Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 6/11 s. 2
  • Küçədə təbliğ etmək səmərəlidir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Küçədə təbliğ etmək səmərəlidir
  • Müqəddəs ibadətimiz 2011
  • Oxşar material
  • İctimai şahidliyin yeni növü
    Müqəddəs ibadətimiz 2013
  • İctimai yerlərdə müvəffəqiyyətlə təbliğ edirik
    Müqəddəs ibadətimiz 2005
  • Xoş xəbərə qulaq asmaq istəməyəndə
    Müqəddəs ibadətimiz 2014
  • İşgüzar ərazidə necə təbliğ etmək olar?
    Müqəddəs ibadətimiz 2004
Əlavə
Müqəddəs ibadətimiz 2011
km 6/11 s. 2

Küçədə təbliğ etmək səmərəlidir

1. Biz İsa Məsihi nədə təqlid edə bilərik?

1 Yer üzündəki xidməti zamanı İsa Məsih həm yol gedərkən, həm də insanlarla qarşılaşdığı hər yerdə təbliğ etməkdən çəkinmirdi (Luka 9:57—61; Yəh. 4:7). O, vacib xəbəri mümkün qədər çox insana çatdırmaq istəyirdi. Bu gün küçədə təbliğ etmək insanların Allahın hikmətini eşitməsinə kömək etmək üçün ən yaxşı üsuldur (Sül. məs. 1:20). Əgər təşəbbüsü üzərimizə götürsək və ayırd etməyi bacarsaq, xidmətimiz daha uğurlu alınacaq.

2. Küçədə təbliğ edərkən təşəbbüs göstərmək nəyə görə vacibdir?

2 Təşəbbüs göstər. Adətən, bir yerdə durmaq və ya oturub insanların bizə yaxınlaşmasını gözləmək əvəzinə, özümüz onlara yaxınlaşsaq, daha yaxşıdır. Dostcasına gülümsə, gözlərlə təmas yarat və mülayim ol. Əgər yanında başqa təbliğçi varsa, insana təklikdə yaxınlaşmaq daha yaxşı olar. Həmçinin maraqlanan insanla yenidən söhbət etmək üçün də təşəbbüs göstərmək lazımdır. Münasib olarsa, söhbətin sonunda necə əlaqə saxlaya biləcəyinizi nəzakətlə soruş. Bəzi təbliğçilər müntəzəm olaraq eyni ərazidə təbliğ edirlər ki, şahidlik etdikləri insanlarla təkrar söhbət edə bilsinlər və onların marağını artırsınlar.

3. Küçədə təbliğ edərkən ayırd etmək qabiliyyətimizdən necə istifadə edə bilərik?

3 Ayırd etməyi bacar. Harada durmağı və kimə yaxınlaşmağı qərarlaşdırarkən ayırd etməyi bacarmaq lazımdır. Hər yoldan keçənə şahidlik vermək mütləq deyil. Diqqətcil ol. Məsələn, əgər insan tələsirsə, yaxşı olar ki, onu yolundan etməyək. İşgüzar ərazidə təbliğ edərkən müdriyyətə narahatçılıq törətməməklə müdrik hərəkət etmiş olarıq. Adətən, insanlar işə gələn zaman yox, işdən çıxan zaman şahidlik etmək daha yaxşıdır. İnsanlara elə yaxınlaşmaq lazımdır ki, onları ürküdüb qorxutmayaq. Ədəbiyyat verərkən də kimə nə verdiyimizə diqqət yetirməliyik. Əgər insan az maraq göstəribsə, ona jurnal əvəzinə, traktat vermək yaxşı olardı.

4. Nəyə görə küçədə şahidlik səmərə və sevinc gətirir?

4 Küçədə şahidlik verməyin sayəsində qısa vaxt ərzində daha çox həqiqət toxumu səpə bilərik (Vaiz 11:6). Küçədə rastlaşdığımız insanlardan bəziləri, ola bilsin, evdən-evə təbliğ edərkən tapa bilmədiyimiz insanlardır. Nəyə görə qarşına küçədə təbliğ etmək məqsədini qoymayasan? Bu, xidmətin sevinc gətirən və səmərəli bir növüdür.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş