MƏSİHİ HƏYATI
Öncül kimi Yehovaya həmd edin
Yehova israilliləri Misirdən çıxarmışdı, onları fironun qoşunundan xilas etmişdi. Bu onların Yehovaya həmd etməsi üçün çox gözəl səbəb idi! (Çx 15:1, 2). Yehova xalqına bu gün də yaxşılıqlar edir. Bəs bunun müqabilində biz minnətdarlığımızı necə göstərə bilərik? (Zb 116:12).
Yehovaya minnətdarlığımızı bildirməyin bir üsulu köməkçi öncül və ya öncül kimi xidmət etməkdir. Allaha dua edə bilərsiniz ki, bu xidmət üçün ürəyinizdə arzu oyatsın və sizə güc versin (Fp 2:13). Çoxları köməkçi öncüllükdən başlayır. Mart, aprel aylarında və ya rayon nəzarətçisinin ziyarət etdiyi aylarda 30, yaxud 50 saatlıq norma ilə köməkçi öncül kimi xidmət edə bilərsiniz. Bu xidmətin sevincini dadandan sonra öncüllüyə iştahanız artacaq. Bəzi məsihilər tam gün işləsələr də, yaxud səhhətlərində problem olsa da, öncül kimi xidmət edirlər (mwb16.07 s. 8). Biz əlimizdən gəldiyi qədər Yehovaya həmd etməliyik, çünki Yehova buna layiqdir (1Sm 16:25).
«MONQOLUSTANDAKI ÜÇ BACI» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
Bacılar öncül olmaq üçün hansı maneələri aşdılar?
Onlar hansı nemətləri aldılar?
Öncül kimi xidmət etdikləri üçün qarşılarında hansı imkanlar açıldı?
Onların nümunəsi başqalarına necə təsir etdi?