Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 42 s. 230—s. 233 abz. 5
  • Auditoriya üçün məzmunlu nitq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Auditoriya üçün məzmunlu nitq
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Maraq oyadan giriş
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Müqəddəs Kitabdan istifadə etməyə təşviq et
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Ayələrə keçid
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Açıq məruzələrin hazırlanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 42 s. 230—s. 233 abz. 5

DƏRS 42

Auditoriya üçün məzmunlu nitq

Nə etməlisən?

Biliyi elə çatdır ki, dinləyiciləri düşünməyə təşviq etsin və onlar dəyərli bir şey öyrəndiklərini hiss etsinlər.

Nə üçün vacibdir?

Əgər sadəcə dinləyicilərin bildiyi şeyləri danışsan, onların diqqəti tezliklə mövzudan yayınacaq.

SADƏCƏ vacib mövzu haqda danışdığına görə nitqin dinləyicilər üçün məzmunlu olmayacaq. Özündən soruş: «Nə üçün bu auditoriyaya bu mövzunu eşitmək lazımdır? Nə deyə bilərəm ki, dinləyicilər həqiqətən də müzakirədən fayda əldə etdiklərini hiss etsinlər?»

Əgər sənə Teokratik Xidmət Məktəbində şahidlik etməyi nümayiş etdirmək tapşırılıbsa, sənin auditoriyan həmsöhbətin olacaq. Digər hallarda, bütün yığıncağa müraciət edə bilərsən.

Müraciət etdiyin auditoriya artıq nələri bilir? Özündən soruş: «Dinləyicilər bu mövzu haqda artıq nəyi bilirlər?» Nədən başlayacağını bu sualın cavabı əsasında müəyyən etməlisən. Əgər sən bir çox yetkin məsihçinin olduğu yığıncaq qarşısında çıxış edirsənsə, sadəcə əsas həqiqətləri təkrarlama, çünki onların əksəriyyəti bunu bilir. Bu həqiqətlərə əsaslanaraq mövzunu inkişaf etdir. Ancaq dinləyicilərin arasında çoxlu yeni maraqlananlar da varsa, hər iki qrupun tələbatını nəzərə almalısan.

Məlumatı hansı templə təqdim edəcəyin dinləyicilərin artıq nələri bildiyindən asılı olmalıdır. Əgər nitqinə çoxlarına tanış olan məlumatı daxil etmisənsə, onu tez-tez söylə. Dinləyicilərin əksəriyyəti üçün yeni olan fikirləri söyləyəndə isə yavaş danış ki, dediklərini yaxşı başa düşsünlər.

Məzmunlu nitq necə olmalıdır? Nitqin məzmunlu olması üçün həmişə yeni şey danışmaq şərt deyil. Bəzi natiqlər hamıya tanış olan müəyyən həqiqətləri elə sadəliklə çatdırırlar ki, dinləyicilərin çoxu onları məhz bu zaman tamlığı ilə dərk edir.

Təbliğ edərkən son günlərdə yaşadığımızı təsvir etmək üçün sadəcə xəbərlərdən eşitdiyimiz hansısa hadisəni qeyd etmək kifayət etmir. Hadisənin mənasını göstərmək üçün Müqəddəs Kitabdan istifadə et. Belə etməklə, ev sahibinə həqiqətən də dolğun məlumat çatdırmış olarsan. Eyni tərzdə, təbiət qanunları, heyvanlar aləmi və ya bitkilər haqda danışarkən məqsədin həmsöhbətini əvvəllər eşitmədiyi elmi faktlarla təəccübləndirmək olmamalıdır. Əksinə, təbiətdən gətirdiyin sübutları Müqəddəs Kitabın sözləri ilə uzlaşdıraraq bizi sevən Yaradanın olduğunu göstərmək lazımdır. Bu, həmsöhbətinə məsələlərə yeni nöqteyi-nəzərdən baxmağa kömək edəcək.

Auditoriyaya dəfələrlə eşitdiyi bir mövzunu çatdırmaq asan iş deyil. Lakin bacarıqlı müəllim olmaq üçün bu işin öhdəsindən gəlməyi öyrənməlisən. Bunu necə etmək olar?

Araşdırma aparmağın köməyi dəyə bilər. Sadəcə ağlına ilk gələn şeyləri nitqinə daxil etmək əvəzinə, kitabın 33-dən 38-dək səhifələrində adı çəkilən araşdırma üçün olan vəsaitlərdən istifadə et. Çatmalı olduğun məqsədə dair orada verilən məsləhətləri nəzərində saxla. Ola bilər, araşdırma apararkən mövzu ilə birbaşa əlaqəsi olan, o qədər də tanış olmayan tarixi hadisə taparsan. Yaxud xəbərlərdən müzakirə edəcəyin məqamı yaxşı təsvir edən bir məlumat eşidə bilərsən.

