Teokratik Xidmət Məktəbi 2004-cü ildə
1 Yehova ən adi insanlara olduqca zəruri olan işi yerinə yetirməkdə kömək edir. Bunun üçün Onun istifadə etdiyi üsullardan biri, hər həftə Teokratik Xidmət Məktəbində verilən tə’limdir. İmkan daxilində Məktəbin tə’lim proqramında fəal iştirak edirsənmi? Yanvar ayından başlayaraq Teokratik Xidmət Məktəbinin keçirilməsində, Məktəbdə tə’lim alanların bəndlərdən daha çox faydalanmaları üçün bə’zi dəyişikliklər ediləcək.
2 Tədris nitqlərinə və Müqəddəs Kitabdan diqqətəlayiq fikirlərə dair məsləhət. Tədris nitqləri və Müqəddəs Kitabdan diqqətəlayiq fikirlərlə çıxış edən qardaşlar, onlara məsləhət vermək məqsədilə tə’yin olunmuş qardaşın göstərdiyi köməyə görə minnətdardırlar. Kifayət qədər təcrübəli ağsaqqallar olan yığıncaqlarda, bu tapşırığı hər il başqasına həvalə etmək olar. Bu, işi qardaşlar arasında bölüşdürməyə imkan yaradar. Daha zərurisi isə odur ki, ağsaqqallar və qabiliyyətli xidməti köməkçilər təcrübəli olan müxtəlif natiqlərdən və müəllimlərdən faydalı məsləhətlər alacaqlar.
3 Şifahi təkrarın cədvəli. Əgər şifahi təkrar keçiriləcək həftədə sizin ərazinizdə rayon konqresi keçirilirsə, onda şifahi təkrarı (və həmən həftəlik cədvəlin qalan hissəsini) bir həftə sonraya keçirmək lazımdır. Növbəti həftə üçün planlaşdırılmış proqramı isə bir həftə qabağa keçirmək lazımdır. Lakin şifahi təkrar rayon nəzarətçisinin yığıncağa gəlməsi ilə eyni vaxta düşürsə, hər iki həftənin proqramındakı hissələrin yerlərini tamamən dəyişməyə ehtiyac yoxdur. Bunun əvəzində mahnı və Müqəddəs Kitabdan diqqətəlayiq fikirlər cədvələ əsasən keçirilməlidir. Diqqətəlayiq fikirlərdən sonra üç 10 dəqiqəlik və ya iki 15 dəqiqəlik bölmədən ibarət olan yarım saatlıq xidməti görüş keçiriləcək. (E’lanları tə’xirə salmaq lazımdır.) Xidməti görüşdən sonra mahnı və rayon nəzarətçinin 30 dəqiqəlik nitqi olacaq. Cədvələ əsasən növbəti həftənin Teokratik Xidmət Məktəbində proqram dərs və Müqəddəs Kitabdan diqqətəlayiq fikirlərlə başlanacaq. Bundan sonra isə şifahi təkrar keçiriləcək.
4 Ruhani cəhətdən böyümək üçün hər bir fürsətdən istifadə et. Teokratik Xidmət Məktəbində əldə etdiyin nailiyyətlər bütün yığıncağı ruhlandırır. Həmçinin Məktəbdə oxumaqla sən Müqəddəs Kitab peyğəmbərliyinin həyata keçirilməsində vacib rol oynayır və təbliğ etməli olduğumuz gözəl xəbərin Müəllifinə izzət gətirirsən (İş. 32:3, 4; Vəhy 9:19).