Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 3/02 s. 3
  • “Yaxşı işlərlə varlı” olun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Yaxşı işlərlə varlı” olun
  • Müqəddəs ibadətimiz 2002
  • Oxşar material
  • “Allahın kəlamını... tam bəyan” et
    Müqəddəs ibadətimiz 2002
  • Gəlin, yaxşılıq etməyə sə’y göstərək!
    Müqəddəs ibadətimiz 2003
  • ‘Müjdəyə şəhadət edin’
    Müqəddəs ibadətimiz 2008
  • “Hamıya yaxşılıq edək”
    Müqəddəs ibadətimiz 2002
Əlavə
Müqəddəs ibadətimiz 2002
km 3/02 s. 3

“Yaxşı işlərlə varlı” olun

1 Həvari Pavel, sə’ylə etdiyi xidmətin son illərində Timotey və Titusla yaxından əməkdaşlıq etmişdir. Pavel onların hər birinə oxşar ruhlandırıcı sözlər ünvanlamışdır. O, Titusa yazırdı ki, “Allaha iman edənlər xeyirli işlərlə məşğul olmağa diqqət versinlər” (Tit. 3:8). Timoteyə məktubunda isə qeyd etmişdir ki, Allaha ümid bəsləyənlər “yaxşı işlərlə varlı” olmalıdırlar (1 Tim. 6:17, 18). Bu, bizim hamımız üçün çox gözəl məsləhətdir! Bəs yaxşı işlər görməyə bizi nə təşviq edəcək? Və yaxın günlərdə biz hansı yaxşı işləri görə bilərik?

2 Yehovaya imanımız, Ona olan məhəbbətimiz və Onun bizə verdiyi gözəl ümid, bizi yaxşı işlərlə varlanmağa təşviq edir (1 Tim. 6:19; Tit. 2:11). Xüsusilə də ilin bu vaxtında xatırlayırıq ki, Yehova öz Oğlunu yer üzünə, Atasına bəraət qazandırmaq və layiqli insanların hamısına həyat yolunu açmaq üçün göndərmişdi (Mat. 20:28; Yəh. 3:16). Bu haqda martın 28–də, Məsihin ölümünün Xatirə Gecəsi zamanı çox danışılacaq. Məgər əbədi həyata olan ümidimiz, bizi “yaxşı işlərlə varlı” olmağa təşviq etmirmi? Sözsüz ki, təşviq edir! Belə isə, biz hansı işləri görə bilərik?

3 Martda və sonrakı aylarda görüləcək yaxşı işlər. Bizə gəldikdə, şübhəsiz ki, bütün dünyada Yehovanın Şahidləri üçün ilin ən vacib hadisəsinə — Xatirə Gecəsinə gələcəyik (Luka 22:19). Lakin biz istəyirik ki, bu bayram sevincinə olduqca çox insanlar şərik olsun. “Gözətçi Qülləsi”nin 2002–ci il, 1 yanvar sayında göstərilən xidmət hesabatına baxsanız görəcəksiniz ki, ötən il dünyanın bir çox ölkələrində Xatirə Gecəsində iştirak edənlərin sayı, təbliğçilərin sayından üç, dörd, beş və daha artıq olmuşdur. Aydındır ki, yığıncağın bütün üzvləri, Xatirə Gecəsinə bu qədər çox də’vətnamə paylamaq üçün ərazilərində sə’ylə çalışmalı olmuşlar. Biz də bu gündən başlayaraq martın 28–ə kimi daha çox vaxt sərf etmək istəyirik ki, insanların xilas haqqındakı ümidi öyrənmələrinə kömək edərək, onları Xatirə Gecəsinə də’vət edək.

4 Aprel ayında gün daha uzun, hava isə daha gözəl olacaq. “Yaxşı işlərlə varlı” olmaq üçün, bu şəraitlərdən necə istifadə edə bilərik? Təbliğ işində bundan sonra da fəal iştirak edib, “yaxşı işlərə sə’yli” olacağıq (Tit. 2:14; Mat. 24:14). Əgər mart ayında köməkçi pioner kimi xidmət edə bilməmisənsə, bunu aprel və (yaxud) may aylarında edə bilərsənmi? Əgər pionersənsə, xidmətini davam etdirə bilərsənmi?

