Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/03 s. 1
  • Qrup halında xidmət sevinc gətirir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qrup halında xidmət sevinc gətirir
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • Aid olduğun təbliğ xidməti qrupundan necə faydalana bilərsən?
    Müqəddəs ibadətimiz 2012
  • Təbliğ xidməti üçün görüşlər
    Müqəddəs ibadətimiz 2009
  • Təbliğ görüşləri nəyə görə vacibdir?
    Müqəddəs ibadətimiz 2015
  • Xoş xəbəri təbliğ etməyin üsulları
    Allahın iradəsini yerinə yetirən təşkilat!
Əlavə
Müqəddəs ibadətimiz 2003
km 7/03 s. 1

Qrup halında xidmət sevinc gətirir

1 İsa 70 şagirdini təbliğ etməyə göndərərkən, onlara nə demək lazım olduğunu öyrətdi və iki-iki ayıraraq xoş xəbəri çatdıracaqları əraziyə yolladı. Xidmət şagirdlərə böyük sevinc gətirdi (Luka 10:1-17). Buna bənzər tərzdə bu gün də qrup halında keçirilən xidmət Allahın xalqını ruhlandırır və nizamlı surətdə təbliğ etməyə öyrədir.

2 Ağsaqqalların rəhbərliyi altında. Təbliğ işində hamının müntəzəm olaraq iştirak etməsi üçün ağsaqqalların köməyi çox vacibdir. Xidməti nəzarətçi həftənin ara günlərində təbliğ xidməti üçün görüşlər təşkil edir. Hər bir kitaböyrənmə nəzarətçisi öz qrupunun, xüsusən də istirahət günləri üçün olan fəaliyyətinə rəhbərlik edir. Əgər təbliğ xidməti üçün keçirilən görüşdə bütün yığıncaq iştirak edirsə (məsələn, “Gözətçi Qülləsi”nin öyrənilməsindən sonra), hər bir kitaböyrənmə nəzarətçisi öz qrupunun xidməti üçün qayğı göstərməlidir.

3 “Ədəblə və nizamla”. Təbliğ xidməti üçün görüşü keçirən qardaş görüşü vaxtında başlamalı və 10-15 dəqiqə ərzində keçirməlidir. O, təbliğçiləri qruplara və ərazilərə ayırır (əgər yuxarıda deyildiyi kimi, bunu kitaböyrənmənin nəzarətçiləri etməyibsə) və görüşü dua ilə başa çatdırır. Bu cür nizam-intizam sayəsində təbliğçilərin ərazidə toplanmasına ehtiyac qalmayacaq, bu da öz növbəsində xidmətimizin dəyərini azaltmayacaq. Həm də bu cür münasibət Pavelin məsləhətinə müvafiqdir: “Qoy hər şey ədəblə və nizamla edilsin” (1 Kor. 14:40). Təbliğçilər vaxtında gəlməklə, görüşü keçirən qardaşın göstərişlərinə hazırlıqla riayət etməklə və görüş başa çatan kimi əraziyə yola düşməklə həmin görüşün müvəffəqiyyətlə keçirilməsinə kömək etməlidirlər.

4 Qrup halında xidmət yaxınlaşdırır. Qrup halında xidmət etmək yığıncağın üzvləri ilə tanış olmağın gözəl üsuludur. Xidmət etmək üçün kiminləsə qabaqcadan danışmağımızda səhv bir şey olmasa da, bu görüşə qabaqcadan kiminləsə danışmadan gəlməyimiz də faydalı olardı. Ehtimal ki, bizi, hələ yaxşı tanımadığımız kəslə tə’yin etsinlər, beləliklə də biz məhəbbətimizdə ‘genişlənərik’ (2 Kor. 6:11-13, İ-93).

5 Qrup halında xidmət bizi ruhlandırır və “həqiqət uğrunda həmkarlar” kimi yaxınlaşdırır (3 Yəh. 8). Gəlin xidmətin bu növündə fəal surətdə iştirak edək!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş