İnsanları evdə tapmayanda
1. Evdən-evə təbliğ zamanı çox vaxt hansı problemlə qarşılaşırıq?
1 Bir çox ölkədə insanları evdə tapmaq get-gedə çətinləşir. Yaşadığımız ‘çətin anlarda’ insanlar gündəlik çörək pulu qazanmaq üçün çox işləməli olurlar ( 2 Tim. 3:1). Bə’ziləri isə, mağazalara, istirahət və ya əyləncələrə çox vaxt ayırdıqları üçün evdə az olurlar. Bəs belə insanlara xoş xəbəri necə çatdıra bilərik?
2. Evdə olmayanlara baş çəkilsin deyə, nə edə bilərik?
2 Dəqiq qeydlər et. Əvvəlcə, evdə olmayanları dəqiq qeyd et. Bu, tez-tez işlənən sahələrdə xüsusilə vacibdir. Sən ünvanı, sahənin nömrəsini, öz adını və tarixi yazırsanmı? Əlavə yer saxlamaq lazımdır ki, ya özün, ya da başqa təbliğçi evdə olmayanlara baş çəkəndə qeydlər etmək mümkün olsun. Sahəndə təbliği qurtaranda, əgər sahələrin kartoçkasına cavabdeh qardaş evdə olmayanlara baş çəkməyi sənə təklif etmirsə, qeydlərini ona verməyi unutma. Maraq göstərən və özün təkrar baş çəkəcəyin hər bir insan barədə ayrıca vərəqədə qeydlər et.
3. Evdə olmayanlara xoş xəbəri hansı üsullarla təbliğ etmək olar?
3 Başqa vaxt gəl. İş günləri evdə olmayan insanları, ehtimal ki, axşamlar və ya istirahət günləri evdə tapmaq olar. Daha münasib vaxtda gəlməyi planlaşdıra bilərsənmi? (1 Kor. 10:24). Əgər bu mümkün deyilsə, onda başqa vaxt gəlməyə imkanı olan təbliğçidən kömək istəyə bilərsən. Daha bir üsul, evdə olmayanlara məktub yazmaq və ya onlarla telefon vasitəsilə danışmaqdır. Səhhətləri evdən-evə təbliğ etməyə yol verməyən təbliğçilər bu işdə səninlə əməkdaşlıq etməyə şad olarlar.
4. Sahibi evdə olmayan mənzillərə təkrar gəlməyin vacib olduğunu hansı hadisə göstərir?
4 Bir hadisə, evdə olmayanlarla əlaqə yaratmağa çalışmağın nə qədər vacib olduğunu göstərir. Təbliğçilər üç il ərzində bir evə təkrar-təkrar gəlmiş, amma orada heç kimi tapmamışlar. Nəhayət, orada yaşayan bir qadınla söhbət etməyə müvəffəq olmuşlar. Mə’lum olmuşdur ki, həmin qadın bura köçdükdən sonra Müqəddəs Kitab öyrənməsini davam etmək üçün bütün bu vaxt ərzində Yehovanın Şahidləri ilə görüşmək istəyirmiş.
5. Sahəni nə zaman işlənmiş hesab etmək olar?
5 Sahəni tam işlə. Sahəni nə zaman işlənmiş hesab etmək olar? Adətən hər bir evin və ya mənzilin sakini ilə əlaqə yaratmaq üçün sə’y göstərilibsə, sahə işlənmiş hesab edilir. Əgər az-az işlənən sahədirsə, evdə olmayanlara traktat və ya jurnalların əvvəlki saylarından qoymaq münasib olardı. Bütün sahəni dörd ay ərzində işləmək lazımdır. Sonra isə, öz qeydlərinə daxil etsin deyə, sahələrə cavabdeh olan qardaşa bu barədə mə’lumat vermək gərəkdir.
6. Nəyə görə sahəmizdəki hər bir insana xoş xəbəri çatdırmağa çalışmalıyıq?
6 Biz istəyirik ki, imkan daxilində daha çox insan Yehovanın adını çağıra və xilas ola bilsin (Rom. 10:13, 14). Bu, biz təbliğ edərkən evdə olmayanlara da aiddir. Gəlin biz də həvari Pavel kimi, ‘Allahın lütfü haqqındakı Müjdəyə şəhadət edək’ (Həv. iş. 20:24).