Filialın məktubu
Padşahlığın əziz təbliğçiləri!
Biz, Gürcüstandakı ofisin nəzdində olan ölkələrin 2007-ci xidmət ili ərzində xidmətdə müşahidə olunan tərəqqini görərək çox sevinirik. Sentyabrdan başlayaraq hər ay daimi pionerlərin sayı artırdı və aprel ayında ən yüksək say 3 728 nəfər təşkil etmişdi. Xatirə Gecəsi ərəfəsində köməkçi pioner kimi xidmət etmək qərarına gələnləri görmək çox sevindirici idi. Aprel ayında onların sayı 3 999 nəfər olmuşdu. Beləliklə, ərazimizdə yerləşən yığıncaqların hər dördüncü üzvü Xatirə Gecəsi ərəfəsində pioner xidmətinin hansısa növündə iştirak etmişdi. Bu, İsa Məsihin Xatirə Gecəsinə gələnlərin sayında çox yaxşı əks olundu və bu il Xatirə Gecəsində 60 055 nəfər iştirak etmişdi.
«Yalan dinin sonu yaxındır!» adlı 37 nömrəli traktatın paylanması üzrə oktyabr ayında keçirilən kampaniya Yehovanın xalqını çox ruhlandırdı. Ümumi hesabla, biz 620 711 traktat paylamışıq. Bütün bu tədbirlər kömək etdi ki, biz hamımız bu xidmət ilində göstərdiyimiz sə’yi qoruyub saxlayaq. Bu sə’y indiyədək nail olunmamış çoxsaylı Müqəddəs Kitab öyrənmələrinə gətirib çıxardı.
Bu kimi kampaniyaların məqsədi, səmimi insanlara Müqəddəs Kitabın əslində nə öyrətdiyini bilməyə kömək etməkdir (Mat. 28:19, 20). Təbliğ edərkən maraq göstərən hər bir adama Müqəddəs Kitab öyrənməsi başlamaq məqsədilə təkrar baş çəkin. Biz ümidvarıq ki, ərazimizdə yaşayan səmimi insanları axtarmaq və onlara kömək etmək üçün göstərdiyimiz sə’yi Yehova bundan sonra da bol-bol xeyir-dualandıracaq. Bu vacib işdə sizinlə çiyin-çiyinə çalışmağa çox şadıq. Sizi səmimi qəlbdən sevdiyimizə əmin edirik.
Sizin qardaşlarınız,
Gürcüstandakı ofis