Oktyabr ayında kiminləsə Müqəddəs Kitabı öyrənməyə başlayacaqsanmı?
1 Oktyabr ayında «Gözətçi Qülləsi» jurnalını təklif edəcəyik. Təbliğ etdiyimiz insanın marağını artırmaq üçün «Həqiqəti öyrənmək istəyirsinizmi?» traktatını təklif etməli və Müqəddəs Kitab öyrənməsi başlamağa çalışmalıyıq. Bunu təkrar başçəkmə zamanı necə etmək olar?
2 Traktatdan necə istifadə etmək olar? Məsələn, belə demək olar: «Sizə vermək istədiyim jurnal müxtəlifmənşəli və müxtəlif dinlərə mənsub olan insanları Müqəddəs Kitabı araşdırmağa təşviq edir. [Ev sahibinə «Həqiqəti öyrənmək» traktatını ver və üstündəki sualları göstər.] Buradakı maraqlı suallara Müqəddəs Kitab qənaətbəxş cavab verir. Siz nə vaxtsa bu suallara cavab axtarmısınızmı?» Ev sahibi cavab verdikdən sonra onunla birlikdə traktatdakı suallardan birinin cavabını nəzərdən keçir və orada gətirilən ayələrdən birini oxu. İzah et ki, bu, Müqəddəs Kitabın öyrətdiklərinin yalnız balaca bir qismidir, sonra Müqəddəs Kitabı öyrənməyə kömək edən vəsaiti ona ver. Onun mündəricatda seçdiyi fəslin ilk abzaslarını müzakirə edə bilərsən. Yaxud biz traktatdan müzakirə etdiyimiz mövzuya dair daha artıq məlumat axtarıb tapa bilərik. Aşağıda istifadə edə biləcəyimiz mənbələr gətirilir.
● Allah doğrudan da bizim qeydimizə qalırmı? (s. 9—11, abz. 6—10)
● Müharibələr və əzab-əziyyətin nə vaxtsa sonu olacaqmı? (s. 12, abz. 12, 13)
● İnsan öləndən sonra onunla nə baş verir? (s. 59, abz. 7, 8)
● Ölüləri gələcəkdə nə gözləyir? (s. 71, abz. 13—15)
● Allahın məni eşitməsi üçün necə dua etməliyəm? (s. 166, 167, abz. 5—8)
● Mən sözün əsil mənasında necə xoşbəxt ola bilərəm? (s. 9, abz. 4, 5)
3 Əgər yaranmış vəziyyət ucbatından ilk başçəkmə zamanı öyrənmə başlamaq və onun necə keçirildiyini göstərmək alınmayıbsa, təkrar baş çəkib müzakirəmizi davam etdirməyə çalışmalıyıq. Söhbət etdiyimiz adamın marağını nəzərə alaraq, kitaba keçməzdən əvvəl traktatdan bəzi suallar seçib bir neçə başçəkmə ərzində müzakirə etmək olar. Gəlin oktyabr ayında Müqəddəs Kitab öyrənməsi başlamaq üçün bu gözəl traktatdan səmərəli istifadə edək və səmimi-qəlbli insanlara «həqiqəti dərk» etməyə kömək edək (Yəh. 8:31, 32).
[Öyrənilmə üçün olan suallar]
1. Oktyabr ayında nəyi təklif edəcəyik?
2. Jurnal götürmüş adama təkrar baş çəkən zaman Müqəddəs Kitabı öyrənməyə başlamaq üçün «Həqiqəti öyrənmək» traktatından necə istifadə edə bilərik?
3. Təqdimələrimizi şəraitə necə uyğunlaşdıra bilərik?