MƏSİHİ HƏYATI
Onlara ibadətdə sabit qalmağa kömək edin
Təcrübə göstərir ki, yeni təbliğçiyə lap əvvəldən təbliğ işində müntəzəm və həvəsli olmağı öyrədəndə, çox vaxt o, yaxşı təbliğçi olur (Ms 22:6; Fp 3:16). Şagirdinizin məharətli təbliğçi olmağını istəyirsinizsə, növbəti məsləhətlərə əməl edin:
Şagirdiniz təbliğçi olan gündən ona təlim verməyə başlayın (km 8/15 s. 1). Ona hər həftə xidmətə çıxmağın vacib olduğunu aşılayın (Fp 1:10). Təbliğ sahənizdəki xidmət barədə müsbət fikirlər söyləyin (Fp 4:8). Təbliğ işində təcrübə toplaması üçün onu qrup nəzarətçisi ilə və digər təbliğçilərlə xidmət etməyə təşviq edin (Ms 1:5; km 10/12 s. 6, abz. 3).
Şagirdiniz vəftiz olunandan sonra da onu ruhlandırın, ona təbliğ işində təlim verin, ələlxüsus da, əgər «Allahın məhəbbəti» kitabını öyrənib qurtarmayıbsa (km 12/13 s. 7).
Yeni təbliğçi ilə təbliğə çıxanda sadə təqdimatlardan istifadə edin. O təbliğ edəndən sonra onu ürəkdən tərifləyin. Təbliğçi kimi püxtələşməsi üçün məsləhət verin (km 5/10 s. 7).