Qarşına ruhani məqsədlər qoy
1 Yehovanı əbədiyyət boyu mədh etmək necə də şərəfdir! Artıq indidən qarşımıza ruhani məqsədlər qoyub, onlara nail olmağa cəhd göstərəriksə, bu məqsədin həyata keçməsi mümkündür. Qüvvəmizi müdrikcəsinə sərf etməkdə bizə məqsədyönlülük kömək edər (1 Kor. 9:26). Sən qarşına əldə edilən hansı məqsədləri qoya bilərsən?
2 Müqəddəs Kitabı şəxsən öyrənmək. Sən yığıncaq görüşlərinin hamısına hazırlaşırsanmı? Lazımi materialı öyrəndiyin zaman, onu tədqiq etməyə və üzərində düşünməyə vaxt ayırırsanmı? Misal üçün, “Gözətçi Qülləsi”nin həftəlik öyrənilməsinə və ya yığıncağın kitaböyrənməsinə hazırlaşarkən, sadəcə olaraq cavabları qeyd edirsən, yoxsa Müqəddəs Yazılardan sitat gətirilən yerləri açır və nəşrdə verilən izahlar üzərində düşünürsən? Teokratik Xidmət Məktəbində Müqəddəs Kitabın müzakirə etdiyimiz hissələrindən bir-neçə fəsli hər həftə tədqiq etmək məqsədini qarşına nəyə görə qoymayasan? Bu cür ruhani axtarış üçün vaxt və qüvvə sərf etmək lazımdır, amma bu mükafatsız qalmayacaqdır (Sül. məs. 2:4, 5).
3 Yığıncaq görüşləri. Başqa bir məqsəd isə, müntəzəm olaraq yığıncağın bütün beş görüşünə gəlməkdir. Həmimanlılarımızla ünsiyyətdə olmaq və birinci mahnıda, o cümlədən duada iştirak etmək üçün vaxtından əvvəl gəliriksə, bu, yığıncağı ruhən inkişaf etdirəcək. Həmçinin hər görüşdə şərhlər verməyə cəhd edə bilər və cavablarımızı yaxşılaşdırmağın üzərində işləyə bilərik. Şərh verərkən, abzasda gətirilən Müqəddəs Kitab ayəsinin mövzuya necə aid olduğunu deyə bilər və materialın bizim gündəlik həyatımızda necə tətbiq oluna biləcəyini izah edə bilərsən (İbr. 10:24, 25).
4 Təbliğ xidməti. Qarşımıza məqsədlər qoyanda, xidmətimizin keyfiyyəti olduqca yaxşılaşır. Hər ay müəyyən qədər təbliğ etmək məqsədin varmı? Bə’ziləri bu cür məqsədin faydalı olduğunu görürlər. Məsələn, evdən-evə təbliğ zamanı Müqəddəs Kitabdan istifadə etməyə, daha məqsədyönlü təkrar başçəkmələr etməyə, Müqəddəs Kitab öyrənməsi başlamağa və ya onu daha məharətlə keçirməyə çalışaraq xidmətində təkmilləşə bilərsənmi?
5 Valideynlər, uşaqlarınızı xidmətdə qarşılarına məqsədlər qoymağa təşviq edirsinizmi? Pioner, missioner və ya Beyt-Eldə xidmət etməyin, Yehovaya olan dərin minnətdarlığı təzahür etdirmək üçün ən yaxşı üsul olduğunu başa düşməkdə onlara kömək edin (Vaiz 12:1, 2).
6 İşlərimizin üzərində düşünməklə, qarşımıza ruhani məqsədlər qoymaqla və onlara nail olmaq üzərində çalışmaqla xidmətdə daha çox sevinc əldə edəcək və başqaları üçün ruhlandırma mənbəyi olacağıq (Rom. 1:12).