Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik X hissə.
Öyrənənləri evdən-evə təbliğ etməyə öyrədirik.
1 Ağsaqqallar Müqəddəs Kitabı öyrənən adamın vəftiz olunmamış təbliğçi olmaq üçün hazır olub-olmadığını müəyyən etdikdən sonra, o, yığıncaqla birlikdə təbliğ işində iştirak edə bilər. («Yehovanın iradəsini yerinə yetirmək üçün təşkil olunmuşuq» kitabının 79-81-ci səhifələrinə bax, rus.) Bəs biz ona evdən-evə təbliğ etməyi öyrənməkdə necə kömək bilərik?
2 Birgə hazırlıq. Yaxşı hazırlıq çox vacibdir. Öyrənən adama «Bizim Padşahlıq Xidmətimiz»dən və «Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulu» (rus.) broşürasından yerli əraziyə müvafiq olan sadə təqdimələr tapmağa kömək et. Onu lap başlanğıcından Müqəddəs Kitabdan istifadə etməyə təşviq et (2 Tim. 4:2).
3 Təzə təbliğçinin təqdiməni qabaqcadan məşq etməsi çox faydalıdır. Onunla hazırlaşarkən, ərazinizdə geniş yayılmış e’tirazın nəzakətlə öhdəsindən gəlmək üsulunu göstər (Kolos. 4:6). Ona izah et ki, məsihçinin xidmətdə insanların verdiyi bütün sualların cavabını bilməsi vacib deyil. Belə hallarda onun sualını araşdırmağı və gələn dəfə izah etməyi təklif etmək daha yaxşı olardı (Sül. məs. 15:28).
4 Birgə təbliğ. Öyrənən ilk dəfə evdən-evə təbliğ edəndə, qoy sizin birlikdə hazırladığınız təqdiməni sənin necə tətbiq etdiyini müşahidə etsin. Sonra onun özü söhbətə qoşulmağa çalışa bilər. Bə’zi hallarda isə yaxşı olardı ki, yeni təbliğçi təqdimənin bir hissəsini desin. Məsələn, o, Müqəddəs Kitab ayəsini oxuyub şərh edə bilər. Öyrənənin qabiliyyət və şəxsiyyətini nəzərə al (Filip. 4:5). Ona təbliğ xidmətinin müxtəlif sahələrini öyrədərkən, tə’rifləməyi unutma.
5 Onun təbliğ xidmətində müntəzəm surətdə, imkan daxilində hər həftə, iştirak etməsi üçün qrafik qurmasına və ona riayət etməsinə kömək etmək vacibdir (Filip. 3:16). Onunla müntəzəm təbliğ etməyə vaxt ayır və başqa sə’yli təbliğçilərlə əməkdaşlıq etməyə təşviq et. Belə məsihçilərin nümunələri və onlarla ünsiyyət yeni təbliğçiyə evdən-evə daha məharətlə təbliğ etməyə və xidmətin bu növündən sevinc duymağa kömək edəcək.