Suallar qutusu
◼ Ailəvi Müqəddəs Kitab öyrənməsi haqqında hesabat vermək lazımdırmı?
Əgər məsihçi valideyn vəftiz olunmamış uşaqları ilə ailəvi Müqəddəs Kitab öyrənməsi keçirirsə, öz hesabatına həftədə bir saata kimi vaxt və bir təkrar görüş yaza bilər. Ayda isə bir Müqəddəs Kitab öyrənməsi yaza bilər. Bu, öyrənmənin bir saatdan çox çəkdiyi, həftədə bir dəfədən artıq keçirildiyi və ya hər uşaqla ayrı keçirildiyi hallara da aiddir. (“Bizim xidmətimiz” kitabının 105-ci səhifəsinə bax, rus.)
Əgər ailənin bütün üzvləri vəftiz olunmuş Şahidlərdirsə, nə öyrənmə vaxtı, nə də ki öyrənmənin özü təbliğ xidməti hesabatına daxil edilmir (vəftiz olunmuş uşaqla ikinci nəşri öyrənilən hallardan savayı). Nəyə görə daxil edilmir? Çünki yığıncağın hər aylıq hesabatında Yehovanın həsr olunmuş və vəftiz olunmuş xidmətçiləri olmayanlara təbliğ etmək və Müqəddəs Kitab həqiqətini öyrətmək işi barədə mə’lumat verilir (Mat. 24:14; 28:19, 20). Lakin bu, müntəzəm surətdə keçirilən ailəvi öyrənmənin vacibliyini heç də azaltmır.
Öz uşaqları ilə öyrənmək məsihçi valideynlərinin borcudur. Ailəvi öyrənməni təşkil etməkdə və ya yaxşılaşdırmaqda köməyə ehtiyacı olan kəslər ağsaqqallara müraciət edə bilərlər. Əgər Yehovanın Şahidləri olan valideynlər istəyirlər ki, onların vəftiz olunmamış oğlu və ya qızı ilə Müqəddəs Kitab öyrənməsini başqa təbliğçi keçirsin, onda sədrlik edən və ya xidməti nəzarətçi ilə məsləhətləşmək lazımdır. Əgər icazə verilibsə, onda belə öyrənməni keçirən təbliğçi, başqa Müqəddəs Kitab öyrənmələrilə olduğu kimi, bu öyrənmə haqda da hesabat verə bilər.
Uşaqları Yehovanın yollarına öyrətmək üçün, təbliğ xidməti haqqındakı hesabatda yazdığımız vaxtdan daha çox vaxt və sə’y tələb olunur (Təs. 6:6-9; Sül. məs. 22:6). Məsihçi valideynlər uşaqlarını “Rəbbin tərbiyə və nəsihəti ilə” böyütmək kimi asan olmayan vəzifələrini sə’ylə yerinə yetirdikləri üçün tə’rifə layiqdirlər (Efes. 6:4).