5 İşləyən bə’zi bacı–qardaşlar müəyyən etmişlər ki, işə gedərkən küçədə şəhadətlik etməklə və ya səhər tezdən işləyən insanlara baş çəkməklə, təxminən bir saat təbliğ edə bilirlər. Başqaları nahar vaxtının bir hissəsini təbliğ etməyə ayırırlar. Bu vaxt ərzində, hətta kim isə iş yoldaşı ilə Müqəddəs Kitab öyrənməsi keçirir. Evdar bacıların bir çoxu təbliğ xidməti ilə, uşaqları məktəbdə olarkən məşğul olurlar. Onlar, ev işlərini yerinə yetirmək üçün həftənin bə’zi günləri bir qədər tez duraraq, günorta vaxtı təbliğ və tə’lim üçün daha çox vaxt tapırlar (Efes. 5:15, 16).

6 Hətta vəziyyətin köməkçi pioner kimi xidmət etməyə imkan vermirsə də, sən daha çox təbliğ etmək və “xeyirxahlıq” edib, “yaxşı işlərlə” varlanmaq, “əliaçıq və öz malını digərləri ilə bölüşdürməyə hazır” olmaq üçün, şəxsi qrafikini tərtib edə bilərsən (1 Tim. 6:18).

7 Şagirdlər hazırlamağın yaxşı iş olduğunu unutma. Hər il Xatirə Gecəsinə maraqlanan şəxslər gəlir. Təbliğçilərdən kim isə, Müqəddəs Kitabı hələ öyrənməyən kəslərə diqqət ayıra bilərmi? Ruhən böyümələri üçün onlara təkrar baş çəkmək mümkündürmü? Ehtimal ki, Xatirə Gecəsinə gələn bu adamlardan bə’ziləri bacı–qardaşlarımızın qohumlarıdır. Digərləri, bəlkə də vaxtı ilə öyrənirdilər, indi isə öyrənməni yenidən davam etdirmək və görüşlərə müntəzəm gəlmək üçün bir balaca ruhlandırılmağa ehtiyac duyurlar. Əgər onlar bizə qoşulub, Yehovanın sə’ylə çalışan xidmətçiləri olarlarsa, necə də sevindirici hal olacaq!

8 Mart və növbəti aylarda daha fəal xidmət edəcəyimiz üçün, şübhəsiz ki, bir daha baş çəkməli olacağımız çoxlu maraqlanan insanlar tapacağıq. Söhbətin axırında hər hansı bir sualı açıq saxlamağa çalış. Sonra isə, həmin suala növbəti dəfə cavab verəcəyini və’d et. Belə etməklə, təkrar gəliş üçün zəmin hazırlamaq olar. Həmin ünvana nə qədər tez gəlsək, bir o qədər yaxşı olar. Əgər birinci gəlişimiz zamanı öyrənmə başlaya bilmədiksə, çalışmaq lazımdır ki, imkan daxilində növbəti gəlişdə başlayaq.

9 Küçədə şəhadətlik edərkən, insanlarla söhbətə başlamağın zəruriliyini yadda saxlamaq lazımdır. Küçədə təbliğ edən çox təbliğçilərə, maraqlanan insanlar öz adlarını, ünvanlarını və telefon nömrələrini vermişlər. Əgər maraq göstərən insan sizə məxsus olan ərazidə yaşamırsa, Padşahlıq Zalından “Zəhmət olmasa, qayğı göstər ki, münasib təbliğçi bu adama baş çəksin” (S–70) blankını götürüb doldurun və katibə verin. Katib də blankı, həmin insanın yaşadığı əraziyə cavabdeh yığıncağa çatdıracaq. Əgər bunu katib özu edə bilməsə, blankı filiala göndərəcəkdir. Bununla da insanın marağının itməməsinə kömək göstəriləcəkdir.

