Allahın dəstəklədiyi iş
1 Allahın müasir xidmətçiləri arasında bu dünyanın nüfuzlu təhsilinə, zənginliyinə və ya şan-şöhrətinə malik olanların sayı az olduğu üçün, bə’ziləri bizim xidmətimizi diqqətəlayiq hesab etmirlər (İş. 53:3). Lakin bizim maarifləndirmə fəaliyyətimiz yer üzündə yaşayan milyonlarla insanlara təsəlli və ümid verir. Bizim kimi adi insanlar bu cür böyük işi görməyə necə müyəssər olurlar? Yalnız Allahın köməyi sayəsində (Mat. 28:19, 20; Həv. iş. 1:8). Həvari Pavel izah edir: “Allah... güclüləri utandırmaq üçün dünyanın zəif saydıqlarını seçdi” (1 Kor. 1:26-29).
2 Birinci əsrdə yaşayan həvarilər və məsihçilər əsas e’tibarilə “oxumamış, avam [“sadə”, YD] adamlar” idi (Həv. iş. 4:13). Buna baxmayaraq, onlar xoş xəbəri cəsarətlə təbliğ edirdilər və Yehova onlara xeyir-dua verirdi. Çətinliklərə və qarşıdurmalara baxmayaraq, “Rəbbin kəlamı qüdrətlə yayılıb nüfuz qazanırdı”. Allahın dəstəklədiyi işə heç nə mane ola bilmirdi (Həv. iş. 5:38, 39; 19:20). Eyni şeyi bizim günlər haqqında da demək olar. Bu dünyanın güclü rəhbərlərinin göstərdikləri şiddətli müqavimətlər belə xoş xəbərin nüfuz qazanmasına və artmasına mane ola bilməmişdir (İş. 54:17).
3 Bütün izzəti Allaha verin. Allahın xidmətçisi kimi xüsusi mövqeyə sahib olduğumuza görə öyünməyə səbəbimiz varmı? Əlbəttə, yox. Həvari Pavel məsihçi xidməti haqqında yazmışdır: “Bu sərvəti saxsı qablarda saxlayırıq ki, ən üstün qüdrət bizə yox, Allaha aid olsun” (2 Kor. 4:7). Pavel başa düşürdü ki, o, xidmət etməyə yalnız Allahın dəstəkləməsi sayəsində qadirdir (Efes. 6:19, 20; Filip. 4:13).
4 Biz də dərk edirik ki, təbliğ işi yalnız ‘Allahdan yardım almağımızın’ sayəsində icra olunur (Həv. iş. 26:22, İ–93). Yehova Öz hökmlərini bizim vasitəmizlə bütün dünyaya bəyan edir və yaxınlaşmaqda olan məhv ərəfəsində bütün millətləri sarsıdır (Haq. 2:7). Bu cür böyük ruhani biçində “Allahın həmişçiləri” olmaq bizim üçün necə də böyük şərəfdir! (1 Kor. 3:6-9, İ–93).