Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 6/14 s. 1
  • Avqust — tarixi fəaliyyət ayı!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Avqust — tarixi fəaliyyət ayı!
  • Müqəddəs ibadətimiz 2014
  • Oxşar material
  • Yehovaya bol-bol şükürlər söyləmək imkanı
    Müqəddəs ibadətimiz 2013
  • Yeni xidmət ili üçün dəyərli məqsəd
    Müqəddəs ibadətimiz 2007
  • Yehovanın fəzilətlərini e’lan edin
    Müqəddəs ibadətimiz 2007
  • Köməkçi pioner kimi xidmət edəcəksənmi?
    Müqəddəs ibadətimiz 2013
Əlavə
Müqəddəs ibadətimiz 2014
km 6/14 s. 1

Avqust — tarixi fəaliyyət ayı!

Bütün dünyada yeni buklet paylanacaq

1. Padşahlığın 100 illiyi ərəfəsində bütün dünyada hansı xüsusi kampaniya keçiriləcək?

1 Allahın Padşahlığının 100 illiyi yaxınlaşır! Bu ərəfədə Yehovanın adını izzətləndirmək üçün xüsusi kampaniyada iştirak edə bilərik. Avqust ayında «Həyati vacib suallara kim cavab verə bilər?» adlı yeni buklet bütün dünyada paylayacaq. Bu buklet insanları suallarının cavabını Müqəddəs Kitabdan axtarmağa təşviq edir və bu işdə jw.org saytının onlara necə kömək edə biləcəyini izah edir.

2. Avqust ayında Yehovaya ucadan həmd etmək işində iştirak etmək üçün nə edə bilərik?

2 Ucadan həmd edin. Təbliğçilərə xidmətlərini genişləndirməyə kömək etmək üçün avqust ayında köməkçi pioner kimi xidmət etmək istəyənlərə xüsusi güzəşt verilir. Vəftiz olunmuş təbliğçilərin 30 saatlıq norma ilə köməkçi pioner kimi xidmət imkanı olacaq. Avqust ayında beş cümə, şənbə və bazar günü olduğundan işləyən və ya təhsil alan təbliğçilər köməkçi pioner kimi xidmət edə bilər. Əgər sənin ruhən inkişaf edən və təbliğçi olmaq istəyən öyrənənin və ya uşağın varsa, onda vaxt itirmədən ağsaqqallar şurasının koordinatoruna yaxınlaş. Bu əlamətdar ayda təbliğ işində iştirak etmələri onları necə də ruhlandıracaq! Əksər daimi pionerlər illik saat normalarını tamamladıqdan sonra avqust ayında özlərinə istirahət versələr də, yaxşı olardı ki, bu xüsusi kampaniyada tam şəkildə iştirak etmək üçün cədvəllərində dəyişiklik etsinlər. İndi hər bir ailənin Yehovaya ucadan həmd etmək işində necə iştirak edə biləcəyini birgə müzakirə etməyinin əsil vaxtıdır (Ezra 3:11; Sül. məs. 15:22).

3. Xüsusi kampaniyada nələrə nail olacağımıza ümid edirik?

3 Əvvəllər bu cür kampaniyalarda iştirak etsək də, ümid edirik ki, bu kampaniya tarixdə iz qoyacaq. Məqsədimiz avqust ayında təbliğ saatında, təbliğçilərin və köməkçi pionerlərin sayında ən yüksək saya nail olmaqdır! Qoy Yehova 2014-cü xidmət ilinin sonunun, avqust ayının şahidliyin ən möhtəşəm ayı olması üçün xalqının bütün dünyada görəcəyi işlərə xeyir-dua versin! (Mat. 24:14).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş