Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/02 s. 3
  • Suallar qutusu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Suallar qutusu
  • Müqəddəs ibadətimiz 2002
  • Oxşar material
  • Suallar qutusu
    Müqəddəs ibadətimiz 2013
  • Elektron cihazlara aludəyəmmi?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Ruhani tələbatlarınızı tə’min edin
    Müqəddəs ibadətimiz 2002
Müqəddəs ibadətimiz 2002
km 7/02 s. 3

Suallar qutusu

◼ Cib telefonlarından və peycerlərdən istifadə edərkən nə barədə xatırlamalıyıq?

Bu cür qurğular, demək olar ki, insanlarla müxtəlif yerlərdən əlaqə saxlamağa imkan yaradır. Bu faydalı olsa da, yol verməməliyik ki, cib telefonlarının və peycerlərin istifadəsi xidmətimizin və ya məsihçi görüşlərinin dəyərini aşağı salsın. Bu necə baş verə bilər?

Təbliğdə olduğumuz vaxt insanla danışarkən cib telefonumuzun zəngi və ya peycerin siqnalı çalınarsa nə baş verəcəyini təsəvvür edin. Müsahibimiz nə düşünər? Zəngə cavab vermək üçün söhbətimizi yarımçıq saxlayarıqsa müsahibimizdə hansı təəssürat yaranar? Əlbət ki, insanlara Padşahlıq haqqında xəbəri eşitməyə maneə törədəcək heç bir iş görmək istəmirik (2 Kor. 6:3). Buna görə də, əgər üstümüzdə cib telefonu və ya peycer gəzdiririksə, onları elə kökləməliyik ki, nə bizə, nə də başqalarına mane olmasınlar.

Bizimlə birlikdə xidmət edən əməkdaşımız şəhadətlik edirsə, onda necə? Əgər təbliğ üçün vaxt ayırmışıqsa, təbliğ haqqında da düşünməliyik. Müqəddəs xidmətimizə hörmətlə yanaşdığımız üçün, bu vaxtı lazımsız şəxsi işlərimizə və dostlarımızla söhbətə sərf etməyəcəyik (Rom. 12:7). Təbiidir ki, şəhadətlik etmək və ya təkrar başçəkməyə şərtləşmək üçün telefondan istifadə etməyimiz yerində olar.

Cib telefonunun istifadəsinə xüsusilə də avtomobil idarə edərkən diqqətli yanaşmalıyıq. Belə ki, bir-sıra araşdırmalar göstərir ki, avtomobil sürərkən telefonla danışmaq qəza törətmək ehtimalını artırır. Biz, nəqliyyat idarə edərkən cib telefonlarının və peycerlərin istifadəsini qadağan edən qanunlara ciddi riayət etməliyik.

Yığıncaq görüşləri və konqreslər — Yehovadan tə’lim almaq üçün yığışdığımız ruhani tədbirlərdir. Məgər Allaha olan hörmət hissinə və bu cür müqəddəs tədbirlərə görə olan minnətdarlığımız, bizi və başqalarını yayındırmamaq üçün telefonlarımızı və peycerlərimizi kökləməyə təşviq etməyəcəkmi? Əgər diqqətimizə layiq tə’cili bir iş varsa, onu görüş yerindən kənarda həll etməliyik. Ən yaxşısı isə, şəxsi və dünyəvi işlərimizlə başqa vaxt məşğul olmaqdır (1 Kor. 10:24).

Gəlin, cib telefonlarından və digər elektron qurğulardan istifadə edərkən, həmişə başqalarına hörmət etdiyimizi və ruhani dəyərlərə görə dərin minnətdarlıq əks etdirdiyimizi göstərək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş