Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/03 s. 4
  • Yaxşı işlərdə nümunə olaq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaxşı işlərdə nümunə olaq
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • “Həmişə... yaxşılıq etməyə çalışın”
    Müqəddəs ibadətimiz 2002
  • «Başqa millətlərin arasında... nümunəvi davranın»
    Müqəddəs ibadətimiz 2014
  • “Hər hərəkətinizdə müqəddəs olun”
    Müqəddəs ibadətimiz 2004
  • Yehovanı gözləyin!
    Müqəddəs ibadətimiz 2006
Əlavə
Müqəddəs ibadətimiz 2003
km 4/03 s. 4

Yaxşı işlərdə nümunə olaq

1. Nəyə görə vilayət konqresində öz davranışımıza xüsusilə diqqət yetirməliyik?

1 Biz vilayət konqreslərində çox sayda toplaşanda, davranış və hərəkət tərzimiz başqalarının nəzərinə xüsusilə çarpır. Buna görə hər birimiz Müqəddəs Kitabın təmkinli olmaq və “hər şeydə özünü yaxşı işlərin nümunəsi göstər”mək nəsihətinə xüsusilə diqqət yetirməliyik (Tit. 2:6, 7). ‘Yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdmək’ üçün, ehtimal ki, xüsusi sə’y tələb olunacaq (Filip. 2:4). Gəlin, qarşıda keçiriləcək “Allaha izzət verin” adlı vilayət konqresində bu məsləhətə hansı sahələrdə riayət edə biləcəyimizi nəzərdən keçirək.

2. Mənzil məsələsində nəyi yadda saxlamalıyıq?

2 Mənzil məsələsi. Mənzil məsələsində hamımızın yaxşı işlərin nümunəsini göstərməyə gözəl imkanı var. Xahiş olunur ki, mənzil üçün sifarişlərinizi qabaqcadan yollayasınız. Sizə lazım olan qədər yer sifariş edin. Bizə məsləhət görülən yaşayış yerində qalmaqla mənzil şö’bəsində çalışan qardaşların gərgin işini asanlaşdırarıq. Əgər təqdim olunan mənzildən müəyyən səbəblərə görə istifadə edə bilmiriksə, bu haqda mənzil şö’bəsinə qabaqcadan bildirməliyik. Hər bir şəraitdə Allahın ruhunun səmərəsini əks etdirərək, gözəl nümunə veririk (Gal. 5:22, 23). Əgər biz sifarişimizi fərdi mənzildə yaşamaq üçün təqdim etmişiksə — lakin bu cür sifariş verənlərin hamısının xahişini tə’min etmək mümkün olmur — bizi başqa yerdə yerləşdirə bilərlər.

3. Yaşadığımız yerdə hamıya necə yaxşılıq edə bilərik?

3 Başqalarının qeydinə qalmağımız əməldə əks olunmalıdır. Hamının vaxtında yatması və yaxşı istirahət etməsi üçün, yaşayış yerinə çox gec qayıtmayacaq və ya gecə yarısına qədər söhbət etməyəcəyik. Onda səhər yeməyini yemək və konqresə hazırlaşmaq üçün səhər tezdən dura biləcəyik və hamımız, o cümlədən ev sahibi, konqresə vaxtında gələ biləcək. Bir çox bacı və qardaşlarımızın gəlirinin az olduğunu yadda saxlayaraq, konqres zamanı ev sahiblərinin bizim yeməyimiz üçün qayğı göstərəcəklərini gözləməyəcəyik. Ev sahiblərinin tə’yin etdiyi qaydalara riayət etmək və onların əmlakını ehtiyatla istifadə etmək çox vacibdir. Konqresdən sonra evimizə qayıdarkən hökmən ev sahiblərinə təşəkkürümüzü bildirəcəyik. Bu cür davranaraq biz ‘hamıya... yaxşılıq edərək’ ətrafdakılara yaxşı şahidlik verəcəyik (Qalat. 6:10).

4, 5. Uşaqlar Yehovaya necə izzət gətirə bilərlər və valideynlər hansı məs’uliyyəti daşıyırlar?

4 Valideynlər və uşaqlar. Bizim uşaqlarımız dünyəvi gənclərdən olduqca fərqlənir, bu isə Yehovaya və Onun təşkilatına izzət gətirir. Lakin bə’zən kifayət dərəcədə nəzarət olmadığı üçün problemlər yaranır (Sül. məs. 29:15). Valideynlər uşaqlarını nə yaşadıqları yerdə, nə də konqresdə nəzarətsiz buraxmalı deyillər.

5 Bə’zi valideynlər belə bir qənaətə gəlmişlər ki, konqresdən qabaq uşaqlara özlərini necə aparmalı olduqlarına dair yaddaşlıq etmək faydalıdır (Efes. 6:4). Onlar uşaqlarına izah edirlər ki, əsl məsihçi məhəbbəti “kobud davranmaz, öz mənfəətini axtarmaz” (1 Kor. 13:5). Vilayət konqresi bizim Yehovadan tə’lim aldığımız bir vaxtdır, buna görə həm uşaqlar, həm valideynlər necə ki, konqresdə eləcə də başqa yerlərdə öz davranışları ilə bu mərasimə hörmət etdiklərini göstərə bilərlər (İş. 54:13).

6. Bizim davranışımız başqalarına necə tə’sir bağışlaya bilər?

6 Bizim nümunəvi davranışımız, haqqımızda olan yanlış təsəvvürləri aradan qaldıra bilər və insanları həqiqi ibadətə cəlb edə bilər (Mat. 5:16; 1 Pet. 2:12). Qoy vilayət konqresində görüşəcəyimiz adamların hamısı, bizim əməllərimiz və davranışımız sayəsində yaxşı şahidlik alsınlar. Beləliklə ‘hər şeydə yaxşı işlərin nümunəsini göstərəcəyik’ (Tit. 2:7).

[4 səhifədəki çərçivə]

Başqaları haqda düşünərək...

▪ Yaşayış yerlərini yalnız lazımi sayda sifariş edək.

▪ Mənzil məsələsində səbirli olaq.

▪ Vaxtında yataq.

▪ Uşaqlarımıza nəzarət edək.

▪ Qonaqpərvərlik üçün təşəkkürümüzü bildirək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş