Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 9/05 s. 1
  • Rəhbərlik Şurasının məktubu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Rəhbərlik Şurasının məktubu
  • Müqəddəs ibadətimiz 2005
  • Oxşar material
  • Filialın məktubu
    Müqəddəs ibadətimiz 2007
  • Beytellərdə görülən iş
    Yehova Allahın müasir xalqı
  • Rəhbərlik Şurasının məktubu
    Müqəddəs ibadətimiz 2006
  • Təbliğ işimizə dəstək olan tikililər
    İanələriniz hara xərclənir?
Əlavə
Müqəddəs ibadətimiz 2005
km 9/05 s. 1

Rəhbərlik Şurasının məktubu

Padşahlığın əziz təbliğçiləri!

Son aylar Yehovanın Zaqafqaziya ölkələrindəki xidmətçiləri üçün çox zəngin olmuşdur. Gürcüstandakı ofisdə xidmət edən qardaşlar «zəhmət çəkir» və bir neçə yeni tikinti lahiyələrinin hazırlanmasında sə’y göstərmişlər (1 Tim. 4:10). Yehovanın birgə sərf etdiyimiz qüvvəyə xeyir-dua verməsi sayəsində çox iş görülmüşdür. Aydın görünür ki, Yehova «əkiləni böyüdən Allahdır» (1 Kor. 3:6, 7).

Yeni xidmət ilinin başlanğıcında Zaqafqaziyada yeni bir vilayət və iki rayon təşkil olunmuşdur. Biz çox şadıq ki, Rəhbərlik şurası bu yaxınlarda bizim ərazidə xidmət etmək üçün bir neçə rayon nəzarətçisi tə’yin etmişdir. Mart ayında 16 müvəqqəti xüsusi pioner tə’yin olunmuşdur. Onlar yeni ərazilərdə və bə’zi əcnəbidilli ərazilərdə sə’ylə təbliğ edirdilər. Onlar orta hesabla, hər ay 148 saat təbliğ etmiş və 100-dən artıq jurnal paylamışlar. Müvəqqəti xidmət etmələrinə baxmayaraq, onlar müntəzəm olaraq 6 Müqəddəs Kitab öyrənməsi keçirirdilər.

Zaqafqaziyada xidmət edən təbliğçilərin ən yüksək saya nail olmaları ilə yanaşı, mart və aprel aylarında xidmətin müxtəlif növlərində əldə edilən nəticələr bizim hamımızı sevindirir. Xatirə Gecəsinə gələnlərin ən yüksək sayı — 52 923 nəfər olmuşdur, bu isə gözlədiyimizdən də artıq oldu! 2005-ci ilin mart ayında daimi pionerlərin yüksək sayı 3 050 nəfər idi.

Köməkçi və daimi pionerlərin ümumi sayının, 2005-ci ilin mart ayında hesabat verən təbliğçilərin sayının 25 faizini təşkil etməsi də çox sevindiricidir. Bu isə o deməkdir ki, ötən ilin martında Zaqafqaziyada xidmət edən təbliğçilərdən dörddə biri pioner olmuşdur! Onlar ən yüksək tə’rifə layiqdirlər. 2005-ci xidmət ili həqiqətən də əlamətdar il olmuşdur: misilsiz dərəcədə yüksək göstəricilər təbliğ haqqındakı hesabatın hər bir qrafasında qeyd olunmuşdur.

Təbliğçilər və pionerlər hər yerdə ağsaqqalların rəhbərliyi altında insanların göstərdikləri marağı inkişaf etdirir və Müqəddəs Kitabı öyrənənləri Allahın təşkilatına yönəldirlər. Həmçinin aydın görünür ki, evdən-evə təbliğ zamanı xoş xəbər daha çox «ləyaqətli» olanlara çatmışdır (Mat. 10:11). Xoş xəbəri yaymaq üçün bu müqəddəs xidmətdə iştirak etmək necə də böyük şərəfdir! (Rom. 15:15, 16).

Sizin qardaşlarınız,

Yehovanın Şahidlərinin Gürcüstandakı ofisi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş