allaha iman gətirərək, Onun xidmətçiləri oldular. Həvari Pavel yazırdı: “Yaşayan və həqiqi Allaha qulluq etmək üçün bütlərdən Allaha” döndünüz (1 Saloniklilərə 1:10, İ—93). Həqiqi Allaha iman bu gün də insanları belə birləşdirə bilərmi?

Skeptiklər “həqiqi iman” və “həqiqi Allah” ifadələrinin əslində yalan olduğunu israr edirlər. Yəqin ki, onlar həqiqəti hansı mənbədən öyrənməyin mümkün olduğunu bilmədikləri üçün belə düşünürlər. Lakin həqiqəti axtaran insanlar, hansı ölkədə yaşadıqlarından asılı olmayaraq dərk edirlər ki, Allaha ibadət məsələsində məxsus olduqları dinə üstünlük vermək yersizdir. İbadətə yalnız hər şeyi Yaradan — Yeqova Allah layiqdir (Vəhy 4:11). Həqiqi Allah yalnız Odur və insanların Ona necə ibadət etmələrinə O qərar verə bilər.

Yeqova bizimlə öz Kəlamı, yə’ni Müqəddəs Kitab vasitəsilə danışır və Onun tələbləri haqqında biz bu kitabdan mə’lumat əldə edə bilərik. Demək olar ki, bu gün yer üzündə yaşayan hər bir insan ya bütün Müqəddəs Kitaba, ya da onun ayrı–ayrı hissələrinə malikdir. Bundan əlavə, Allahın Oğlu demişdir: “Əgər siz Mənim sözümə sadiq qalsanız... həqiqəti dərk edəcəksiniz” (Yəhya 8:31, 32). Bu o deməkdir ki, həqiqəti dərk etmək olar. Və müxtəlif dinləri tərk edən milyonlarla səmimi qəlbli insanlar, həqiqəti cəsarətlə qəbul edir və həqiqi dində birləşirlər (Matta 28:19, 20; Vəhy 7:9, 10).

Müasir ümumdünya qardaşlığı

Müqəddəs Kitabın “Tsefanya” kitabında yazılan diqqətə layiq peyğəmbərlik müxtəlif xalqlardan olan insanların birləşməsi haqqında söyləyir: “Bir ürəklə Rəbbə qulluq etmək üçün hamısı Rəbbin [Yeqova Allahın] ismini çağırsınlar deyə, xalqlara o zaman təmiz dodaq verəcəyəm” (Tsefanya 3:9). Necə də gözəl mənzərədir: müxtəlif xalqlardan olan insanlar, Allaha birlikdə xidmət etmək üçün, öz düşüncə tərzlərini dəyişirlər!

Bəs bu nə zaman baş verəcəkdir? Tsefanya 3:8 ayəsində deyilir: “Bundan ötrü ova qalxacağım günə qədər məni gözləyin, Rəbbin sözü; çünki hökmüm millətləri toplamaqdır, ta ki, ölkələr üzərinə qəzəbimi, qızğın hiddətimin hamısını tökmək üçün onları bir araya gətirim; çünki bütün dünya qısqanclığımın atəşilə udulacaqdır”. Yeqova, xalqlar üzərinə qızğın hiddətini tökməzdən əvvəl, həlim insanlara təmiz dili öyrənmək imkanı verir. Yeqova artıq indidən bütün xalqları Har–Megidona — Küll–İxtiyar Allahın böyük gününə toplayır (Vəhy 16:14, 16).

Öz xalqını birləşdirmək üçün, Yeqova ona təmiz dil verir. Bu təmiz dil özünə, Allah və Onun niyyətləri haqqında Müqəddəs Kitabın dəqiq anlayışını daxil edir. Təmiz dildə danışmaq həqiqətə inanmaq, onu başqalarına öyrətmək, həmçinin Allahın qanunlarına və prinsiplərinə müvafiq yaşamaq mə’nasını daşıyır. Bunun üçün, düşmənçilik toxumu səpən siyasətdən uzaq durmalı və bu dünyaya xas olan irqçilik, o cümlədən milliyyətçilik kimi xudbin nəzərləri ürəyimizdən çıxarıb atmalıyıq (Yəhya 17:14; Həvarilərin işləri 10:34, 35). Həqiqəti sevən səmimi qəlbli insanların hamısı bu dili mənimsəyə bilərlər. Əvvəlki məqalədə haqlarında bəhs edilən və dini nöqteyi–nəzərlərinə görə qabaqlar bir–birindən fərqlənən beş adam, hazırda yeganə həqiqi Yeqova Allaha birlikdə ibadət edirlər.

Onları həqiqi ibadət birləşdirdi

Öz katolik dininə sadiq olan Fideliya, məktəb məşğələləri üçün qızına Müqəddəs Kitab alanda, onun ölən beş uşağının başına gələnləri Müqəddəs Yazıların əsasında izah etməsini keşişdən xahiş etdi. Qadın e’tiraf edir: “Ümidim üzüldü!” Buna görə də yanına Yeqovanın Şahidləri gələndə, Fideliya həmən sualı onlara da verdi. Ölənlərin hansı vəziyyətdə olduqlarını Müqəddəs Kitabdan öyrəndikdə, kilsədə onu necə də aldatdıqlarını anladı! O, indi bildi ki, ölülər şüursuz vəziyyətdədir və heç yerdə əziyyət çəkmirlər (Məzmur 146:4; Vaiz 9:5). Fideliya özünə məxsus olan bütün ibadət əşyalarını atdı və kilsəni tərk edib, Müqəddəs Kitabı öyrənməyə başladı (1 Yəhya 5:21). O, artıq on ildir ki, Müqəddəs Kitab həqiqətini öyrənməkdə başqalarına kömək edir.