10 Əgər sənə ünvan deyil, telefon nömrəsi veriblərsə, o zaman təkrar başçəkməni telefon vasitəsilə et. Nə haqda danışacağını qabaqcadan düşün. Bə’ziləri telefon vasitəsilə, hətta evdə tapa bilmədikləri kəslərlə belə Müqəddəs Kitab öyrənməsini çox müvəffəqiyyətlə keçirirlər. Bir bacı evdən–evə xidməti zamanı görüşdüyü qadınların telefonlarını öyrənirdi; bunun sayəsində iki Müqəddəs Kitab öyrənməsi başlaya bildi.

11 Qeyri–fəallara kömək etməkdə ağsaqqallarla əməkdaşlıq et. Ağsaqqallar sə’ylə çalışırlar ki, qeyri–fəallara diqqət və qayğı göstərsinlər. Artıq kifayət qədər qeyri–fəal təbliğçilər öz təşəbbüsləri ilə yenidən yığıncağa gəlməyə başlamışlar. Onlar dərk edirlər ki, 91–ci Məzmurda yazılan ruhani təhlükəsizliyi yalnız Yehovanın təşkilatı ilə sıx ünsiyyətdə olarkən əldə etmək olar. Onlardan bə’ziləri təbliğ xidmətində iştirak etməyə yenidən hazırdırlar. Həmin ayda Xatirə Gecəsinə başqa qeyri–fəal təbliğçilər də gələ bilər. Ehtimal ki, onlarla Müqəddəs Kitab öyrənməsi başlanmasına razı olacaqlar. Belə halda onlara kömək etməyi ağsaqqallar kimə isə həvalə edəcəklər. Əgər onlarla öyrənmə keçirməyi sənə tapşırarlarsa, sənin əməkdaşlığın çox qiymətli olacaq (Rom. 15:1, 2).

12 “Yaxşı işlərlə” məşğul olun. Bir və ya bir neçə ay ərzində köməkçi pioner kimi xidmət edənlərin əksəriyyəti fikir vermişlər ki, növbəti aylar ərzində təbliğ etməkdə daha çox fəal olmuşlar. Onlar təkrar baş çəkə biləcəkləri maraqlanan insanlar tapmışlar. Bütün bu hallar, həmin təbliğçiləri əlavə qüvvə sərf etməyə və maraqlanan insanlara yenidən baş çəkmək üçün xidmətə tez–tez çıxmağa təşviq etmişdir. Bə’ziləri Müqəddəs Kitab öyrənməsi başladılar, bu isə onlara xidmətdə daha fəal olmağa kömək etdi.

13 Digər bacı–qardaşlar şagirdlərin hazırlanması və təbliğ işində o qədər böyük sevinc əldə etdilər ki, həyatlarında dəyişikliklər etməyi qərara aldılar. Onlardan bə’ziləri işə sərf olunan vaxtı qısaldıb, daimi köməkçi pioner oldular. Digərləri pioner xidmətinə başlaya bildilər. Onlar bu dünyanın təqdim etdiyindən daha çox Allaha ümid bəsləməyi öyrəndilər. Onlar anladılar ki, insan “əliaçıq və öz malını digərləri ilə bölüşdürməyə hazır” olanda, Yehovadan bol–bol xeyir–dualar alır və “həqiqi həyata” olan ümidini möhkəmləndirir (1 Tim. 6:18, 19, İ–93). Sözsüz ki, təbliğçilərin çoxu pioner olduqda, bu vəziyyət bütün yığıncağa fayda gətirir. Pionerlər ruhlandırıcı hadisələr danışmağa hazırdırlar və başqalarını birlikdə xidmət etməyə də’vət edirlər, bu isə yığıncaqda yüksək ruhani atmosfer yaradır.

14 Gəlin, Xatirə Gecəsi ərəfəsində və sonrakı vaxtlarda məsihçi xidmətində daha çox iştirak edərək “yaxşı işlərlə varlı” olaq. Belə etməklə, bizə salehliyin hökm sürəcəyi yeni yerdə yaşamaq ümidi verdiyinə görə Yehovaya minnətdarlığımızı bildirmiş olarıq (2 Pet. 3:13).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş