“Hər hərəkətinizdə müqəddəs olun”
1. Nəyə görə hər hərəkətimizdə müqəddəslik əks etdirmək vacibdir?
1 Müqəddəs Allah olan Yehovanın xidmətçiləri olduğumuz üçün, biz hər hərəkətimizdə müqəddəs olmağa çalışırıq (1 Pet. 1:15, 16). Bu o deməkdir ki, biz həyatımızın bütün sahələrində Yehovanın normalarına riayət etməyə çalışırıq. Bu il olacaq vilayət konqresi hər hərəkətimizdə müqəddəs olduğumuzu göstərməyə xüsusi imkan verəcəkdir.
2. Mehmanxananın işçilərinə necə yaxşı təəssürat bağışlaya bilərik?
2 Mehmanxanalarda. Keçən il konqres nümayəndələrinin yaşadıqları mehmanxananın sahibi demişdir: “Yehovanın Şahidlərinin bizdə qonaq qalmaları olduqca yaxşıdır! Kaş hamı sizin kimi olardı!” Növbəti xatırlatmalara riayət etməyimizlə yaxşı adımızı möhkəmləndirə bilərik: 1) lazım olduğundan artıq otaq tutma və nömrədə icazə verildiyindən artıq adamın yaşamasına yol vermə; 2) əgər sifariş etdiyin yerdən imtina etmək lazım gəlirsə, bunu etməyi ləngitmə; 3) bişirmək üçün nəzərdə tutulmayan otaqda yemək bişirmə; 4) hər gün xidmətçi personallara minnətdarlığını bildir; 5) mehmanxananın işçiləri ilə söhbətində, xüsusilə də mehmanxanaya çoxlu qonaqlar girib-çıxan zaman, ruhun səmərələrini təzahür etdir (Qalat. 5:22, 23).
3. Uşaqların özlərini aparmaq tərzi başqalarına necə təəssürat bağışlaya bilər?
3 Biz yaxşı rəftarımızla da başqalarına şəhadətlik edə bilərik. Keçən il bir gənc Şahid mehmanxananın işçisindən hansısa dəftərxana ləvazimatı istəmiş, sonra isə qadına təşəkkürünü bildirmişdir. Həmin qadın qeyd edir: “Bəli, indi belə tərbiyəli gəncə rast gəlmək qeyri-mümkündür”. Buna baxmayaraq, bə’zi hallarda müşahidə edilmişdir ki, nəzarətsiz qalan uşaqlar liftlə oynayır, səs salır və dəhlizdə qaçışırlar. Valideynlər uşaqlarını təkbaşına buraxmamalıdırlar. Onlara həmişə nəzarət etməlidirlər. Yalnız o zaman əmin olmaq olar ki, onlar hərəkətləri ilə Yehovaya izzət gətirirlər (Sül. məs. 29:15).
4. Restoran və ya kafedə olan zaman başqalarına qarşı necə nəzakətli ola bilərik?
4 Restoran və kafelərdə. Keçən il keçirilən vilayət konqresinin yaxınlığındakı restoranın ofisiantı deyir: “Şahidlər hamı kimi deyillər. Onlar başqalarına hörmət edirlər”. Həmçinin başqa müştərilərə mane olacaq tərzdə ucadan danışmaqdan və gülməkdən də qaçınmaq vacibdir. Yeyib-içdiyimiz zaman da biz hər şeyi Allaha izzət gətirmək üçün etmək istəyirik (1 Kor. 10:31).
5. Konqresdə özünü nümunəvi aparmaq nə deməkdir?
5 Konqresdə. Biz konqresdə özümüzü xüsusilə nümunəvi aparmalıyıq. Xahiş edirik, necə ki, dayanacaqda, eləcə də zalda xidmətçilərin göstərişlərinə riayət edin (İbr. 13:17). Ailələr bir yerdə oturmalıdırlar, uşaqların, o cümlədən yeniyetmələrin başqa gənclərlə bir yerdə oturmalarına icazə vermək lazım deyil. Konqresin elektrik və ya səs sisteminə heç bir səsyazma qurğusunu qoşmaq olmaz, yeri gəlmişkən, bu cür şeylərdən elə istifadə et ki, başqalarına mane olmayasan. Əgər proqram vaxtı şəkil çəkmək istəyirsənsə, onda fotoaparatın işığından istifadə etmə. Peycer və cib telefonlarını elə rejimə keçirmək lazımdır ki, başqalarının diqqətini yayındırmasın. Konqresin keçirildiyi binada nə isə baş versə, xidmətçiyə və ya İlk yardıma xəbər ver. Bu şö’bənin könüllü işçiləri ixtisaslaşdırılmış tibbi yardım göstərə bilərlər.
6. Konqres zamanı bizim davranışımız Allaha necə izzət gətirir?
6 Davranışımız bizi bu dünyadakı insanlardan fərqləndirir və Allahımıza izzət gətirir (1 Pet. 2:12). Konqres zamanı Yehovanın Şahidləri hamının diqqət mərkəzində olacaq. Buna görə də, gəlin hər hərəkətimizdə müqəddəs olmağa qəti qərarlı olaq.
[5 səhifədəki çərçivə]
Nümunəvi davranış
◼ Mehmanxananın bütün qaydalarına riayət et
◼ Uşaqlarına həmişə nəzarət et
◼ Başqaları ilə nəzakətlə davran