Rəhbərlik Şurasının məktubu
Padşahlığın əziz təbliğçiləri!
Biz böyük bir həyəcanla ərazimizdə Padşahlıq işinin necə genişləndiyini müşahidə edirik! 2002-ci ilin sentyabr ayından e’tibarən Rusiyada və filialımızın nəzdində olan başqa ölkələrdə 28 000 Müqəddəs Kitab öyrənməsi başlanmışdır!
Yehova əcnəbi dilli ərazilərdəki fəaliyyətimizə xeyir-dua vermişdir. Rus dilində keçirilən yığıncaqlardan savayı bizim ərazidə daha 10 dildə yığıncaq və qruplar mövcuddur. Ötən xidmət ilində tatar dilində ilk yığıncaq təşkil olunmuşdur. 2003-cü ilin fevral ayında Rusiyadakı jest dilində olan yığıncaq və qruplardan bir rayon təşkil olunmuşdur.
Biz filialımızın ərazisində 2003-cü ilin yaz aylarında əldə edilən gözəl nailiyyətlərə görə çox şadıq! (Vəhy 2:19). Yaz aylarında Rusiya və Belorusiyada pionerlərin sayı yüksək nöqtəyə çatmışdır. Aprel ayında Qazaxıstanda, may ayında isə Azərbaycanda və Belorusiyada təbliğçilərin sayı yüksək nöqtəyə çatmışdır. Apreldə Azərbaycanda və Rusiyada təbliğ xidmətində keçirilən saatların sayı yüksək nöqtəyə çatmışdır. Bizim ərazinin bir çox ölkələrində Müqəddəs Kitab öyrənməsinin sayı yüksək nöqtəyə çatmışdır.
Biz sizinlə birlikdə 2004-cü xidmət ilinə başlayaraq Yehovanın Padşahlıq toxumunu bundan sonra da böyütməsi üçün dua edirik (1 Kor. 3:6).
Sizin qardaşlarınız,
Yehovanın Şahidlərinin Rusiyadakı filialı.