Araşdırma apardıqca, özünə nə? nə üçün? nə zaman? harada? kim? və necə? kimi suallar verərək düşün. Məsələn: «Bunun həqiqət olduğunu nə göstərir? Bunu necə sübut edə bilərəm? Bu təlimi başa düşməyə bəzi insanlara hansı dini inanclar mane olur? Bu, nə üçün vacibdir? Bu həqiqət insanın həyatına necə təsir etməlidir? Hansı nümunələr onu tətbiq etməyin faydalı olduğunu göstərir? Müqəddəs Kitabdan olan bu həqiqət Yehovanın şəxsiyyəti haqqında nəyi açıqlayır?» Materialdan asılı olaraq, özünə növbəti sualları da verə bilərsən: «Bu, nə zaman baş vermişdir? Bu məlumatı bizim günlərə necə aid etmək olar?» Hətta nitq zamanı bu kimi suallardan bəzilərini səsləndirib, onları cavablandırmaq da olar. Beləliklə, nitqin daha canlı olacaq.

Ola bilər, nitq zamanı auditoriyaya tanış olan ayələrdən istifadə edəcəksən. Bu ayələri dolğun şəkildə necə təqdim etmək olar? Onları sadəcə oxuma, izah et.

Tanış ayələri daha dolğun müzakirə etmək üçün onları hissələrə ayırmaq, sonra isə mövzuya aid olan hissəsini izah etmək olar. Gəl görək Mikeya 6:8 ayəsini necə izah etmək olar. Ədalət nədir? Burada söhbət kimin ədalət normalarından gedir? ‘Adil olmağın’ nə demək olduğunu nümunə əsasında necə izah edərdin? Bəs ‘məhəbbət göstərməyi sevməyi’? Həlim ürəkli olmaq nə deməkdir? Bu materialı yaşlı adamın vəziyyətinə necə tətbiq edərdin? Əlbəttə, material seçərkən mövzunu, qarşına qoyduğun məqsədi, dinləyicilərini və sənə verilən vaxtı nəzərə almalısan.

Bəzi anlayışlara sadə tərif vermək yararlı olur. Bəziləri Matta 6:10 ayəsindəki «Səltənət» sözünün mənasını öyrənəndə sanki gözləri açılır. Hansısa sözün mənasını yada salanda hətta uzun illər həqiqətdə olan məsihçilər də ayədə əslində nə deyildiyini daha dəqiq başa düşə bilər. Misal üçün 2 Peter 1:5-8 ayələrini oxuyub orada xatırlanan müxtəlif cəhətlərin: iman, fəzilət, bilik, nəfsə hakim olmaq, təhəmmül, Allaha ixlas, qardaş sevgisi və məhəbbətin mənasını izah edəndə bu üsulun faydalı olduğunu görmək olar. Oxşar mənalı sözlər eyni kontekstdə işlənəndə mənalarını izah etmək onları bir-birindən fərqləndirməyə kömək edir. Bunu Süleymanın məsəlləri 2:1-6 ayələrində işlənən hikmət, dərrakə, idrak və bilik kimi sözlərə aid etmək olar.

Ayə üzərində sadəcə mülahizə yürütdükdə də məlumat dinləyicilər üçün dolğun ola bilər. Çoxları ilk dəfə Yəhya 11:11-14 ayələrində İsanın öz dostunu yuxuya gedən kimi təsvir etməsini və Müqəddəs Kitabın Vaiz 9:5 ayəsində aydın şəkildə ölülərin ‘heç nə bilmədiyini’ dediyini oxuyanda təəccüblənirlər. Bir dəfə İsa Çıxış 3:6 ayəsini ölülərin dirilməsinə tətbiq edəndə, bu ayəyə inandıqlarını iddia edən sadukeyləri heyrətə salmışdı (Luka 20:37, 38).

Hərdən ayənin kontekstinə, yazıldığı şəraitə, yazana və ya ünvanlandığı adamlara diqqəti yönəltməklə onun mənasını açıqlamaq olur. Fəriseylər 110-cu məzmur ilə yaxşı tanış idilər. Buna baxmayaraq, İsa onların diqqətini birinci ayədəki vacib fikrə yönəltdi. O: «“Məsih haqqında nə düşünürsünüz? O kimin Oğludur?” — dedi. Onlar da İsaya: “Davudun Oğlu”, — dedilər. İsa onlara dedi: “Elə isə, nə üçün Davud Ruhdan ilham alıb, Ona ‘Ağa’ deyərək xitab edir və deyir ki, ‘Rəbb Mənim Ağama dedi: Mən düşmənlərini Sənin ayaqların altına kətil qoyuncaya qədər sağımda otur’. Əgər Davud Onu ‘Ağa’ adlandırırsa, necə olur ki, O Davudun oğlu olur”» (Mat. 22:41-45). İsa kimi, sən də Müqəddəs Yazılar əsasında mülahizə yürütsən, insanlara kömək edəcəksən ki, Allahın Kəlamını daha diqqətlə oxusunlar.

