«... ayında paylanacaq jurnalları təqdim etməyin üsulları»
Hər ay Xidməti görüşdə jurnalları təqdim etməklə bağlı bənd olur. Bu bəndin məqsədi sadəcə jurnalların məzmununu gözdən keçirmək deyil. Əksinə, bu bənd jurnalları necə təqdim etməyə dair dinləyicilərin təkliflərini müzakirə etmək üçün nəzərdə tutulub. Buna görə də, təlimatlara əsasən, bu bəndi aparan qardaş jurnallara maraq oyatmaq üçün qısaca giriş etməlidir. Sonra o, hamının müzakirəni izləməsi və istifadə etmək istədikləri fikirləri qeyd etməsi üçün bir-bir təbliğçilərin hər hansı məqalə ilə (yaxud silsilə məqalələrlə) bağlı təkliflərini dinləyir. Dinləyiciləri bir təqdiməni başdan ayağa kimi deməyə təşviq etməkdənsə, onlarda maraq oyadacaq suallar verməklə bir neçə şərh verməyə təşviq et və sonra oxuyacağın bəzi ayələrə şərh verməyi xahiş et. Sonda hər jurnal üçün səhnəcik təşkil et. Biz yığıncağa gəlməzdən əvvəl jurnalları araşdırmalı və öz təkliflərimizi verməyə hazır olmalıyıq. Əgər hamı yaxşı hazırlaşsa, onda bu bənd bizə bir-birimizi itiləməyə kömək edəcək (Sül. məs. 27:17).