Tara, Katmandu şəhərindən hinduist mə’bədlərinin az olduğu ölkəyə köçdü. Buna görə də ruhani aclığını tə’min etmək ümidilə metodist kilsəsini ziyarət etməyə başladı. Lakin o, “insanlar nəyə görə bu qədər əzab çəkirlər” sualına cavab tapa bilmirdi. Sonra o, Yeqovanın Şahidləri ilə tanış oldu və ona Müqəddəs Kitabı öyrənməyi təklif etdilər. Tara deyir: “Anladım ki, sevən Allah, dünyada baş verən bütün iztirabların səbəbkarı ola bilməz... Qarşıdan gələcək, sülh və harmoniyanın hökm sürəcəyi yeni dünya ­haqqında bilməyə şad idim” (Vəhy 21:3, 4). Tara ona məxsus olan hinduist bütlərini atıb, vətənində qəbul olunmuş dini ən’ənələrə riayət etməyə son qoydu və Yeqovanın Şahidi olub, başqalarına ruhani ehtiyaclarını tə’min etməyə kömək edərək həqiqi xoşbəxtlik əldə etdi.

Panya adlı buddist falçılıqla məşğul olurdu. Banqkokda Yeqovanın Şahidləri ona baş çəkdilər. Müqəddəs Kitabın peyğəmbərlikləri Panyanı çox maraqlandırdı. O xatırlayır: “Mən, mövcud olan şəraitlərin Yaradanın ilk niyyətindən nə üçün fərqləndiyini öyrəndim. Həmçinin Onun hökmranlığını qəbul etmək istəməyənlər tərəfindən bəşəriyyətə toxunulan bütün zərərləri necə aradan qaldıracağı haqqında mə’lumat əldə etdim. O zaman, sanki gözlərim açıldı. Müqəddəs Kitabdakı bütün xəbərlər necə də həmahəngdir! Mən Yeqovanı bir şəxsiyyət kimi tanıdım və sevdim. Bu isə məni, hər şeydə düzgün davranmağa təşviq etdi. İnsan müdrikliyi ilə Allahın müdrikliyi arasındakı fərqi görmələri üçün başqa insanlara kömək etmək istəyirdim. Həqiqi müdriklik mənim həyatımı dəyişdirdi”.

Vircildə tədricən öz dininə dair ciddi şübhələr yaranmağa başladı. O, artıq Allaha zəncilərə və onun başa düşdüyü kimi, ağ adamlara qarşı nifrəti qızışdıran irqçi bir təşkilata kömək etməsi haqqında dua etmirdi. O, Allaha dua edirdi ki, harada və necə olmasından asılı olmayaraq, həqiqəti tapmaqda ona kömək etsin. «Axşamüstü ürəkdən dua etdim, səhər yuxudan oyananda isə evdə “Gözətçi Qülləsi” jurnalı tapdım... Yəqin ki, onu qapının arasından salmışdılar». O, tezliklə Yeqovanın Şahidləri ilə Müqəddəs Kitabı sə’ylə öyrənməyə başladı. Vircil davam edir: “Həyatımda ilk dəfə məmnunluq hissi duydum... Ürəyimdə ümid işığı parıldadı”. Qısa bir vaxtdan sonra Vircil, insanlara Allahın Kəlamı olan Müqəddəs Kitabdakı yeganə ümid barədə danışan adamlara qoşuldu.

Latın Amerikasından olan Çaro uşaqları ilə bazara gedərkən yolda əziyyət çəkirdi. Bu zaman ona öz köməyini göstərib, maşını ilə onu bazara aparan Qledisin — Yeqovanın Şahidinin — səxavətinə mat qaldı. Çaro tezliklə pulsuz Müqəddəs Kitab öyrənməsinə razılıq verdi. Yaxşı adamların hamısının göyə qalxmayacağını, Yeqovanın çox insanları yer üzündə əbədi həyatla mükafatlandıracağını öz şəxsi Müqəddəs Kitabından öyrənəndə, təəccübləndi (Məzmur 37:11, 29). İndi artıq 15 ildir ki, Çaro bu ümidi başqaları ilə bölüşür.

Təsəvvür edin ki, bütün Yer kürəsi yeganə, həqiqi Allaha imanda birləşən səmimi qəlbli insanlarla dolacaq! Bu isə sadəcə olaraq arzu deyil! Bunu Yeqova və’d etmişdir. Peyğəmbəri Tsefanya vasitəsilə Allah e’lan etdi: “Sənin içində təvazökar və fağır bir xalq saxlayacağam və onlar Rəbbin isminə sığınacaqlar. [...] Haqsızlıq etməyəcək; və yalan söyləməyəcəklər; və ağızlarında hiyləli dil olmayacaq... və [onları] qorxudan olmayacaq” (Tsefanya 3:12, 13). Bu və’d sizi sevindirirsə, Müqəddəs Kitabın də’vətinə qulaq asın: “Rəbbin hökmlərini icra etmiş olan dünyanın bütün təvazökarları, Rəbbi arayın; salehliyi arayın, təvazökarlığı arayın; Rəbbin qəzəb günündə bəlkə gizlənə bilərsiniz” (Tsefanya 2:3).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş