Suallar qutusu
◼ Beyt-Elə gedəndə, geyimimiz və xarici görünüşümüz necə olmalıdır?
Filialı səyahət etmək və ya Beyt-El ailəsinin üzvlərindən kimin isə qonağı olmaq üçün Beyt-Elə gedəndə, “geyimimiz, xarici görünüşümüz və davranışımız, Padşahlıq Zalında ibadət üçün keçirilən görüşlərə toplaşdığımız zaman bizdən gözlənildiyinə müvafiq olmalıdır” (om 131). Lakin fikir verilmişdir ki, bə’zi bacı-qardaşlar filiala baş çəkən zaman olduqca ləyaqətsiz geyinirlər. Bu, müvafiq deyil. Bizim xarici görünüşümüz səliqəli və sadə olmalı, Yehova Allahın xidmətçilərinə layiq olan ədəb və ləyaqəti əks etdirməlidir (1 Tim. 2:9, 10).
Filiala getdiyimiz zaman xarici görünüşümüz haqqında xatırlamaq xüsusilə vacibdir, çünki Beyt-El bir çox kənar şəxslərin diqqət mərkəzindədir. Belə insanlarda Allahın xalqı və təşkilatı haqqında fikir, gördüklərinin əsasında yaranır. Müqəddəs Kitabı öyrənən və filiala baş çəkmək istəyən başqa insanlara, xarici görünüşlərinə fikir verməyin nə dərəcədə vacib olduğunu xatırlatmağa dəyər. Bunu etdiyinizə görə Beyt-El ailəsi sizə minnətdar olacaqdır.
Məsihçi xidmətçiləri olan bizlər diqqət yetirməliyik ki, xarici görünüşümüz başqalarının büdrəməsinə səbəb olmasın (2 Kor. 6:3, 4). Gəlin, layiqli geyinərək hər zaman və “hər cəhətcə Xilaskarımız Allahın tə’limini cazibəli” edək (Tit. 2:10).