Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/02 s. 3
  • “Hamıya yaxşılıq edək”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Hamıya yaxşılıq edək”
  • Müqəddəs ibadətimiz 2002
  • Oxşar material
  • Gəlin, yaxşılıq etməyə sə’y göstərək!
    Müqəddəs ibadətimiz 2003
  • “Allahın kəlamını... tam bəyan” et
    Müqəddəs ibadətimiz 2002
  • “Yaxşı işlərlə varlı” olun
    Müqəddəs ibadətimiz 2002
  • ‘Müjdəyə şəhadət edin’
    Müqəddəs ibadətimiz 2008
Əlavə
Müqəddəs ibadətimiz 2002
km 4/02 s. 3

“Hamıya yaxşılıq edək”

1 “Bizim Padşahlıq Xidmətimiz”in 2002-ci il fevral və mart ayları üçün əlavə vərəqədə “Allahın kəlamını... tam bəyan” et” və “Yaxşı işlərlə varlı” olun” adlı məqalələr dərc olunmuşdur (Col. 1:​25; 1 Tim. 6:​18). Bu məqalələrdə, maraqlananların Xatirə Gecəsinə gəlmələri, qeyri-fəal təbliğçilərin yenidən yığıncağın bir hissəsi olmaları, uşaqlarımızın və Müqəddəs Kitabı öyrənənlərin isə xoş xəbəri təbliğ etməyə başlamaları üçün xüsusi qüvvə sərf etməyə təşviq olunurduq. Sözsüz ki, sə’ylərimiz yaxşı səmərələr gətirdi. Gəlin, “nə qədər fürsətimiz varsa, [bundan sonra da] hamıya... yaxşılıq edək” (Qalat. 6:10).

2 Onları görüşə bir də də’vət edin. Azərbaycanda hər il Xatirə Gecəsinə gələnlərdən yüzlərlə insan xoş xəbərin təbliğçisi deyil. Əgər onlar Gecəyə gəlirlərsə, demək, həqiqətlə maraqlanır və “əbədi həyata meylli”dirlər. Bəs onların “iman” etmələrinə necə kömək etmək olar? (Həv. iş. 13:48, YD). Tezliklə yenidən yığıncağa gəlmələri üçün onları təşviq etməliyik.

3 Nəyə görə maraqlanan adamı yığıncağın kitaböyrənməsinə, “İnsan öləndə nə baş verir?” broşürasının müzakirəsinə də’vət etməyək? Əgər maraqlanan adam sənin qohumun və ya tanışındırsa və sən yaxın günlərdə Teokratik Xidmət Məktəbində çıxış edəcəksənsə, həmin adamı çıxışını dinləməyə də’vət et. Maraqlanan adama, yaxın vaxtlar üçün planlaşdırılan açıq mə’ruzələr haqqında danış. (Açıq mə’ruzələr haqqında yeni mə’lumat e’lanlar lövhəsində olmalıdır.) İnsanda Yehovaya xidmət etmək həvəsi oyatmaq üçün, müxtəlif imkanlardan istifadə et. Əgər yığıncaqdan heç kim onunla Müqəddəs Kitabı hələ öyrənmirsə, mehribanlıqla ona öyrənmə təklif et.

4 Qeyri-fəalları ruhlandırmağa davam edin. Xatirə Gecəsinə, bir zamanlar vəftiz olunmuş, amma xoş xəbəri müəyyən müddət fəal surətdə təbliğ etməyən kəslər də gələ bilər. Xatırladığımız kimi, Pavel bizi “xüsusən imanlılar ailəsinə yaxşılıq” etməyə təşviq edirdi (Qalat. 6:10). Buna görə də qeyri-fəal təbliğçilərə kömək etmək bizi xüsusilə maraqlandırmalıdır.

5 Ehtimal ki, onlardan bə’ziləri ağsaqqalların və ya başqa qardaş və bacıların onları ruhlandırmaq üçün göstərdikləri sə’yə artıq hay vermiş və xidmətdə yenidən iştirak etməyə başlamışlar. Əgər ağsaqqallar sənə, xidmətini yenidən bərpa etmiş təbliğçi ilə əməkdaşlıq etməyi tapşırıblarsa, unutma ki, sənin Yehovaya və təbliğə olan məhəbbətin onun əminliyini möhkəmlədəcək. Çalış ki, o, səninlə xidmətin müxtəlif sahələrində iştirak etsin. Həmin şəxs o zaman sevinc duyacaq, sə’ylə xidmət etməyə başlayacaq və Yehovanın xeyir-duasını əldə edə biləcək.

6 Xidmətə başlamaqda yeni təbliğçilərə kömək edin. Müqəddəs Kitab həqiqəti ilə yenicə maraqlanmağa başlayan bir qadın, Allahın həqiqi təşkilatını tapdığını anlayanda, həmin an təbliğ xidmətinə başlamaq istədi. Bunun üçün ondan nə tələb olunduğunu öyrənəndə dedi: “Yubanmadan başlamaq istəyirəm”. Əgər Müqəddəs Kitabı öyrəndiyin kəs təbliğçi olmaq tələblərinə cavab verirsə, “yubanmadan başlamağın” nəyə görə vacib olduğunu ona izah etməklə köməklik göstər. Təbliğ xidmətinə hazırlaşmaq vərdişini inkişaf etdirməsinə və bu xidmətdə müntəzəm, hər həftə iştirak etməsinə kömək et.

7 Əgər sənin uşağın vəftiz olunmamış təbliğçi olubsa, onunla birlikdə təbliğ et ki, öz yaşına və qabiliyyətinə uyğun müvəffəqiyyətlərə nail olsun. Əgər ona bir balaca kömək etsən, onun insanlarla nə qədər müvəffəqiyyətlə ünsiyyət yaratdığına, Müqəddəs Kitab ayələrini oxuduğuna və ədəbiyyat təklif etdiyinə, yəqin ki, təəccüb edəcəksən. O, xidmət zamanı həssas adam taparsa, təkrar baş çəkməkdə və insanların marağını artırmaqda ona kömək et.

8 Xidmətinizi genişləndirin. Yalnız yazda deyil, başqa aylarda da xidmətdə daha artıq fəaliyyət göstərmək üçün şəraitin yol verirmi? Hər həftə, adətən etdiyindən bir-iki saat artıq təbliğ edə bilərsənmi? Yenidən köməkçi pioner kimi xidmət etməkdən ötrü, qarşıdakı aylar üçün təqviminə nəzər salırsanmı? Bəlkə tammüddətli xidmətdə iştirak etmək üçün həyatında dəyişikliklər etmək imkanın var? Təbliğdə göstərdiyimiz sə’ylər sayəsində kim isə həqiqəti qəbul edə bilər (Həv. iş. 8:26-39). Gəlin gələcəyə baxaraq, “həmişə bir-birimizə və hamıya yaxşılıq etməyə çalışaq” (1 Salon. 5:15).

[3 səhifədəki çərçivə]

Kömək etməyə davam edin:

□✔ Xatirə Gecəsinə gələnlərə

□✔ xidmətini bərpa edən təbliğçilərə

□✔ vəftiz olunmamış yeni təbliğçilərə

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş