Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/10 s. 1
  • Həyatda nəyə üstünlük veririk?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyatda nəyə üstünlük veririk?
  • Müqəddəs ibadətimiz 2010
  • Oxşar material
  • Xidmətinizi tam yerinə yetirirsiniz?
    Gözətçi qülləsi 2019
  • Sən nəyə üstünlük verirsən?
    Müqəddəs ibadətimiz 2003
  • «Onun izləri ilə gedək»
    Müqəddəs ibadətimiz 2008
  • Məsihçi xidməti — birinci dərəcəli işimizdir
    Müqəddəs ibadətimiz 2003
Əlavə
Müqəddəs ibadətimiz 2010
km 7/10 s. 1

Həyatda nəyə üstünlük veririk?

1. Xidmətin onun üçün böyük əhəmiyyət kəsb etdiyini İsa necə göstərdi?

1 Xidmət İsanın həyatında birinci yeri tuturdu. O, özünü təbliğ işinə həsr edərək Fələstin torpaqları boyunca yüzlərlə kilometr qət etmişdi ki, xoş xəbəri mümkün qədər daha çox insana çatdırsın. Xidmətə çoxlu vaxt və diqqət ayıra bilmək üçün o, sadə həyat tərzi sürürdü (Mat. 8:20). Xəstəliklərindən şəfa tapmaq üçün bir dəfə camaat yalvar-yaxar edib onu saxlamaq istəyəndə o dedi: «Allah Səltənətinin müjdəsini Mən digər şəhərlərə də yaymalıyam; çünki Mən bunun üçün göndərilmişəm» (Luka 4:43).

2. Xidmət İsa üçün nəyə görə bu qədər vacib idi?

2 Xidmət İsa üçün nəyə görə bu qədər vacib idi? Onu, ilk növbədə, Yehovanın adının müqəddəs tutulması düşündürürdü (Mat. 6:9). İsa səmavi Atasını çox sevdiyindən Onun iradəsini yerinə yetirmək və hər bir əmrinə tabe olmaq istəyirdi (Yəh. 14:31). Bundan əlavə, o, səmimi-qəlbdən insanların qayğısına qalır və onlara kömək edirdi (Mat. 9:36, 37).

3. Xidmətin həyatımızda birinci yeri tutduğunu necə göstərə bilərik?

3 İsanı təqlid edin. Həyat günü-gündən çətinləşdiyindən və yaşadığımız dünya diqqətimizi bir çox şeylərlə yayındırmağa çalışdığından, İsa kimi, xidməti həyatımızda birinci yerə qoymaq bizim üçün çətin ola bilər (Mat. 24:37—39; Luka 21:34). Buna görə də, xidmətə hazırlaşmağa vaxt ayırmaqla və müntəzəm olaraq təbliğ işində iştirak etməklə bizim üçün nəyin ən vacib olduğunu göstərməliyik (Filip. 1:10). Sadə həyat tərzi sürməyə və dünyadan tam istifadə etməməyə çalışmalıyıq (1 Kor. 7:31).

4. Ən vacib işləri həyatımızda birinci yerə qoymaq nəyə görə vacibdir?

4 Vaxt məhdud olduğundan müdrik insan vacib işləri birinci yerə qoyur. Məsələn, əgər o, qasırğa qopacağından xəbər tutarsa, var gücü ilə çalışacaq ki, ailəsini təhlükədən qorusun və bu haqda qonşularına xəbər versin. Bir o qədər də vacib olmayan işlər isə gözləyə bilər. Qarşıdan gələn Har-Megidon qasırğası lap yaxındır (Sef. 1:14—16; 1 Kor. 7:29). Özümüzü və bizi dinləyənləri xilas etmək üçün yığıncaqda və ondan kənarda daima özümüzə və verdiyimiz təlimə diqqət yetirməliyik (1 Tim. 4:16). Bəli, qurtuluşumuz xidməti həyatımızda birinci yerə qoyub-qoymayacağımızdan asılıdır!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş