Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 11/14 s. 2
  • Xoş xəbərə qulaq asmaq istəməyəndə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xoş xəbərə qulaq asmaq istəməyəndə
  • Müqəddəs ibadətimiz 2014
  • Oxşar material
  • İctimai şahidliyin yeni növü
    Müqəddəs ibadətimiz 2013
  • Biz müjdə çatdırırıq
    Müqəddəs ibadətimiz 2015
  • Küçədə təbliğ etmək səmərəlidir
    Müqəddəs ibadətimiz 2011
  • İctimai yerlərdə müvəffəqiyyətlə təbliğ edirik
    Müqəddəs ibadətimiz 2005
Əlavə
Müqəddəs ibadətimiz 2014
km 11/14 s. 2

Xoş xəbərə qulaq asmaq istəməyəndə

1 İnsanın həqiqətə qulaq asmaq istəmədiyi göz qabağındadırsa, söhbətimizi necə yekunlaşdırmalıyıq? (Sül. məs. 15:23; 25:11). Həmin insanda maraq oyatmaq üçün canfəşanlıq etməli, qapını üzümüzə çırpmamış ədəbiyyat təklif etməli, yoxsa həmin adamın fikrinə hörmətlə yanaşıb söhbəti kəsməliyik? (Vaiz 3:7).

2 Dərrakəli təbliğçi, bəzi alverçilər kimi, təzyiq metodundan istifadə edib xoş xəbəri heç kimə zorla yeritmir. Əksinə, Padşahlıq xəbərini aydın və başadüşülən tərzdə çatdırır, qərarı həmsöhbətinin üzərinə buraxır. Heç Yehova da kimisə Ona ibadət etməyə məcbur etmir, bu seçimi hər kəsin öz öhdəsinə buraxır (Yeşua 24:15). Fikrimizi aydın şəkildə ifadə etmişiksə, həmsöhbətimiz də dediklərimizi başa düşübsə, amma ona maraqlı olmadığını bildirirsə, daha bizlik bir şey qalmır.

3 Əgər o, təklif etdiyimiz ədəbiyyatı götürmürsə və ya Müqəddəs Kitab öyrənməkdən imtina edirsə, ona «düşmən» gözü ilə baxmamalıyıq. Özümüzdən də bilirik ki, insan bu gün belədir, sabah elə. Hər bir halda, biz mehribancasına belə deyə bilərik: «Sizinlə bir neçə dəqiqə söhbət etmək mənim üçün çox xoş idi. İstəyərdim yenə gəlib sizinlə bir neçə dəqiqə də söhbət edim».

4 Bu üsul hansı nəticəni verə bilər? Bir şeyi deyə bilərik ki, fikrini nəzərə almağın və qərarına hörmətlə yanaşmağın həmsöhbətinin xoşuna gələcək. Ola bilsin, mülayimlik göstərib güzəştə getdiyin üçün o, gələn dəfə sənə qulaq asacaq. Yox əgər sən onu son həddə çatdırsan, o, söhbəti kəsəcək.

5 Hətta ev sakini deyibsə ki, əlində işi var və buna görə kəlmə kəsməyə imkanımız olmayıbsa, onun vəziyyətini mülayimliklə qəbul edib deyə bilərsən: «Yəqin razılaşarasınız ki, heç nəyə vaxt çatdırmaq olmur?» Sonra əlindəki nəşri ona uzadıb təklif edə bilərsən: «Vaxtınız olanda bunu gözdən keçirə bilərsiniz. Gələn dəfə isə bu haqda bir az söhbət edə bilərik».

6 Bəlkə də, insan, doğrudan da, məşğuldur. Amma ola bilsin, əvvəllər hansısa təbliğçi və ya alverçi onunla uzun-uzadı söhbət aparıb deyə, indi o, söhbətdən qaçmaq üçün belə deyir. Yaxud da o fikirləşir ki, ona başağrısı olmasın deyə, söhbəti başlamamış dayandırsın. Amma sənin anlayışla yanaşmağını və diqqətcilliyini görüb söhbəti davam etdirmək istəyə bilər. Əgər belə bir şey baş versə, ağılla davranıb söhbəti vaxtında bitir.

7 Bizim verdiyimiz məsləhətlərin məğzi o deyil ki, əgər kimsə etiraz etsə, əlimizi yanımıza salmalıyıq və ya onun Padşahlıq xəbərini qəbul etməsi üçün bir az səy göstərməklə kifayətlənməliyik (2 Kor. 5:20). Vaxt və şərait insanın sözlərimizə maraq göstərməsinə və ya qulaq asmasına təsir edə bilər. Buna görə də gəlin kiminsə barəsində təqdiməmizə bir dəfə qulaq asmadığına görə qərar çıxarmayaq. Əgər görürüksə ki, zehni dediklərimizə qarşı bağlıdır, onda söhbəti onun qapını üzümüzə örtəcəyi ana qədər davam etdirməməliyik. Əksinə, insan maraqlanmayanda söhbəti düzgün şəkildə bitirə bilsək, ona daha çox xeyrimiz dəyə bilər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş