Biz müjdə çatdırırıq
«Yaxşı şeylər müjdələ»mək bizim üçün böyük şərəfdir (Rom. 10:15). Qayğılı və bədbin dünyada yaşayan insanlar üçün bizim təravət dolu xəbərimiz var. Bəs biz özümüzü insanlara «gözəl xəbər [müjdəçiləri]» kimi necə tanıda bilərik? (Əşy. 52:7).
Müsbət şeylərdən danışmağa hazırlaş. Əgər biz diqqətimizi müsbət şeylərə cəmləsək, xidmətdəki söhbətimiz yaxşı bəhrələr verə bilər. Buna görə də təqdimə hazırlayarkən və təklif edəcəyimiz nəşrləri gözdən keçirərkən biz çatdıracağımız xəbərin müsbət cəhətlərinə fikir verməliyik. İnsanlara Müqəddəs Kitaba əsaslanan ümidi əminliklə və şövqlə bölüşsək, onda yaxşı nəticələr əldə edə bilərik (Məs. 25:11).
• Dünyadakı vəziyyətin pisləşməsindən dad edən insanlar öz hisslərini bizimlə bölüşəndə biz onların halına yanırıq. Bununla yanaşı biz onların diqqətini bütün bəşərin problemlərini aradan qaldıracaq Allahın Padşahlığına yönəltməliyik. Hətta Yehovanın «intiqam [günündən]» danışarkən biz bunun həlim insanlar üçün xoş xəbər olduğunu bildirmək istəyirik (Əşy. 61:1, 2). Həmsöhbətimizi əmin edə bilərik ki, Yehova Allahın etdiyi hər bir şey sonsuz xoşbəxtlik gətirir və yaxşı şeylərlə nəticələnir.
• Həqiqəti sevinclə çatdır. Biz insanlarla sevinclə və əminliklə danışsaq, onda insanlar bizi maraqla dinləyəcəklər. Gələcəyə nikbin baxışımızı görən insanlar bizim ümidimizə sevindiyimizi hiss edəcəklər (Rom. 12:12). Beləcə, ola bilsin, onlar müjdəyə hay versinlər. Sözsüz ki, xidmətin hər bir sahəsində həmişə müsbət və sevincli əhval-ruhiyyəmizin olması üçün bizim tutarlı səbəblərimiz var.
• Müjdənin təbliğçiləri kimi biz yalnız insanlara məlumat çatdırmırıq. Təbliğ sayəsində biz insanlarla həm indi, həm də gələcəkdə daha yaxşı həyatın olmasını çatdırırıq (1 Tim. 4:8). Xidmətdə hər bir insana müsbət əhval-ruhiyyədə dediyimiz sözlər onlara xoş xəbərə hay verməyə kömək edəcək. Nə dediyimizə və necə dediyimizə diqqət yetirərək, gəlin Allahı axtaran insanların müjdəyə hay verməsinə imkan verək!