Qapı ağzında və telefon vasitəsilə Müqəddəs Kitab öyrənməsi başlayırıq
1, 2. Vaxtı olmayan insanlara kömək etmək üçün Müqəddəs Kitab öyrənməsi proqramını onların şəraitlərinə necə uyğunlaşdıra bilərik?
1 Bu gün insanlar çox məşğuldur. Lakin çoxlarının ruhani işlərə maraqları var. Onlara ruhani tələbatlarını tə’min etmək üçün necə kömək edə bilərik? (Mat. 5:3). Bir çox təbliğçilər insanlarla Müqəddəs Kitab öyrənməsinə qapı ağzında və ya telefon vasitəsilə başlayırlar. Bəs sən xidmətini bu üsulla genişləndirə bilərsənmi?
2 Müqəddəs Kitab öyrənməsi başlamaq üçün biz hər fürsətdən istifadə etməyə hazır olmalıyıq. Bunu necə və harada etmək olar?
3. Müqəddəs Kitab öyrənməsini necə keçirdiyimizi nə üçün ilk görüş zamanı göstərmək olar və bunu necə edə bilərik?
3 Qapı ağzında. Əgər xidmətdə Müqəddəs Kitab haqqında söhbət etməyə hazır olan insanlarla rastlaşsan, sadəcə olaraq qabaqcadan hazırladığın abzası, məsələn, «Allah tələb edir» broşürasından birinci dərsin birinci abzasını aç və müzakirəyə başla. Abzası oxu, sualı ver və bir-iki ayəni müzakirə et. Bunu qapı ağzında beş-on dəqiqə ərzində etmək olar. Müzakirə həmsöhbətinin xoşuna gələrsə, gələn dəfə bir və ya iki abzas araşdırmağa sözləş. (Bu üsul haqqında əlavə mə’lumatı «Bizim Padşahlıq Xidmətimiz»in 2002-ci ilin yanvar sayının 6-cı səhifəsində tapmaq olar.)
4. Təkrar başçəkmə zamanı Müqəddəs Kitab öyrənməsinə qapı ağzında necə başlaya bilərik?
4 Təkrar başçəkmə edərkən də bu üsuldan istifadə etmək olar. Məsələn, «Allah tələb edir» broşürasından ikinci dərsin 1-2-ci abzasların köməyi ilə Allahın adı haqqında danış. Gələn dəfə, Müqəddəs Kitabın Yehovanın xüsusiyyətlərindən nə dediyini öyrənmək üçün 3-4-cü abzasları araşdır. Növbəti başçəkmə zamanı isə 5-6-cı abzasları nəzərdən keçir və 5-ci səhifədəki şəkildən istifadə edib, Müqəddəs Kitab öyrənməsinin Yehovanı tanımağa necə kömək etdiyini göstər. Bütün bunları qapı ağzında etmək olar.
5, 6. a) Nə üçün bə’zi insanlar Müqəddəs Kitabı telefon vasitəsi ilə öyrənməyə üstünlük verirlər? b) Telefon vasitəsilə öyrənməyə başlamaq üçün hansı üsuldan istifadə edə bilərik?
5 Telefon vasitəsilə. Bə’zi insanlar öyrənməni təbliğçi ilə üz-üzə yox, telefon vasitəsilə keçirmək istəyə bilər. Növbəti misalı nəzərdən keçirək: bir bacı evdən-evə xidmət edərkən çox işləyən gənc ana ilə rastlaşır. Bu qadını bir necə dəfə evdə tapa bilmədiyindən, bacı ona zəng etmək qərarına gəlir. Qadın, Müqəddəs Kitab haqqında söhbət etmək üçün doğrudan da vaxtı olmadığını söyləyir. Bacı təklif edir: «Siz Müqəddəs Kitabdan yeni şeyləri hətta telefon vasitəsilə 10-15 dəqiqə ərzində öyrənə bilərsiniz». O deyir: «Yaxşı. Əgər bu telefon vasitəsilə olacaqsa, onda razıyam». Həmin andan e’tibarən telefon vasitəsilə müntəzəm olaraq Müqəddəs Kitab öyrənməsi başlanır.
6 Sənin baş çəkdiyin insanlardan kimsə Müqəddəs Kitabı telefon vasitəsilə öyrənmək istəyirmi? Sən ya burada deyilən üsuldan istifadə edə, ya da ki deyə bilərsən: «Əgər siz istəyirsinizsə, biz Müqəddəs Kitabı telefon vasitəsilə müzakirə edə bilərik? Sizin üçün bu daha münasib olarmı?» Müqəddəs Kitab öyrənməsi proqramını insanların şəraitlərinə uyğunlaşdırmaqla onlara ‘Allahı tanımağa’ kömək edə bilərik (Sül. məs. 2:5; 1 Kor. 9:23).