Natiq Müqəddəs Yazılara daxil olan kitabın yazıldığı tarixi, yaxud hansısa hadisənin baş verdiyi vaxtı deyəndə həmin vaxt mövcud olan vəziyyəti də təsvir etməlidir. Belə olan halda dinləyicilər kitabın əhəmiyyətini, yaxud hadisənin vacibliyini daha aydın dərk edəcəklər.

Müqayisələr nitqini daha məzmunlu edə bilər. Geniş yayılmış hansısa bir fikri Müqəddəs Kitabın eyni şeylə bağlı dediyi fikirlə qarşı-qarşıya qoymaq olar. Yaxud Müqəddəs Kitabdakı iki paralel hadisəni müqayisə edə bilərsən. Onlar arasında fərq varmı? Bu fərq nədədir? Onlardan nə öyrənirik? Belə etsən, mövzunu dinləyicilərə yeni nöqteyi-nəzərdən təqdim edə biləcəksən.

Əgər sənə məsihçi xidmətinin hansısa sahəsi haqda danışmaq tapşırılıbsa, çıxışa qısa icmalla başlamaq faydalı olacaq. Nə edilməli olduğunu, bunun nə üçün tələb olunduğunu və Yehovanın Şahidləri kimi qarşımızda olan ümumi məqsədlə necə əlaqəli olduğunu araşdır. Sonra bunu harada, nə zaman və necə etməyi izah et.

Bəs əgər nitq zamanı ‘Allahın dərin düşüncələrindən’ bəzilərini müzakirə etməlisənsə, onda necə? (1 Kor. 2:10). Əvvəlcə mövzunun bəzi əsas məqamlarını vurğulayıb izah etsən, digər təfərrüatlar daha asanlıqla başa düşüləcək. Yekunda isə materiala qısa xülasə etsən, çox ehtimal ki, dinləyicilər doğrudan da nə isə öyrəndiklərini hiss edib məmnun olacaqlar.

Məsihçi həyatına dair məsləhətlər. Məlumatın onlara hansı aidiyyəti olduğunu göstərsən, dinləyicilər nitqdən xüsusilə fayda əldə edəcəklər. Materialdakı ayələri nəzərdən keçirdikcə özündən soruş: «Nə üçün bu məlumat indiyədək Müqəddəs Yazılarda qorunub saxlanılıb?» (Rom. 15:4; 1 Kor. 10:11). Dinləyicilər hansı vəziyyətlərlə üzləşirlər? Müqəddəs Yazılardakı məsləhət və prinsiplər əsasında həmin vəziyyətlər haqda düşün. Onların belə vəziyyətlərin öhdəsindən müdrikliklə gəlməyə necə kömək etdiyini göstərmək üçün Müqəddəs Yazılar əsasında mülahizə yürüt. Ümumi danışma. Konkret baxışlardan və hərəkətlərdən danış.

Təzə-təzə nitq hazırlayarkən yuxarıdakı məsləhətlərdən birinin və ya ikisinin üzərində işlə. Təcrübən artdıqca başqa məsləhətlərə də əməl et. Vaxt keçdikcə görəcəksən ki, dinləyicilər həqiqətən də faydalı şeylər eşidəcəklərinə əmin olduqları üçün sənin çıxışlarını səbirsizliklə gözləyirlər.

NECƏ NAİL OLMAQ OLAR?

  • Dinləyicilərin mövzu ilə bağlı artıq nələri bildiyi haqda düşün.

  • Tempə diqqət yetir, yaxşı tanış olan məqamları tez-tez, yeni fikirləri yavaş-yavaş de.

  • Sadəcə faktları söyləmə, onların dəyərini, yaxud mənasını da izah et.

  • Özünə nə? nə üçün? nə zaman? harada? kim? necə? kimi suallar verərək düşün.

  • Müqəddəs Yazılar əsasında mülahizə yürütməyə vaxt ayır, ayələrin müəyyən hissələrini ətraflı izah et.

  • Məlumatı müqayisə et və qarşı-qarşıya qoy.

  • Materialın qısa icmalını ver.

  • Müzakirə etdiyin məlumatın problemləri həll etmək və qərar qəbul etmək üçün necə faydalı olduğunu göstər.

ÇALIŞMALAR: 1) Matta 24:14, yaxud Yəhya 17:3 kimi tanış ayələr haqda dolğun məlumat tapmaq üçün araşdırma apar. 2) Süleymanın məsəlləri 8:30, 31 və Yəhya 5:20 ayələrini oxu. Bu ayələri oxuyarkən Yehova Allahla İsa Məsih arasındakı münasibət üzərində düşün. Ailələrə kömək etmək üçün həmin ayələrdən necə istifadə etmək olar?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş