Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/12 s. 3
  • Təcili yardım lazım gələrsə...

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təcili yardım lazım gələrsə...
  • Müqəddəs ibadətimiz 2012
  • Oxşar material
  • Sən hələ də təxirə salırsan?
    Müqəddəs ibadətimiz 2008
  • Sən hələ də təxirə salırsan?
    Müqəddəs ibadətimiz 2010
  • Tibbin vacib sahəsinə aydınlıq gətirən film
    Müqəddəs ibadətimiz 2003
  • Tibbin vacib sahəsinə aydınlıq gətirən videofilm
    Müqəddəs ibadətimiz 2006
Əlavə
Müqəddəs ibadətimiz 2012
km 1/12 s. 3

Təcili yardım lazım gələrsə...

Təcili yardım tələb olunan hallar qəfildən baş verə bilər (Yaq. 4:14). Buna görə də, uzaqgörən insan bu kimi vəziyyətlərə mümkün qədər hazır olmalıdır (Sül. məs. 22:3). Hansı müalicə və proseduraları qəbul edəcəyinə dair qərar verib yazmısanmı? Bunda sənə «Tibdə qansız müalicə üsulu. Xəstənin hüquqlarını pozmadan ona necə yardım etmək olar?» (rus.) adlı DVD-nin «Qanköçürmənin alternativləri. Elmi-sənədli filmlər silsiləsi» adlı ikinci filmi kömək edəcək. Filmə baxdıqca aşağıdakı suallara cavab verməyə çalışın. Filmdə cərrahiyyə əməliyyatı göstərilən kadrlar olduğundan, valideynlər filmə uşaqlarının baxmasına icazə verib-verməyəcəklərinə özləri qərar verməlidirlər.

1) Nəyə görə tibb sahəsində çalışanlar qanköçürmə məsələsini yenidən nəzərdən keçirirlər? 2) Qan köçürülmədən edilən mürəkkəb əməliyyatlara dair üç nümunə gətirin. 3) Bütün dünyada nə qədər həkim və cərrah artıq qansız müalicə üsulundan istifadə edir? Onlar bunu nə üçün edirlər? 4) Sonuncu klinik tədqiqatlar qanköçürməyə dair nə göstərdi? 5) Qanköçürmədə təhlükəli olan nədir? 6) Bir çox mütəxəssislər qanköçürmənin alternativləri haqda hansı nəticəyə gəlmişlər? 7) Qanazlığına nə səbəb olur? İnsan bədəni nə dərəcədə ciddi qanazlığına tab gətirə bilər? Onun öhdəsindən necə gəlmək olar? 8) Xəstənin orqanizmində qanyaranmanı necə stimullaşdırmaq olar? 9) Cərrahiyyə əməliyyatı zamanı qanitirməni necə azaltmaq olar? 10) Balaca uşaqların müalicəsində və ya təcili vəziyyətlərdə qan əvəzedicilərindən istifadə etmək olarmı? 11) Keyfiyyətli müalicənin ən vacib etik prinsiplərindən biri hansıdır?

Filmdə göstərilən müəyyən müalicə üsulu ilə razılaşıb-razılaşmamaq vicdan məsələsi olsa da, hər hansı vəziyyətlə üzləşəcəyin anı gözləmə, qərarını qabaqcadan ver. Bu məsələ ilə bağlı düzgün biliyə əsaslanmış qərar verməkdə sənə «Allahın məhəbbəti» kitabının 7-ci fəslindəki və orada göstərilən «Bizim Padşahlıq Xidmətimiz»in 2006-cı il noyabr sayının əlavə vərəqəsindəki məlumat kömək edəcək. Əgər vəftiz olunmusansa, öz seçimini «Bildiriş və etibarnamə» sənədində göstər və bu sənədi həmişə üstündə gəzdir.

[3 səhifədəki yazı]

Hansı müalicə və proseduraları qəbul edəcəyinə dair qərar verib yazmısanmı?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş